Rusiya səfirinin qatili ilə bağlı YENİ MÜƏMMA: rus qadınla yazışmaları ortaya çıxdı

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümü ilə bağlı aparılan araşdırmada yeni məlumatlar əldə edilib. Onun qatili Mövlut Mert Altıntaşın noyabr ayı boyunca Ekaterina B. adlı rus qadınla telefonla danışdığı məlum olub. Ekaterina B. saxlanılıb. Onun ifadəsi alınıb.

Ekaterina Mövlüt Mert Altıntaş ilə görüşmədiyini, sadəcə, "WhatsApp"la yazışdığını etiraf edib. O, bildirib ki, iki məşhur internet saytı vasitəsi ilə Rusiyadan gətirdiyi qadınları Ankaradakı 5 ulduzlu otellərdə biznesmenlərə "satıb".

O, ifadəsi alındıqdan sonra məhkəmənin qərarı ilə həbs olunub. Milli.az "Milliyet"ə istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00