200-dən çox insanı qətlə yetirən vampiri öldürüb, küçələrdə sürüdülər
4 Mart 2017 16:47 DünyaNigeriyada 200-dən çox insanı öldürən "vampir" ləqəbli qatil polislə girdiyi qarşıdurmada öldürülüb.
25 ildə 200-dən çox insanı öldürdüyü güman edilən 36 yaşlı Henri Çibuzenin cansız bədənini polis küçədə sürüyüb.
Onun cəsədinə baxan bir nigeriyalı "Bax indi nə haldasan! Cəhənnəmdə yancaqsan!"deyə, qışqırıb.
H.Çibuzenin qurbanları arasında keçmiş sevgilisi də var. O sevglisini altı uşağı ilə birlikdə öldürmüşdü.
H.Çibuze bu ilin yanvarında həbsxanadan qaçırılmışdı. Bir müddət idi ki, ölkənin cənubunda gizlənirdi. Son olaraq o Rivers əyalətində polis tərəfindən aşkarlanıb və atışmada öldürülüb.
Onun cansız bədəni küçələrdə gəzdirilərək bütün xalqa nümayiş etdirilib. H.Çibuzenin dəstə üzvləri də saxlanılıb.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31