Dünya

Rusiyada YANĞIN: 2-si uşaq olmaqla üç nəfər öldü

7 Mart 2017 11:09

Rusiyada yanğın zamanı 2 yaşlı uşaq daxil olmaqla, 3 nəfər ölüb. Hadisə Çelyabinsk şəhərində, fərdi yaşayış evlərinin birində, gecə saatlarında baş verib. 

4 kəndli əqli çatışmazlığı olan qızı 3 il boyunca müxtəlif məkanlarda zorladı 

7 Mart 2017 11:07

Türkiyədə 17 yaşlı qız 3 il boyunca təcavüzə uğrayıb. Giresunun Bulancak mahalında əqli çatışmazlığı olan qızı həmkəndliləri maşında, bağçada və avtobusda zorlayıblar. Onun təcavüzə uğradığını qohumları təsadüfən onun telefonundakı mesajları oxuyanda öyrəniblər.

Özcan Dənizdən "İstanbullu gəlin"lə bağlı vacib qərar

6 Mart 2017 20:30

Özcan Dəniz yeni çəkildiyi "İstanbullu gəlin" serialı ilə bağlı gözlənilməz qərar verib. Daha əvvəl "Kaderimin yazıldığı gün" serialında və "İkinci şans" filminin tanıtım fotolarında "Fotoşop"dan istifadə etsə də, yeni serialda təbii görünüşünə üstünlük verib.

Ət kəskin bahalaşdı, ixrac dayandırılır - Gürcüstanda

6 Mart 2017 19:40

Yaxın günlərdə Gürcüstan hökuməti mal ətinin Türkiyəyə ixracına  kvota qoya bilər.  Artıq bu məsələ Kənd Təsərrüfatı Nazirliyində də müzakirə edilir, bununla bağlı qapalı  görüşlər də keçirilir. Kənd Təsərrüfatı Nazirliyi özü isə məlumatı təsdiq etmir, hər hansı şərh vermək istəmir.

Demet və İbrahim arasında daha bir məhkəmə davası

6 Mart 2017 19:35

Model Demet Şener xəyanət və sədaqətsizlik səbəbi ilə məhkəməyə verdiyi əri İbrahim Kutluayla bu dəfə də təzminat davasına çıxıb.

Dünyanın ən güclü prosessoruna malik smartfon təqdim ediləcək

6 Mart 2017 19:26

Qlobal internet şəbəkəsində bu yaxınlarda işıq üzü görəcək Çin istehsalı olan dünyanın ən güclü prosessoruna malik unikal “Bluboo R1”smartfonu barədə məlumatlar yayılmağa başlayıb.  

“Ağıllı” zibil qutusu təmizliyə riayət edənləri mükafatlandıracaq

6 Mart 2017 19:20

Böyük şəhərlərdə tullantıların utilizasiyası problemi mövcuddur. Çirkli küçələrə baxmaq heç kimin xoşuna gəlməsə də, təəssüf ki, belə küçələr var. Məsələn, bəzi insanlar zibili küçəyə tullayır, yaxud zibil qutusuna atmaqda tənbəllik edirlər. “SENCITY” şirkəti insanları bu problemə daha ciddi yanaşmağa və küçələri təmiz saxlamağa məcbur etmək üçün videooyunlardan istifadəyə qərar verərək təmizkar vətəndaşları mükafatlandıran “tetraBIN” adlı xüsusi zibil qutusu düzəldiblər.

Mobil qurğular üçün virusların sayı üç dəfə artıb

6 Mart 2017 19:16

"Kasperski Laboratoriyası"nın 2016-cı ilə olan məlumatına görə, mobil qurğular üçün virusların sayı 3 dəfə artıb.

Ebru biletin qiymətini qaldırdı - 2500 manat

6 Mart 2017 19:05

Müğənni Ebru Gündeş silsilə konsertlərinə davam edir. Çıxışlarına uzunmüddətli fasilə verməyən ifaçı 8 Mart - Qadınlar günündə də səhnədə olacaq. Lakin bu dəfə qiymətlər daha bahalı olacaq. İstanbulun məşhur konsert salonlarından birində çıxış edəcək ifaçını qabaq sıradan dinləmək 5 min lirəyə (təxminən 2500 manat) başa gələcək. Artıq həmin günə olan biletlərin satılıb bitdiyi deyilir.

Şimali Qafqazda dəhşətli uçqun: 7 nəfər həlak oldu - VİDEO

6 Mart 2017 18:10

Kabarda-Balkardakı Çeqet dağında qar uçqunu nəticəsində 7 nəfər həlak olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin yetkilisi Kantemir Berovun dediyinə görə, uçqunun altından cəsədlər çıxarılıb.

General Patruşev İrəvana niyə gedib...

6 Mart 2017 16:50

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev  İrəvanda səfərdədir. TASS-a bu haqda RF Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb. O, Ermənistanda  təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirəcək. 

Maksim Şevçenko: “Regiona davamlı sülhü yanız Rusiya, Türkiyə və İranın birliyi gətirə bilər"

6 Mart 2017 16:38

"Fevralın əvvəlində təmas xəttində yaşanan hadisələrdə Ermənistanın 2016-cı ilin aprel müharibəsindən sonra qisas almaq hissi böyük rol oynayıb".