Dünya
Qadınları bayrama aparan avtobus aşdı: 7 ölü, 35 yaralı - YENİLƏNİB - VİDEO
Türkiyədə ağır yol qəzası baş verib. Bursa-Ankara avtomobil yolunda sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 7 nəfər ölüb, 35 nəfər xəsarət alıb.
Moskva vilayətində “quş qripi” aşkarlanıb
Rusiyanın Moskva vilayətində “quş qripi” virusu aşkarlanıb. İnfeksiyanın ocağı Şelkovski və Sergievo-Posadsk quşçuluq fabriklərində aşkar edilib. Xəbəri İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət Federal Xidməti də təsdiqləyib.
Fransada qar uçqunu - 10-dan artıq adam qar altında qaldı
Fransada istirahət mərkəzində faciə baş verib. Alp dağlarında yerləşən dağ-xizək kurort mərkəzi ərazisində qar uçqunu baş verib. İlkin məlumatlara görə, 10-dan artıq adamın qar uçqunu altında qaldığı bildirilir.
Krala qarşı terrorun qarşısı alındı
Malayziyada saxlanılan dörd Yəmən vətəndaşı bir müddət əvvəl Kuala Lumpurda olan Səudiyyə Ərəbistanının kral ailəsinə qarşı terror aktı törətməyi planlaşdırıb. Bu barədə jurnalistlərə Milli Polisin rəhbəri Xalid Əbu Bakar bildirib. "Onlar nəsə edənə qədər biz onları həbs etməyi bacardıq" - ölkənin baş polisi deyib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yaşları 26-33 arasında dəyişən əcnəbilər fevralın 26-da antiterror reydi zamanı saxlanılıblar. Şübhəlilər arasında Malayziyada özəl universitetdə təhsil alan tələbə də var. Eyni zamanda, yerli restoranlardan birində aşpaz işləyən şəxs də şübhəlilər sırasındadır.
Putindən xəyanətkar qadınla bağlı gözlənilməz qərar
Rusiya prezidenti Vladimir Putin 2016-ci ildə casusluq formasında dövlətə xəyanət edən Soçi sakiniOksana Sevastidini əfv edib. Bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. Bildirilib ki, dövlət başçısı "humanizm prinsiplərini rəhbər tutaraq" fərman imzalayıb. Fərman beş gün sonra rəsmi dərc edildikdən sonra qüvvəyə minir.
5 nəfərin olduğu təyyarə qəzaya uğradı: ölən var
Tailandın paytaxtından Banqkoka uçan sanitar təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb. Məlumata görə, təyyarə hind aviasiyasına məxsusdur və naməlum səbəblərdən havada alışıb. Göyərtədə beş nəfər olub, təyyarənin pilotu ölüb. Bundan başqa, iki həkim ciddi xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Daha iki nəfər yüngül xəsarət alıb. Hindistanın XİN rəhbəri Suşma Svarc "Twitter" hesabında ölənin ailəsinə başsağlığı verib.
2 aprel: yenə qan su yerinə axacaq?!
Ermənistandan alınan xəbərlərə görə, aprelin 2-də keçiriləcək parlament seçkisi ərəfəsində namizədlər arasında qan tökülməsilə nəticələnən toqquşmalar baş verir. Vəziyyət o qədər gərgindir ki, keçmiş prezident Robert Köçəryan hakimiyyətə qarşı açıq bəyanatla çıxış edib.
Generalın zirehli avtomobili minaya düşdü
Suriyada Palmira yaxınlığında gedən döyüşlərdə 4 rus hərbçisi həlak olub. Rusiyadan Suriyaya ezam edilən Qərb Hərbi Dairəsinin hərbi təlim idarəsinin qərragah rəisi olan general mayor Pyotr Milyuxinin isə ağır yaralandığı bildilir.
ABŞ-dan sensasion hesabat: "Sarkisyan saxta yolla prezident seçilib"
ABŞ Dövlət Departamenti İnsan Haqlarının vəziyyətinə dair illik hesabat hazırlayıb. 2016-cı il üzrə hesabatda Ermənistana xüsusi yer verilib. Hesabatda vurğulanıb ki, bundan əvvəl Ermənistanda keçirilən seçkilər saxtalaşdırlıb: "Siyasi arena Ermənistan prezidenti Serj Sarkisyan və onun Respublika partiyasının əlindədir. 2012, 2013 və 2015-ci illərdə keçirilən prezident, parlament seçkiləri və konstitusiya islahatlarına dair referendum yaxşı təşkil olunsa da, qeydə alınan ciddi qanun pozuntuları ümumilikdə seçki prosesini şübhə altına alır. 2008-ci il prezident seçkilərindən sonra ölən şəxslərə görə heç kim məsuliyyətə cəlb olunmayıb", -deyə ABŞ Dövlət Departamentinin yaydığı hesabatda bildirilib.
Dayənin 4 yaşlı uşağa qarşı vəhşilyi kameraya düşdü - VİDEO
ABŞ-ın Pensilvaniya ştatında 52 yaşlı Sarah Qable adlı bir qadın dayə 4 yaşlı uşağı pilləkəndən aşağı atıb.
İraq ordusu Mosulda Türkiyə konsulluğunun binasını nəzarət altına alıb
İraqın təhlükəsizlik xidməti Mosulun qərbində Türkiyə konsulluğunun binasını nəzarət altına alıb. İraq hərbçilərinin İŞİD-lə mübarizəsi davam edir. Təhlükəsizlik xidməti bundan əvvəl, Mosulun bir sıra hökumət binasının yerləşdiyi kompleks üzərində nəzarəti bərpa etmişdi. Bundan başqa, İraqın çevik polis qüvvələri də Mosul polis idarəsini və ədliyyə departamentini geri alıb.
Beren Saat: "Ötən il vətən xaini idim, bu il Şərəf mükafatı aldım"- VİDEO
Aktrisa Beren Saat "Milli Mövqe Şərəf Mükafatı"na ("Ulusal Duruş Onur Ödülü") layiq görülüb. Milli Hərəkat Platformu tərəfindən 11 universitetdə gənclərlə aparılan anket nəticəsində 27 tanınmışa mükafat verilib. B.Saat öz mükafatını alarkən son bir ilin onun üçün çox çətin keçdiyini bildirib: "Mənim haqqımda danışmaq üçün daha bir yeni mövzu çıxdı. Vətən xainliyindən Şərəf mükafatına qədər gedən bir il... Çətin il, amma nəticəsi gözəl oldu. Yaxşı ki Atatürk övladıyam, bütün bunları yaşayıram".
Sarkisyan Fransaya getdi
Ermənistan prezidenti Serj Sarkisyan Fransaya rəsmi səfərə yola düşüb. Xəbəri "Novosti Armeniya" yayıb.
Ermənistan həbsxanalarında 24 nəfər ölüb - Onlardan 7-si intihar edib
Son 10 ayda Ermənistan həbsxanalarında 24 ölüm hadisəsi baş verib. Bu haqda Helsinki Vətəndaş Assambleyasının Yerevan ofisinin hesabatında bildirilib. Hesabata əsasən, Ermənistan həbsxanalarında ölümlərin sayı artıb.
Şimali Koreya Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan etdi
Koreya Xalq Demokratik Respublikası (KXDR) müvəqqəti olaraq Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan edib. Şimali Koreya bu addımı hazırda Malayziyada olan vətəndaşlarının təhlükəsizliyi ilə izah edib.














