Dünya

NATO üçün şok xəbəri Çavuşoğlu verdi - Rusiya və Türkiyə RAZILAŞDI

28 Aprel 2017 18:00

Moskva və Ankara S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması haqqında razılıq əldə edib. Bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu “Habertürk” qəzetinə müsahibəsində bildirib.

Trampın sirli qırmızı düyməsi: Nüvə silahı hücumu, yoxsa...

28 Aprel 2017 16:53

ABŞ prezidenti Donald Trampın Ağ Evdəki oval otağında yerləşən iş stolunun üstündəki qırmızı düymənin nə işə yaradığı məlum olub. Associated Press-in əməkdaşı Julian Pace Trampın otağından reportaj hazırlayıb

Qazaxıstanda 30 dərəcə istidən sonra qar yağacaq

28 Aprel 2017 16:28

Qazaxıstanın cənub rayonlarında qısa sürən 30 dərəcə istidən sonra hava kəskin soyuyacaq, sulu qar və şaxta proqnozlaşdırılır. 

Böyük Britaniya 2700 il azadlıqdan məhrum edilən məhkumu İspaniyaya verəcək

28 Aprel 2017 16:26

Böyük Britaniya məhkəməsi baskların ETA terror qruplaşmasının üzvü Antonio Troitinonun İspaniyaya ekstradisiyasına razılıq verib.  Daha əvvəl ETA üzvü 22 terror aktında əli olduğundan 2,7 min ildən çox müddətə məhkum edilib.

Hansı keyfiyyətlər insanı uğura aparır?

28 Aprel 2017 15:52

Rusiya Prezidenti Vladimir Putin hansı keyfiyyətlərin insanı uğura aparmasından danışıb. Bu gün bir sıra vətəndaşların "Əmək Qəhrəmanı" qızıl ulduzu ilə təltif edilməsi mərasimində iştirak edən V.Putin bildirib: "Zəhmətsevərlik, qarşıya məqsəd qoymaq və vətənə məhəbbət insanı uğura aparır".

Londonda antiterror əməliyyatı

28 Aprel 2017 15:45

Londonda polis bir evə gözyaşardıcı qazla daxil olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Polis evə daxil olduqdan sonra ard – arda silah səslərinin eşidildiyi bildirilir. Hadisə şahidlərinin sözlərinə görə polis evdən bir neçə nəfəri həbs edib. Hadisədən sonra London polisi verdiyi açıqlamasında qeyd edib ki, aparılan əməliyyat bir terror hadisəsinin tehdidi ilə bağlı olub. Kəşfiyyat qüvvələrinin məlumatı ilə terror hadisəsini törədəcək olan şəxslər zərəzsizləşdirilib. Saxlanılanlar arasında 16 yaşında qız və 43 yaşın bir  qadın olduğu verilən məlumatlar sırasındadı.

Azərbaycan sərhədində ABŞ vətəndaşı saxlanıldı

28 Aprel 2017 15:24

Rusiya-Azərbaycan sərhədində, Dağıstanın Axtın rayonun Smuqul kəndində sərhədi qanunsuz keçən ABŞ vətəndaşı saxlanılıb. Bu barədə Dağıstan Sərhəd Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə iki gün əvvəl baş verib. Əcnəbi qadın Rusiyada turist kimi gəlsə də, lakin onun sərhəd zonasına daxil olması buna icazə verən müvafiq sənədlər olmadan baş verib.

Almaniya polisi İŞİD üzvü olmaqda şübhəli bilinən suriyalı qaçqını saxlayıb

28 Aprel 2017 15:01

Almaniya polisi Suriyada terrorçu İŞİD qruplaşmasının tərkibində döyüşməkdə şübhəli bilinən 23 yaşlı suriyalı qaçqını saxlayıb.  Polis onu aprelin 27-də ölkənin cənub-qərbində yerləşən Baden-Vyurtemberq torpağının Biberax dairəsində nəzarətə götürüb.

Metroda qorxulu anlar

28 Aprel 2017 14:29

İstanbulda Marmaray Dəmiryolu stansiyasında sərniçinlər həyacanlı anlar yaşayıblar. “Olaylar” “Huriyyet” -ə istinadfən bildirir ki,  stansiyada sərnişinlərə təcili qatarları tərk etməli olduqlarını bildiriblər. Stansiyada fəaliyyət göstərən polislər sərnişinlərin suallarını cavablandırmadıqda isə insanlar terror hadisəsinin ola biləcəyindən qorxublar. Mətbuata açıqlama verən Nəqliyyat, Dənizçilik və Məlumat Nazirliyi səlahiyyətliləri stansiyaların boşaldılması anonsunun baş verən yanğınla əlaqədar olduğunu deyiblər. “Problem qısa zamanda aradan qaldırıldıqdan sonra Marmarayın yenidən sərnişinlərin istifadəsinə veriləcək”, - deyə  bildirib.

Avropa niyə Türkiyəni hədəf seçib?

28 Aprel 2017 14:18

Artıq bir neçə ildir ki, Avropada Türkiyəyə qarşı bir haqsızlıq, düşmən münasibət hökm sürür. Əslində yüz illərə dayanan bu münasibətin arxasında duran başlıca hədəf, məqsəd Türkiyəni bir dövlət kimi yox etməkdir. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi və digər mümkün yollardan istifadə etməklə Türkiyənin regional güc olmasını əngəlləmək kimi məkirli planlar hər zaman olub. Günümüzdə də bu planlar davam etməkdədir. Elə bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Türkiyə ilə bağlı qəbul edilmiş məlum qərar belə deməyə əsas verir. Birmənalı olaraq Türkiyənin nüfuzuna, siyasio çəkisinə zərbə vurmağı, onun Avropa Birliyinə gedən yoluna səd çəkməyi nəzərdə tutan bu qərar qardaş ölkə ilə yanaşı Azərbaycanda da haqlı etiraza səbəb olub.  

AŞ PA siyasi alət vasitəsinə çevrilib

28 Aprel 2017 14:12

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinq qərarı bir sıra qaranlıq məqamlara aydınlıq gətirmiş oldu. Məlum oldu ki, təşkilat fəaliyyət göstərdiyi altımış səkkiz il ərzində Qərb dövlətlərinin əlində müsəlman aləminə qarşı təzyiq vasitəsi kimi istifadə edilib.

Hadisənin yeni sevgilisi var - İDDİA 

28 Aprel 2017 14:09

Hazırda istirahətdə olan müğənni Hadisə haqda yeni iddia səsləndirilib.  Maldiv adalarında, daha sonra isə Dubayda dincələn Hadisə sosial mediadan da tez-tez fotolar paylaşır.  Lakin "Duymayan kalmasın" proqramında yayımlanan fotolarda Hadisənin yanındakı kişinin sevgilisi ola biləcəyi səsləndirilib. Həvəskar kamera ilə çəkilmiş görüntüdə müğənninin həmin adama romantik baxışlarla baxması belə şərh edilib.

Qarabağda daha bir erməni hərbçi məhv edildi

28 Aprel 2017 14:03

Azərbaycan Silahlı Qüvvələri düşmənin növbəti təxribatının qarşısını alıb.  Bu gün saat 9:30 radələrində Dağlıq Qarabağda atəşkəs rejimini pozan 1998-ci il təvəllüdlü erməni hərbçi Mqer Arzumanyan Azərbaycan Ordusunun cavab atəşi ilə öldürülüb.

Ukraynadan Moskvaya ərazi İDDİASI: 8 ölkə arasında bölünəcək Rusiyanın...

28 Aprel 2017 13:46

Donetsk vilayəti hərbi-vətəndaş administrasiyasının başçısı Pavel Jebrivskiy Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edib. O, bu barədə vilayət dövlət administrasiyasının kollegiya iclasında bildirib. “Mən, əlbəttə, Rostov vilayətinin Ukraynaya qayıdışını çox dəstəkləyirəm”, - Pavel Jebrivskiy bildirib.