Dünya

14 yaşlı qızı atası, qardaşı və dayısı oğlu DƏFƏLƏRLƏ ZORLADI və... -

28 Aprel 2017 13:45

Orta məktəb şagirdinə ögey atası, ögey qardaşı və dayısı oğlu təcavüz edib.  Hadisə Türkiyənin Əskişəhər bölgəsində yaşanıb. Bu barədə 14 yaşlı qız ilk dəfə sinif rəhbərinə danışıb. Təcavüzə məruz qalan S.Y. adlı qız anası Aynur Y.-nin ikinci nikahından olan qızıdır. Anası Məsud G. adlı şəxsdən boşanandan sonra onun atası ilə ailə qurub. Qız anasının hər yay tətili, bayramlarda onu Bursa şəhərində yaşayan keçmiş əri Məsud G.-nin evinə göndərdiyini deyib.

Mədəniyyət Nazirliyindən seksual AKTRİSAYA QADAĞA

28 Aprel 2017 13:43

Kambocalı aktrisa Denni Kvan həddən artıq seksual olmaqda ittiham olunub. Kambocanın Mədəniyyət Nazirliyi aktrisanın çox seksual görüntüsü olduğunu əsas gətirərək onun filmlərdə çəkilməsinə qadağa qoyub. Mədəniyyət və İncəsənət Nazirliyi 24 yaşlı aktrisanın əsasnaməylə bağlı qaydaları pozduğunu dilə gətirib. Sosial şəbəkədə 300 mindən çox abunəçisi olan Kvan ittihamları rədd edərək, digər aktrisaların rollarından fərqli və həddən artıq seksual obrazlar oynamadığını bildirib.

Yəməndə xəstəxanaya hücum

28 Aprel 2017 13:35

Yəməndə Husi müxalif qrupu Taiz şəhərində yerləşən xəstəxanaya hücum təşkil ediblər. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Husilər Al-Thawra xəstəxanasının dializ mərkəzinə etdiyi hücumda 10 nəfər həlak olub., 12 nəfər ağır yaralanıb. Yəmənin koalisyon qüvvələri ilə Husi qruplaşması arasındakı gərgin münaqişə zamanı 9 qruplaşma üzvü həlak olub, 14 – ü ağır yaralanıb.

Terrorçular təslim oldular

28 Aprel 2017 13:23

Türkiyənin Tunceli vilayətində təhlükəsizlik qüvvələri PKK terror qruplaşmasına qarşı əməliyyat həyata keçirib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, əməliyyat zamanı 7 nəfər PKK – lı Təhlükəsizlik qüvvələrinə təslim olmaq istəyib. Digər PKK – lılar təslim olmaq istəyən 7 PKK – lıya silahlı hücum edən zaman, əməliyyat üzvləri təslim olmaq istəyənləri silahlı terrorçulardan xilas ediblər. Aparılan əməliyyat zamanı 1 PKK – lı terrorçu öldürülüb, 1 – i ağır yaralanıb. 

Ürküdücü kadrlar: Timsah ceyranı bir dəfəyə uddu

28 Aprel 2017 12:49

Kenyada çayı keçmək istəyən ceyranın iri timsah tərəfindən udulması kameralara düşüb. Ürküdücü kadrlarda iri timsahın gizlincə izlədiyi ceyranı anidən ağzına alıb udması əks olunub.

Bakıdan İrəvana köçmüş erməni qadın: “Köçkünlər Ermənistandan qaçmaq üçün fürsət axtarırlar”

28 Aprel 2017 12:11

Ermənistanı qorxulu yuxu kimi untumaq istəyirəm. Bu fikirlər Azərbaycandan Ermənistana köçmüş və adı gizli saxlanılan qadının "Epress" qəzetində dərc olunan məktubunda vurğulanıb.

Rusiya parada hazırlaşır

28 Aprel 2017 12:09

Rusiyanın paytaxtı Moskvada 9 May - Qələbə Günü münasibətilə təntənəli hərbi parada hazırlıqlar başlanıb. Moskva küçələrindən keçən hərbi texnika, o cümlədən qitələrarası ballistik raketlərin buraxılış qurğuları Qızıl Meydanda keçidin məşqlərinə cəlb olunub. 

"Biz doğru bildiyimiz yolda irəliləməyə davam edəcəyik”

28 Aprel 2017 11:35

"Avropa Birliyi başda olmaqla, qurum və dövlətlərin 16 aprel referendumu ilə bağlı ölkəmizin demokratiyasını nəzarətdən keçirməsinə icazə verməyəcəyik." Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib dünən Ərdoğan Konstitusiya Məhkəməsinin 55-ci ildönümündə çıxışı zamanı deyib.

Londonda antiterror atışması: polislər 20 yaşlı qızı vurdular - VİDEO

28 Aprel 2017 11:30

Londonun şimal-qərbindəki Uilsdon səmtində polis antiterror əməliyyatı keçirib. Terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər tutulub. Tutulanlar arasında 20 yaşlı qız, 16 yaşlı yeniyetmə oğlan və 43 yaşlı qadın var.

XƏBƏRDARLIQ - Yaponiyada Sakuradzima oyanır

28 Aprel 2017 11:24

Yaponiyanın cənubunda yerləşən Kyusyu adasında Sakuradzima vulkanı yenə aktivləşib. Vulkan ətrafa kül topası atıb. Yerli meteoroloji idarənin verdiyi məlumata görə, vulkanın atdığı kül topası 3200 metr hündürlüyünə yüksəlib.

Gümrüdə "dəfn edilən" general Türkiyədə tapıldı - "Məzar siyahısında babamın adı yox idi"

28 Aprel 2017 11:22

Türkiyənin Şərqi Anadolu bölgəsinin Ardahan rayonunda ev tikintisi zamanı ekskavator bünövrə qazarkən üzərində xaç işarəsi olan tabutun tapıldığı haqda məlumat vermişdik.

Almaniyada çadra yasaqlandı

28 Aprel 2017 11:15

Almaniya parlamentinin aşağı palatası olan Bundestaq işdə simanı tam bağlayan paltar geyinməyi yasaqlayan qanun layihəsini qəbul edib. Qanun mülki qulluqçulara, hakimlərə və hərbçilərə şamil olunur. 

"AŞ PA peşman olacaq"

28 Aprel 2017 11:14

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) peşman olacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını şərh edən nazir qurumun büdcəsinə ən çox ödəniş edən ölkələrdən birinin Türkiyə olduğunu bildirib: "Bu ödənişin həcmini azaldacağıq, minimum ödəmə edəcəyik. Nümayəndə heyəti göndərib-göndərməməyi də dəyərləndiririk. Ata biləcəyimiz başqa addımlar da var. Bilsinlər ki, buna peşman olacaqlar".

Türkiyə Rusiyadan S-400 zenit-raket sistemləri alacaq

28 Aprel 2017 11:13

Türkiyə Rusiyadan S-400 zenit-raket sistemləri alacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.