Dünya
Vanda terror
İt 380 kilometri qət edib, sahibinə qovuşdu
Böyük Britaniyada Pero ləqəbli it 380 kilometrlik yolu qət edərək, öz sahibinə qovuşub. Heyvan Penrin-kok şəhərindən Kokermuta doğru məsafəni qaçaraq gəlib. Heyvanın sahibi Alan Ceyms Peronu digər şəhərdəki evində qoyub.
Yeni neyron interfeys mətni beş dəfə sürətli çap edəcək
“Facebook” yaradıcısı Mark Sukerberq sosial şəbəkə üçün hazırda insanların telefon vasitəsilə çap etdikləri mətni beş dəfə sürətli yığmağa imkan verəcək neyron interfeys üzərində aparılan iş barədə məlumat verib.
Smartfonu 5 dəqiqəyə enerji ilə dolduran qurğu təqdim olunub
İxtiraçı Yakob Bey “Kickstarter” platformasında smartfonu 5 dəqiqə müddətində enerji ilə doldurmaq qabiliyyətinə malik “Zeus Hybrid” adlı xarici akkumulyator təqdim edib.
“Instagram” istifadəçilərinin sayı 700 milyon təşkil edir
“Instagram” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı 700 milyona çatıb. Bu haqda xidmətin administrasiyası məlumat verib. “Instagram” öz auditoriyasının artmasını yeni funksiyaların tətbiqi ilə izah edir: onlayn yayım, “Direct”da yoxa çıxan mesajlar. 4 ay ərzində sosial şəbəkənin istifadəçilərinin sayı 100 milyon, 2 ildə isə iki dəfə artıb.
Dünyada çərçivəsiz displeylə təchiz edilmiş ilk təhlükəsiz smartfon təqdim edilib
Bu günlərdə “Aermoo” şirkəti dünyada ilk çərçivəsiz smartfonunu təqdim edib. Bu aparatın əsas özəlliyi təhlükəsiz korpusla təchiz edilməsidir.
Sağlamlıq imkanları məhdud insanlar üçün yeni qurğu yaradılıb
Əksər insanların smartfon, planşet və kompüterdən problemsiz istifadə etməsinə baxmayaraq bəziləri üçün bu vəzifəni yerinə yetirməyin qeyri-mümkün olmasına görə Kanadanın “Komodo OpenLab” şirkəti artıq 7 ildir sağlamlıq imkanları məhdud insanlar üçün elektron qurğuların idarə edilməsini sadələşdirəcək “Tecla” qurğusu üzərində çalışır. Bu dəfə şirkət qurğunun istifadəçilərə eyni anda səkkiz elektron cihazı idarə etməyə imkan verən yeni versiyasını təqdim edib.
"Ağıllı" balış gecə lampası, zəngli saat funksiyasını yerinə yetirəcək və yuxuya nəzarət edəcək
ABŞ-ın “Mode Modern” dizayn studiyası “Kickstarter” platformasında özündə gecə lampası, zəngli saat və fitnes treker funksiyalarını birləşdirən “Sunrise Smart Pillow” smart balışının istehsalına pul toplayıb.
Həyatından bezənlər üçün YENİ İMKAN
Bəşəriyyət indiyədək yalnız nağıllarda, rəvayətlərdə deyilən və ağlasığmaz hesab edilən bir yeniliklə üz-üzədir. Yaxın gələcəkdə, insanlar həyat olan planetlərə yaşamağa gedə biləcəklər. Öz şəhərindən, ölkəsindən, lap elə dünyasından bezənlər həyatına sıfırdan başlamaq romantikasıyla başqa planetlərə üz tutacaqlar.
Hülya Avşar Beren Saatı BƏYƏNMƏDİ!
Bu sözləri Hülya Avşar jurnalistlərə verdiyi açıqlamada deyib. Hülya gənc həmkarının ona bənzədilməsinə sərt reaksiya verib: "Nə əlaqəsi var? Heç bənzəmirik. Nəyimizin oxşadığını bilmirəm. Görəsən, aktrisalığımız? Beren Saatın rollarına baxmamışam, diqqət etmədim".
Nikah masasında müğənniyə ŞOK: 8 illik sevgilisi "Yox" dedi
Niran Ünsalın ötən gün 8 ildir birlikdə olduğu İbrahim Ququ ilə nikah masasına əyləşdikləri haqda məlumat vermişdik. Ququ nikah masasında etdiyi zarafat ilə hər kəsi şoka salıb.
Türkiyədən Yunanıstana üzərək gedən suriyalı BMT-nin xoşməramlı səfiri oldu
Suriyalı üzgüçü Yusra Mardini Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri olub. Hazırda Almaniyada qaçqın həyatı yaşayan idmançı bildirib: "Hazırda Berlində yaşayıram. Bütün qaçqınları təhsillərinə və həyatlarına qaldıqları yerdən davam etməyə çağırıram".
Yıldırım və Medvedev gəmini müzakirə etdilər
Türkiyənin Baş naziri Binəli Yıldırımla rusiyalı həmkarı Dmitri Medvedev arasında telefon danışığı olub. Telefon danışığı zamanı Rusiyaya məxsus gəminin Qara dənizdə qəzaya uğraması müzakirə olunub.
Ermənistanda hüquq müdafiəçiləri döyüldü
Ermənistanda hüquq müdafiəçilərinə hücum olub. Bir neçə dəqiqə əvvəl Ermənistanın Vəkillər məktəbinin direktoru Simon Babayan, Ermənistan Vəkillər Palatasının sədr müşaviri Qevorq Mkrtçyan, Ermənistan Vəkillər Palatası sədrinin xarici əlaqələr üzrə müşaviri Vrej Xaçikyan və daha bir neçə şəxs vəkil hüquq müdafiəçiləri Tiqran Atanesyanın ofisinə daxil olaraq onu və Armen Soğomonyanı döyüb.
Deputat: Ədalətsiz qərarların Türkiyəyə heç bir təsiri olmayacaq
Avropa Şurasının, Avropa Birliyinin və digər bəzi qərbyönümlü beynəlxalq təşkilatların Türkiyəyə və oradakı proseslərə münasibəti birmənalı deyil və bu münasibət hadisələrə adekvat hesab olunmur.














