Dünya
Aİ-nin Ermənistan nümayəndəliyində QALMAQAL - 14 nəfər qrant mənimsənilməsində şübhəli bilinir
Ermənistanda Avropa İttifaqı (Aİ) nümayəndəliyinin əməkdaşı həbs olunub. Ermənistanda qrantla bağlı maliyyə fırıldaqda şübhəli sayılaraq saxlanılan Avropa İttifaqının bu ölkədəki nümayəndəliyinin əməkdaşının kimliyi məlum olub.
Ebru Gündeş və Rza Zərrabın məhkəməsi oldu
Müğənni Ebru Gündeş və həyat yoldaşı Rza Zərrab Kanlıcada yerləşən tarixi villanı alaraq icazəsiz təmir etdikləri üçün məhkəməyə verilmişdilər. Hər ikisinin işinə ayrı-ayrlıqda baxıldığı üçün hazırda ABŞ-da həbsdə olan Rzanın məhkəməsi artıq keçirilib. Prosesə iş adamının vəkili qatılıb.
Tailandda silahlı toqquşma: 4 hərbçi öldürüldü
Tailandın cənubunda silahlı qruplaşma ilə toqquşma zamanı dörd hərbçi həlak olub. Narativat əyalətində hərbi patrul xidməti həyata keçirən avtomobilə hücum baş verib. Yerli orqanların verdiyi məlumata görə, hərbçilərin olduğu avtomobilin yaxınlığında partlayış törədilib, daha sonra silahlılar hərbçiliəri odlu silahla qətlə yetirib.
Ərdoğanı və ailəsini qoruyan polislər FETÖ-çü çıxdı - ŞOK ƏMƏLİYYAT
Polis Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Mühafizə Xidmətində əməliyyat keçirib. FETÖ təşkilatı ilə əlaqəsi olduğu iddia edilən 19 xüsusi təyinatlı polis əməliyyat nəticəsində ifşa edilib. Onlardan ikisi rəis vəzifəsindədir.
Türkiyəli deputat: "Beynəlxalq birlik Qarabağ məsələsində ikiüzlülük göstərir"
Azərbaycanın güclənməsi Ermənistana ciddi bir mesajdır. Ermənistan üçün nə qədər ki gec deyil Qarabağ torpaqlarını geri qaytarmalıdır.
"Bəyaz şou"da qalmaqal yaradan qadının məhkəməsi oldu - 1 il 3 ay həbs
Ötən il "Bəyaz Şou"ya zəng vuraraq qalmaqala səbəb olan Ayşə müəllimə həbs edilib. O, canlı efirə bağlanaraq ölkənin cənub şərqində baş verən hərbi əməliyyatlara diqqət çəkmiş və ordunu silahsız insanlara qarşı zor tətbiq etməkdə ittiham etmişdi. Bunun ardından qadın haqqında "Terror təşkilatını müdafiə etmək" ittihamı ilə cinayət işi açılmış, aparıcı Bəyazit Öztürk isə tamaşaçılardan üzr istəmiş, həmin an özünü itirdiyini demişdi.
Beynəlxalq hesabat: Ermənistan Afrika ölkələri ilə eyni səviyyədədir
Ermənistan demokratiya səviyyəsinə görə Afrika ölkələri ilə bir sıradadır. Bunu Beynəlxalq "Economist Intelligence Unit" və "Freedom House" təşkilatlarının demokratiya və azadlıq səviyyəsinə görə hazırladığı hesabat göstərir.
Ölkədə bunkerlərin sifarişi artıb - Nüvə müharibəsinə HAZIRLIQ
Şimali Koreya tərəfindən nüvə təhdidinin artması ilə əlaqədar olaraq Yaponiyada ev və korporativ bunkerlərin quraşdırılmasına sifarişlər kəskin artıb.
İngilis deputat erməniləri BİABIR ETDİ: “ Edvard Nalbandyanın arvadı ilə...”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı ilin yanvarında keçirilmiş qış sessiyasında “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlı məruzə ilə çıxış edən britaniyalı deputat Robert Uolter bu günlərdə maraqlı açıqlamaları ilə yadda qalıb.
Qərbə SƏRT XƏBƏRDARLIQ: “Rusiyaya qarşı bu taktika...”
“Dünyanın təhlükəsizlik məsələləri üzrə Rusiya ilə güc diliylə danışıqlar aparmaq cəhdləri perspektivsizdir”. Bunu beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
Stoltenberq: Çevrilişə cəhd etmiş şəxsləri təqib etmək Türkiyənin haqqıdır
Çevrilişə cəhd etmiş şəxslərin təqib edilməsi Türkiyənin haqqıdır, lakin bu, ciddi şəkildə qanun çərçivəsində aparılmalıdır. Bunu NATO baş katibi Yenes Stoltenberq deyib.
300 min dollarlıq çantanı oğurlayan qadının ailəsi bağlı İLGİNC MƏLUMAT - VİDEO
ABŞ-dan körpəsiylə İstanbula gələrkən oğrular tərəfindən 300 min dollarlıq ləl-cəvahiratla dolu çantası oğurlanan Dəniz Kula qarşı quldurluq edən şəxslər ailəlikcə cinayətkar çıxdılar...
Çağatay Ulusoyun yeni layihəsi bəllidir
"İçerde" serialının "Sarp"ı Çağatay Ulusoy artıq yeni layihəsi ilə bağlı danışıqlara başlayıb. "İçerde"nin 39-cu seriyada bitəcəyi artıq dəqiqləşib. Serialın əvvəldən bir mövsümlük olacağı deyildiyi üçün yaradıcı heyət sözünün üstündə qalıb.
Fransa XİN: Suriyada kimyəvi silahlardan Bəşər Əsədin əmri ilə istifadə olunub
Fransa Xarici İşlər NazirliyiSuriyanın İdlib vilayətinə kimyəvi silahlarla hücumun Bəşər Əsədin əmri ilə həyata keçirildiyini təsdiqləyən hesabat yayıb. Hesabatda hadisə yerindən götürülmüş nümunələrin analiz nəticələri təqdim olunub. Bütün nümunələrdə kimyəvi silah üçün xarakterik olan zarin və heksamin qarışığı, diizopropil metilfosfonat maddəsi aşkarlanıb.
Türk ordusuna təslim oldular
İŞİD terror qrupunun aldadaraq qruplarına daxil etdikləri gənc nümayəndələr İŞİD – dən qaçmağa başlayıblar. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İŞİD - ə qoşulan bir qrup əcnəbi gənclər qaçaraq, Türkiyə sərhəddində Türk ordusuna təslim olurlar. Təslim olanlar Kıbrıs əsilli Stefan Aristidou və Paul Kleman Öncüpınar sərhəddinə gəliblər. Ameika və İngilis vətəndaşı olduqları bildirilən gənclərin üzərində heç bir sənəd tapılmayıb. Türkiyə rəsmiləri məlumatı İngiltərə və Amerika səfirliklərinə bildiriblər.














