"Ağıllı" balış gecə lampası, zəngli saat funksiyasını yerinə yetirəcək və yuxuya nəzarət edəcək

ABŞ-ın “Mode Modern” dizayn studiyası “Kickstarter” platformasında özündə gecə lampası, zəngli saat və fitnes treker funksiyalarını birləşdirən “Sunrise Smart Pillow” smart balışının istehsalına pul toplayıb.

ABŞ-ın "Mode Modern" dizayn studiyası "Kickstarter" platformasında özündə gecə lampası, zəngli saat və fitnes treker funksiyalarını birləşdirən "Sunrise Smart Pillow" smart balışının istehsalına pul toplayıb. Qeyri-adi balış yuxu öncəsi kitab oxuyan zaman gecə lampası funksiyasını yerinə yetirən daxili işıq diodları ilə təchiz edilib. Sözügedən balış səhərlər günəşin çıxması effektini yaradır. Bundan başqa, "Smart Pillow" sahibinin daha tez yuxuya getməsi üçün müxtəlif səsləri, musiqi və ya səsli kitabı səsləndirən daxili dinamiklə təchiz edilib.

"Smart Pillow"un daha bir funksiyası yuxunu izləməkdir. "Ağıllı" balış qiroskop, akselerometr və mikrofonun köməyi ilə yatma və oyanma vaxtlarını qeydə alır, gecə vaxtı sahibini oyadan səsi tapmağa imkan verir, həmçinin yuxu mərhələlərini müəyyənləşdirir və hər bir gecənin nəticəsinə uyğun yuxunun keyfiyyətini qiymətləndirir.

Yaradıcılar iddia edirlər ki, "ağıllı" balış keyfiyyətli materiallardan düzəldilib və balışüzünü maşında yumaq mümkündür.  "ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31