Dünyada çərçivəsiz displeylə təchiz edilmiş ilk təhlükəsiz smartfon təqdim edilib
Bu günlərdə “Aermoo” şirkəti dünyada ilk çərçivəsiz smartfonunu təqdim edib. Bu aparatın əsas özəlliyi təhlükəsiz korpusla təchiz edilməsidir.
27 Aprel 2017 19:38 DünyaBu günlərdə "Aermoo" şirkəti dünyada ilk çərçivəsiz smartfonunu təqdim edib. Bu aparatın əsas özəlliyi təhlükəsiz korpusla təchiz edilməsidir. Bir qayda olaraq, təhlükəsiz smartfonlar böyük ölçü, qalınlıq və görkəmsiz dizayna malik olurlar. İstehsalçının sözlərinə görə, "Aermoo F1" smartfonu özündə ən proqressiv ideya və texnologiyaları birləşdirərək analoqlarından fərqlənəcək.
"F1" smartfonunun ön panelində mexaniki düymələr olmayacaq və smartfonun ön paneli displeydən ibarət olacaq. Məlumata görə, "Lamborghini" şirkətinin dizaynerləri yeni qurğunun dizaynının hazırlanmasında iştirak ediblər.
"Aermoo F1" smartfonu "IP68" standartına uyğun su və toza qarşı davamlıdır, 6 QB əməli yaddaş və səkkiznüvəli "Snapdragon 835" prosessoru ilə təchiz edilib. "ICTnews" Elektron Xəbər Xidməti "macdigger.ru" saytına istinadən xəbər verir.