Londonda antiterror atışması: polislər 20 yaşlı qızı vurdular - VİDEO
Londonun şimal-qərbindəki Uilsdon səmtində polis antiterror əməliyyatı keçirib. Terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər tutulub. Tutulanlar arasında 20 yaşlı qız, 16 yaşlı yeniyetmə oğlan və 43 yaşlı qadın var.
28 Aprel 2017 11:30 DünyaLondonun şimal-qərbindəki Uilsdon səmtində polis antiterror əməliyyatı keçirib. Terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər tutulub. Tutulanlar arasında 20 yaşlı qız, 16 yaşlı yeniyetmə oğlan və 43 yaşlı qadın var. London polisinin (Skotlənd Yard) yaydığı rəsmi məlumatda bildirilir ki, şübhəli şəxslər tutularkən atışma olub. Bu zaman şübhəlilərdən 20 yaşlı qız yaralanıb. Hazırda o, Harlesden Road səmtindəki xəstəxanaya yerləşdirilib. Yaralanmış qızın vəziyyəti ağır olsa da, stabildir. Milli.az The Guardian-a istinadən xəbər verir.