Dünya
Emanuel Makron: "Fransa Avropa İttifaqından çıxa bilər"
Fransada prezidentliyə namizəd Emanuel Makron ölkəsinin Avropa İttifaqından çıxmasının mümkün olduğunu açıqlayıb.
Oğru bankomatın qarşısında qadının qulağını kəsdi - Dəhşətli VİDEO
Çində dəhşətli oğurluq anı təhlükəsizlik kameralarına düşüb. Kameralara düşən görüntülərdə oğrunun gizlicə izlədiyi qadına hücum edib, onun qulağını kəsməsi, yerə yıxılan qadının ağrıdan qışqırması əks olunub.
Keçmiş ərindən Günaya sərt ittihamlar: "Oğlumu göstərmir, onu Allaha tapşırıram"
Aktyor Tolqa Karel azərbaycanlı model Günay Musayevadan boşandıqdan sonra Sarah Skotla evlənərək ABŞ-a köçmüşdü. Bu evliliyindən Mia adlı qızı olan Karel Türkiyəyə qayıdıb.
Bir həftədə 65 terrorçu həbs olundu
Türkiyə Daxili İşlər nazirliyinin terror qruplaşmalarına qarşı son bir həftə ərzində 579 əməliyyat həyat keçirib. “Olaylar” “HaberTürk” - ə istinadən bildirir ki, aparılan əməliyyat zamanı 65 terrorist zərərsiz hala gətirilib. Terror qruplaşmalarına yardım etmək istəyən 238 nəfər isə saxlanılıb. Saxlanılan şəxslərdən 43 nəfərin İŞİD terror qruplaşmasının üzvü olduğu məlum olub. Türkiyə daxilində son bir həftə ərzində terrorla mübarizə məqsədi ilə həyata keçirilən əməliyyatlar zamanı 38 nəfər terrorçu öldürülüb, 11 nəfər təslim olub, 16 nəfər isə sağ salda zərərsizləşdirilib.
Türkiyənin müstəqil siyasət yürütməsi Avropanı narahat edir
AŞPA tərəfindən Türkiyənin monitorinq mərhələsinə qaytarılması ilə bağlı qərar qəbul olunması hələ də müzakirə olunan məsələlər sırasındadır. Siyasi şərhçilər hesab edirlər ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq, daxili işlərinə müdaxilə etmək məqsədi güdür.
Qərbin öz hüdudlarından kənarda axtardığı “demokratiya”
Türkiyədəki 16 aprel referendumunun nəticələrini “Qoca qitə” heç cür həzm edə bilmir. Bu günlər Avropa Birliyinin rəsmiləri bu referendumun nəticələrinin legitimliyini şübhə altına alan mövqe nümayiş etdirirlər. Buna qədər türk xalqının seçiminə ən çirkin üsullarla əngəl olmağa çalışdılar, ancaq bir nəticə hasil edə bilmədilər. İndi fakt qarşısındadırlar. Türkiyə bundan sonra daha qüdrətli bir dövlətə çevrilmək yoluna seçdi artıq. Bax, həzm edilə bilməyən budur.
Kran aşdı: 5 nəfər öldü - Cənubi Koreyada
Cənubi Koreyanın Kodze limanında kranın aşması nəticəsində 5 nəfər həlak olub. Hadisə daha 14 nəfərin yaralanmasına səbəb olub. Hadisə yerinə xilasedicilər cəlb edilib. Kranın altında daha bir neçə adamın qaldığı ehtimal edilir. Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.
Ermənistanda kəndlilər etiraza qalxdılar
Keçən ilin iyun ayında Ermənistanın Artik rayonunda seldən ziyan çəkən kəndlilərə bu günədək normal kompensasiya verilməyib. Onlar bu səbəbdən dağılmış evlərini, təsərrüfatlarını bərpa edə bilmirlər. Səbəb Ermənistan hökümətinin ödədiyi məbləğin onlara dəymiş ziyanı aradan qaldırmağa kifayət etməməsidir.
İstanbulda yollar bağlandı, Taksimdə 20 nəfər saxlanıldı - VİDEO
İstanbulun Beşiktaş meydanında toplaşan Xalqın Qurtuluş Partiyasının üzvləri Taksim meydanına yürüş etmək istəyiblər. Polisin xəbərdarlığına məhəl qoymayan nümayiş iştirakçılarından 20 nəfər saxlanılıb.
Kaliforniyada yaşayış kompleksində atışma olub
ABŞ-da San Dieqo şəhərində yaşayış kompleksi yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Bu barədə yerli polisdən bildiriblər.
İsveçdə məscidə od vurdular
İsveçin paytaxtı Stokholmun şimalında şiə məscidində yanğın baş verib. Polis məscidin yandırıldığını ehtimal edir. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir. Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.
Kürd məsələsi: toqquşmalar yenidən qızışır
Ötən həftə Türkiyə aviasiyasının İraqın və Suriyanın şimalında kürdlərin mövqelərinə güclü aviazərbələr endirməsindən sonra türk ordusu ilə kürd yaraqlı qruplaşmaları arasında toqquşmaların yeni fazası başlayıb. Və son məlumatlara görə bu toqquşma getdikcə qızışmaqdadır.
Məmmədyarovdan Lavrovu və Nalbandyanı susduran QARABAĞ SUALI: Moskva görüşündə baş verənlər
“Azərbaycan Moskva görüşünə təşəbbüs edərək, aydınlaşdırmaq istədi ki, Ermənistan əraziləri qaytarmağa hazırlaşırmı, ruslar İrəvanı razı sala bildimi?!”. Bu barədə erməni ekspert Stepan Qriqoryan aprelin 28-də Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib. Lakin erməni ekspert Ermənistanın niyə görüşə getdiyini dəqiq bilmədiyini qeyd edib.
""Ya mənimlə ol, ya məni öldür" deyirdi" - Taksi sürücüsünü qətlə yetirən tələbə qız
İstanbulun Sarıyer rayonunda taksi sürücüsü Hıdır Doğanı (48) bıçaqla öldürdüyü üçün mühakimə olunan tələbə Semra Ç.-ya (23) 18 ilə qədər həbs istəyiylə iddia açılıb.
Evlilik proqramlarının bağlanması haqda rəsmi açıqlama
Türkiyədə evlilik proqramlarının qadağan olunması ilə bağlı rəsmi açıqlama verilib. Ali televiziya və radio qurumu olan RTÜK bu proqramların qadağan edilimədiyi, ancaq yeni qərara əsasən, yayım qanunlarını pozanların bundan sonra daha sərt cəzalandırılacağını bildirib.














