Dünya
“Google” və “Huawei” şirkətləri “Raspberry Pi” kompüterinin “Android” sistemi ilə işləyən güclü analoqunu yaradıblar
ABŞ-ıın “Google” şirkəti Çinin “Huawei” istehsalçısı ilə birgə “Android” mobil əməliyyat sistemi ilə işləyən kompüter yaradıblar. “HiKey 960” kompüteri tərtibatçılara müvafiq proqram təminatında “ARM” proqramları yaratmağa və yoxlamağa imkan verəcək.
Lal-karların jestlərinin dilini səsləndirən “ağıllı” saat yaradılıb
Çin mühəndisləri lal-kar insanlara ətraf dünya ilə jestlərin dili vasitəsilə ünsiyyət qurmağa imkan verən konseptual “ağıllı” saat modeli yaradıblar. Həmsöhbət lal-karların jestlərinin dilini bilməyəndə isə saat insanın demək istədiyi bütün fikirləri səsləndirir.
“Sony Xperia XZ Premium” smartfonunun satışa çıxarılma vaxtı açıqlanıb
İlin əvvəlində keçirilən “MWC 2017” sərgisində maraqlı qurğulardan biri olan “Sony” şirkətinin “Xperia XZ Premium” smartfonu təkcə gözəl xarici görünüşünə görə deyil, “Snapdragon 835” prosessoruna, “4K” formatlı ekrana, saniyədə 960 kadr tezliyində videoçəkiliş aparan unikal kameraya malik olması ilə diqqəti cəlb edib.
“Google Chrome” brauzeri hər bir təhlükəli veb səhifə haqda xəbərdarlıq edəcək
Veb sayt sahiblərinin HTTPS təhlükəsiz protokoluna keçid kampaniyası “Google” şirkətinin təhlükəsiz internet yaratmaq strategiyasının bir hissəsidir. “Chrome 62” versiyasından etibarən brauzer HTTP protokolundan istifadə edən saytlara daxil olan internet istifadəçilərini daha aktiv xəbərdar etməyə başlayacaq. Ünvan sətrində hər hansı məlumatın daxil edilməsi zaman dərhal zəruri təhlükəsizlik protokolunun olmaması barədə xəbərdarlıq göstəriləcək.
Bu xəbərdən sonra dənizdən çıxmayacaqsız
Dənizin insan psixologiyasına müsbət təsirindən xəbərdarıq. Amma ingilis alimləri bunu bir daha təsdiqləyərək, bu su hövzəsinin başqa faydalarını da sadalayıblar.
Yeni proqram sükan arxasında SMS göndərməyə imkan verməyəcək
Cənubi Koreyanın “Samsung” şirkəti istifadəçi sükan arxasında olan zaman daxil olan bildirişləri avtomatik cavablandıran “In-Traffic Reply” adlı əlavə üzərində çalışır.
Təyyarənin mühərriki tüstülədi - Sərnişinlər təxliyə edildi
Almaniyanın Münhen şəhərinin hava limanında "Lufthansa" aviaşirkətinə məxsus təyyarənin onlarla sərnişini təxliyə edilib. Buna təyyarənin mühərrikinin tüstülənməsi səbəb olub. Aviaşirkət məlumatı təsdiqləyib.
Alyaskada 6,2 bal gücündə zəlzələ
ABŞ-ın Alyaska ştatının Kanada ilə sərhədində Rixter cədvəli ilə 6,2 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Alyaskanın cənub-şərqində Skaquey yaşayış məntəqəsindən 88 kilometr məsafədə yerin 2,2 kilometr dərinliyində qeydə alınıb.
Parisdə 1 May nümayişləri: polis gözyaşardıcı qazdan istifadə edib
Fransa polisi Parisdə 1 May nümayişləri zamanı bir sıra etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Minlərlə nümayişçi Respublika meydanından Nasyon meydanına doğru yürüş edir. Lakin yürüş iştirakçıları arasında bir qrup polisə butulka və tullantı atıb. Asayiş keşikçiləri isə cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı iki polis əməkdaşının xəsarət aldığı bildirilir.
23 illik telekanal bağlandı
Türkiyənin Ege TV telekanalı rəhbərliyin qərarı ilə ötən gecədən etibarən yayımını dayandırıb. İzmir və Ege bölgəsinin ən çox izlənilən və tək peyk televiziyası olan Ege TV uzun müddətdir maddi çətinliklər içərisində idi.
Ərdoğanın “yerli pulla iş görün” çağırışına rekord sayda dəstək gəldi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “dollar əvəzinə yerli pulla iş görün” çağırışına cəmiyyətdən rekord sayda dəstək gəlib. “Sputnik Azərbaycan” xəbər verir ki, dövlət başçısının açıqlamasından cəmi 1 gün sonra türk lirəsi ixracatda rekord səviyyəyə çatıb.
Türkiyə və Hindistandan ABŞ-a qarşı MÜHARİBƏ ELANI
Türkiyə və Hindistan ikitərəfli ticarətdə milli valyutalara - türk lirəsi və hind rupisinə keçməklə dollardan imtina edə bilər. Bunu Nyu-Dehliyə səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib.
“Nüvə müharibəsi heç vaxt olmadığı qədər...” - Pxenyandan XƏBƏRDARLIQ
Şimali Koreya nüvə güclərinin inkişaf templərini maksimal həddə sürətləndirəcək. Bu haqda Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Sibir "yanır" - 8 min insan təxliyə edildi
Rusiya FHN-in aviasiya xidməti Buryatiya, İrkutsk və Baykal ətrafında yaşayış məntəqələrindən 8 min insanı təxliyə edib. Son sutka ərzində Sibir meşələrində baş vermiş yanğının söndürülməsinə 4 vertolyot cəlb edilib.
Londonu qana boyamaq istəyən 3 qadın saxlanıldı
London polisi terror planı hazırlamaqda şübhəli bilinən üç qadını saxlayıb. Qadınlar 18-19 yaşlarındadırlar. Hazırda onlar Londondan bir qədər uzaqlıqda yerləşən müvəqqəti saxlanma təcridxanasındadırlar.














