Təyyarənin mühərriki tüstülədi - Sərnişinlər təxliyə edildi

Almaniyanın Münhen şəhərinin hava limanında "Lufthansa" aviaşirkətinə məxsus təyyarənin onlarla sərnişini təxliyə edilib. Buna təyyarənin mühərrikinin tüstülənməsi səbəb olub. Aviaşirkət məlumatı təsdiqləyib.

Almaniyanın Münhen şəhərinin hava limanında "Lufthansa" aviaşirkətinə məxsus təyyarənin onlarla sərnişini təxliyə edilib. Buna təyyarənin mühərrikinin tüstülənməsi səbəb olub. Aviaşirkət məlumatı təsdiqləyib. Məlumatda qeyd olunur ki, Münhendən Paderborn şəhərinə reys həyata keçirməli olan təyyarədə tüstülənmə uçuşdan bir qədər əvvəl başlayıb. Sərnişinlər dərhal təyyarədən endirilib.Təyyarədəki nasazlığın səbəbi məlum deyil. Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31