Dünya
ABŞ Ermənistana sanksiya tətbiq edəcək
Amerika Birləşmiş Ştatları Ermənistanda keçirilmiş parlament seçkiləri zamanı pozuntulara yol vermiş şəxslərin hökumət tərəfindən maliyyələşdirilən proqramlarda iştirakını qadağan edəcək. Bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib. Onun sözlərinə görə, ABŞ nümayəndləri seçki prosesində rüşvət, seçicilərə təzyiq faktları qeydə alıblar. Səfir bu faktların digər beynəlxalq təşkilatlar tərəfindən də aşkar edildiyini bildirib: "Biz hökumətimizi bütün bu faktlarla bağlı geniş araşdırma aparmağa çağırmışıq".
Bəy toy günü həbs olundu
Bəy toy günü saxtakarlıq etdiyinə görə saxlanılıb. O, toyuna ailəsi və qohumlarının əvəzinə 200 nəfər tanımadığı adamı çağırıb. Oğlan həmin adamlara bunun müqabilində 80 yuan, təxminən 15 manat verib
Dövlət Departamenti: yaxın 4 ayda Avropada terror ola bilər
ABŞ Dövlət Departamenti yaxın 4 ayda Avropada terror təhlükəsi barədə ABŞ vətəndaşları üçün xəbərdarlıq yayıb. Yayılan xəbərdarlıqda deyilir ki: "Dövlət Departamenti ABŞ vətəndaşlarını bütün Avropada terror hücumları təhlükəsinin qalması barədə xəbərdarlıq edir. Bu xəbərdarlıq müddəti 2017-ci il sentyabrın 1-i başa çatır".
ABŞ oliqarxlara sanksiya tətbiq edir
Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkiləri zamanı seçicilərin pulla ələ alınmasında əli olanların və seçki prosesinə əngəl yaradanların ABŞ hökumətinin maliyyələşdirdiyi və təşkil etdiyi tədbirlərdə iştirakına qadağa qoyulur.
Ermənistanda əxlaqsızlıq yuvası: qadınlarının xilas yolu
Ermənistanın paytaxtı Yeravanda masaj salonlarından birinin sahibi Saak Davtyan 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. İttihamnamədə qeyd edilir ki, salon sahibi üç qadın masajçını məhz intim xidmətlər də həyata keçirdiyinə görə işə götürübmüş. Qadınlardan birinin 21, daha ikisinin isə 23 yaşı var.
Qazaxıstanlı siyasi mühacir-oliqarxın cinayətkar imperiyası sona yaxınlaşır
Ötən saylarımızda Qazaxıstandan olan siyasi mühacir-oliqarx, İnterpol tərəfindən axtarılaraq həbs edilən Muxtar Ablyazov barəsində London Ali Məhkəməsi tərəfindən həbs qətimkan qərarı çıxarılması barədə məlumat vermişdik. Lakin faktların yetərsizliyi məhkəməyə oliqarxın cinayət əməllərini tam sübuta yetirməyə imkan vermirdi.Görünür, bu işdə bəzi siyasi motivlərin olması da öz sözünü deyir .
Cennifer Lopes moda şousunun "qəhrəman"ı oldu
Dünən Nyu-York şəhərində dünya modasının ən önəmli şoularından sayılan "Met Gala" keçirilib. Dünya modasının ən nüfuzlu və məşhur şoularından biri olan bala qatılanlar arasında populyar amerikalı müğənni Cennifer Lopes də vardı.
Rusların əksəriyyəti Putinin yenidən prezident seçilməsini istəyir
Rusiya vətəndaşlarının 64 faizi Vladimir Putinin 2018-ci ildə yenidən prezident seçilməsini istəyir. Bu barədə "Levada-Mərkəzi"n keçirdiyi sorğu nəticəsində məlum olub. Respondentlərin 22 faizi 2018-ci ildə keçiriləcək prezident seçkilərində digər namizədin qələbə qazanmasının tərəfdarıdır. Sorğunun nəticələrinə əsasən, seçkilər qarşıdakı bazar günü keçirilsə və seçici aktivliyi yüksək olsa, hazırkı prezident V. Putin 48 faiz səs toplamış olacaq.
"Həyat yoldaşım intim münasibətdə olmaq istəyəndə, ""Çelsi" oynayır" deyirəm"
Amerika II liqasında çıxış edən "Phoenix Risinq" klubunun formasını geyinən Didye Droqba maraqlı açıqlama verib. Fil Dişi Sahili millisinin sabiq üzvü uzun müddət formasını geyindiyi "Çelsi"nin hər bir oyununu izlədiyini deyib: "Hələ də "Çelsi"nin bütün oyunlarını izləyirəm. Hər kəs kimi mən də bir azarkeşəm. Həyat yoldaşım sekslə məğul olmaq istəyəndə "yox, "Çelsi" oynayır" deyirəm".
Berlində polislə nümayişçilər arasında toqquşma
FTB əməkdaşı İŞİD üzvünə aşiq oldu, ailə qurdular
Məlumat sızmasına səbəb olan hallar məlum olub
Ötən il kibercasusluq məqsədilə həyata keçirilən hücumlar istehsal və ictimai sektorda, eləcə də təhsil sahəsində müəssisələrə qarşı yönələn ən geniş yayılmış hücum növü olub. Məsələn, 2015-ci illə müqayisədə belə insidentlərin sayı 8 faiz - 13 faizdən 21 faizədək artıb. Bu barədə “Verizon” şirkətinin məlumat sızmalarına həsr edilən illik hesabatında deyilir.
İki uşaq atası olan aktyor intihar etdi
ABŞ-lı aktyor Maykl Mantenutonun Vaşinqtonda öz maşınında meyiti tapılıb. Aktyorun intihar etdiyi deyilir.
Dünyada ən sürətli plyonkalı fotokamera ixtira edilib
İsveçin Lund Universitetinin mütəxəssisləri dünyada ən sürətli plyonkalı fotokamera ixtira ediblər. Yeni fotoaparat hətta işığın hərəkətini görməyə imkan verir, onun sürəti saniyədə 5 trilyon kadrdır.
“Apple”: “Süni intellektdən yaddaşın genişləndirilməsi üçün istifadə etmək olar”
“Apple Inc.” şirkətinin rəhbərlərindən və “Siri” səsli köməkçi funksiyasının yaradıcılarından biri Tom Qruber süni intellektin gələcəkdə insan yaddaşının “genəldicisi” ola biləcəyini düşünür.














