FTB əməkdaşı İŞİD üzvünə aşiq oldu, ailə qurdular

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı Daniela Qrin Suriyada İŞİD terror qruplaşmasının üzvü - Denis Kaspert ilə ailə qurub. FTB-də D.Qrinə İŞİD terror qruplaşmasının üzvü barədə araşdırmalarda iştirak etmək tapşırılıb.

FTB-nin tərcüməçisi olan D.Qrin rəhbərliyinə getmək niyyətində olduğu yer barədə yalan danışaraq, D.Kaspertə onun haqqında araşdırma aparılması barədə xəbərdarlıq edib. Bundan sonra onlar arasında qarşılıqlı etibar yaranıb və onlar 2014-cü ildə ailə qurub, lakin KİV-lərə bu barədə yalnız indi məlum olub.

Xəbərdə bildirilir ki, D.Qrin ABŞ-a qayıdıb. O, ABŞ-da həbs edilib. D.Qrin hökumətlə əməkdaşlıq etməyə razılaşıb. Məhkəmə D.Qrin barəsində 2 il həbs cəzası qərarı verib. Ötən il yayda D.Qrin azadlığa buraxılıb.

Qeyd edək ki, 2015-ci ilin oktyabr ayında "CNN" telekanalı belə məlumat yaymışdı ki, 39 yaşlı D.Kaspert ABŞ aviasiyasının hücumu zamanı Suriyada ölüb.

D.Kaspert ABŞ Dövlət Departamentində əsas təhlükəli beynəlxalq terrorçuların siyahısında olub. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31