“Apple”: “Süni intellektdən yaddaşın genişləndirilməsi üçün istifadə etmək olar”

“Apple Inc.” şirkətinin rəhbərlərindən və “Siri” səsli köməkçi funksiyasının yaradıcılarından biri Tom Qruber süni intellektin gələcəkdə insan yaddaşının “genəldicisi” ola biləcəyini düşünür.

"Apple Inc." şirkətinin rəhbərlərindən və "Siri" səsli köməkçi funksiyasının yaradıcılarından biri Tom Qruber süni intellektin gələcəkdə insan yaddaşının "genəldicisi" ola biləcəyini düşünür. Onun sözlərinə görə, süni intellektdən belə istifadə onu misilsiz yardımçı edəcək və insan fiziologiyası ilə əlaqədar bir sıra çatışmazlıqları aradan qaldırmağa imkan verməklə yaddaşın itirilməsindən əziyyət çəkən şəxslər üçün əvəzedilməz olacaq.  

Məlumata görə, hazırda internet şəbəkəsində konkret insanlara aid çoxlu informasiya yerləşdirilib və xüsusiləşmiş süni intellekt sistemini yaratmaqla ona insan haqqında bütün məlumatları toplamağa və öz-özlüyündə "ehtiyat yaddaş" rolunda çıxış etməyə şərait yaratmaq mümkündür. "ICTnews" Elektron Xəbər Xidməti "Argumenti" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31