Lal-karların jestlərinin dilini səsləndirən “ağıllı” saat yaradılıb
Çin mühəndisləri lal-kar insanlara ətraf dünya ilə jestlərin dili vasitəsilə ünsiyyət qurmağa imkan verən konseptual “ağıllı” saat modeli yaradıblar. Həmsöhbət lal-karların jestlərinin dilini bilməyəndə isə saat insanın demək istədiyi bütün fikirləri səsləndirir.
1 May 2017 19:28 DünyaÇin mühəndisləri lal-kar insanlara ətraf dünya ilə jestlərin dili vasitəsilə ünsiyyət qurmağa imkan verən konseptual "ağıllı" saat modeli yaradıblar. Həmsöhbət lal-karların jestlərinin dilini bilməyəndə isə saat insanın demək istədiyi bütün fikirləri səsləndirir. Saat dəstinə lal-kar insanın hər bir barmağına taxılan üzüklər daxildir. Üzüklər barmaq hərəkətlərini oxuyaraq həmsöhbət üçün jestlər dilini saatın korpusuna quraşdırılan xüsusi dinamiklər vasitəsilə səsləndirir. Bundan başqa, saat əks-əlaqə üçün danışan insanın nitqini qiymətləndirərək onu lal-kar üçün mətnli məlumata çevirir və onu quraşdırılmış displeydə göstərir. İnsanlarla danışmağa ehtiyac olmayan zaman üzüklər bilərziyin içinə yığılır.
İnnovativ texnologiyanın kütləvi istehsalına bu il başlamaq nəzərdə tutulur. "ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən xəbər verir.