Dünya
Alimlərdən həyəcan TƏBİLİ: “Energetik içkilər ürək üçün çox təhlükəlidir”
ABŞ alimləri energetik içkilərin tərkibində kofein olan digər içkilərdən daha təhlükəli olduğunu müəyyən edib. Bu barədə ABŞ Kardiologiya Assosiasiyası açıqlama verib.
ABŞ-da məktəb avtobusu yük maşını ilə toqquşub, ölənlər var
ABŞ-ın Texas ştatında məktəb avtobusu yük maşını ilə toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Yaralılar xəsətəxanaya yerləşdirilib, onların həyatlarına təhlükə olmadığı bildirilir. KFOX14 telekanalının xəbərinə görə, idman yarışlarına yollanan avtobusda El Paso şəhərindən olan 34 şagird və məşqçi olub. İlkin məlumata əsasən, qəza nəticəsində yük maşınının sürücüsü və məşqçilərdən biri ölüb.
"Muradı tanıdıqca, daha çox sevirəm"
"İstanbullu gelin" serialında baş rolda oynayan aktrisa Aslı Enver "Elele" dərgisinə müsahibə verib. Aslı müğənni Murad Bozla münasibətlərindən danışıb: "Murad romantik, zarafatcıl, sahiblənən və düzgün biridir. Hər kəsə qarşı belədir. Onu tanıyıb da sevməyən yoxdur.
Terrorçular terrorçu cəsədlərini belə yığdılar
Türkiyənin Elazığ rayonunun Tunceli rayonunda öldürülən terrorçuların cəsədlərinin təslim olan terrorçulara yığdırıldığı ortaya çıxıb. Tuncelidə Hozat, Çemişgezek və Ovacık mahallarının kəsişməsindəki Aliboğazı Vadisində PKK-ya qarşı 27 apreldən bu yana davam etdirilən əməliyyatlar bu gün səhər saatlarında tamamlanıb.
Pivə içib 8 nəfəri güllələdi
Amerikanın Kaliforniya ştatının əsas şəhərlərindən olan San Dieqoda atışma olub. Pivə içən şəxs əlindəki silahla 8 nəfəri güllələyib. Hadisə nəticəsində ölən olmayıb. Yaralıların vəziyyəti barədə məlumat yoxdur. Şahidlərin dediyinə görə, onun bir əlində pivə, o biri əlində isə silah olub. O, pivəni başa çəkdikdən sonra yaşayış kompleksinin həyətindəki hovuzun yanındakı insanlara atəş açıb.
Burakla Fahriye arasında gərginlik
Türkiyənin "Posta" qəzetində yayılan məlumata görə, Burak Fahriyeni əsəbiləşdirib. Onların arasında məkan üstündə dava çıxıb. Belə ki, hər dəfə Fahriyeni Uğur Aslanın səhnəyə çıxdığı məkana gətirən Burak onu əsəbiləşdirib. Fahriye ona eyni məkana gəlməkdən sıxıldığını söyləyib.














