Türkiyədən oğurlanmış 5 min il yaşı olan heykəl satışa çıxarıldı

Türkiyədən oğurlanan 5 min il tarixi olan qadın heykəli 14,5 milyon dollara satışa çıxarılıb

ABŞ-ın Nyu-york şəhərindəki "Christies" hərrac evinin təşkil etdiyi hərracda Türkiyədən oğurlanan 5 min il tarixi olan qadın heykəli satışa çıxarılıb.

"Guennol Stargazer" (Guennol Ulduz Ovçusu) adlanan heykəl təxminən 14,5 milyon dollara satılarkən hərrac keçirilən binanın ətrafında toplaşan türklər satışa etiraz edib.

Türkiyənin Anadolu əyalətindən oğurlanan heykəlin geri qaytarılması üçün hüquqi işlər başladılıb.

Aparılan araşdırmalarda heykəlin Türkiyə mənşəli olduğu, Manisa Muzeyində oxşar nümunələrinin yer aldığı təsbit edilib. Ölkəyə qeyri-qanuni yollarla gətirilmiş heykəlin hərrac evində satışdan çıxarılması tələb edilib.

Nyu-Yorkun əsərin satışdan çəkilməsinə və Türkiyəyə təhvil verilməsi ilə bağlı qarşı tərəfin tələbinə mənfi cavab verməsi səbəbilə hüquqi proses başladılıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31