Dünya
“iOS” mobil əməliyyat sistemində hansı yeniliklər gözlənilir?
“iOS 11” mobil əməliyyat sistemi yayın əvvəlində “WWDC 2017” tədbirində təqdim ediləcək və 3 ay ərzində beta-versiya statusuna malik olacaq. Sentyabrda sözügedən sistemin yekun versiyası hazır olacaq.
"Kara sevda" 5 seriadan sonra bitir
Toya hazırlaşan aktyor Burak Özçivit və aktrisa Fahriye Evcen məkanlardan birində jurnalistlərin suallarını cavablandırıblar. Burak "Kara sevda" serialındakı tərəf müqabili Neslihan Atagüllə küsülü olduğu barədə xəbərlərə aydınlıq gətirib: "Mənim heç kimlə problemin yoxdur. Çəkiliş meydançasında heç bir problem yoxdur. Mətbuatda yazılanların bizimlə əlaqəsi yoxdur".
"Cesur ve Güzel" gələn il də davam edəcək - TƏSDİQLƏNDİ
"Cesur ve Güzel" serialının bitəcəyi ilə bağlı xəbərlər yayılıb. Kıvanç Tatlıtuğ və Tuba Büyüküstünün baş rollarda çəkildiyi ekran işinin ssenari müəllifi Ece Yörenc layihədən ayrıldıqdan sonra iddialar güclənib.
Cennifer Lopes yeni şouya başlayır
Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopes yeni şouya qatılacaq. O, ABŞ-ın NBC telekanalı ilə nümayiş ediləcək "World Of Dance" rəqs müsabiqəsinin münsiflər heyətinin üzvüdür.
Oğurluqdan tutulan qızın istintaq FOTOsu təəccübləndirir
Cənubi Karolina ştatında qadının istintaq zamanı çəkilən şəkilləri hər kəsin diqqətini çəkib. Amerikanın Cənubi Karolina ştatında Morqan Coys Varn adlı 24 yaşlı qadın evinə dəvət etdiyi kişini soyduğuna görə həbs edilib.
Saç ustası özünü həkim kimi təqdim etdi, qızın dodaqlarını bu hala saldı
Merve Keleş adlı qadın saxtakarlığın qurbanı olub. O, özünü həkim kimi təqdim edən, əslində isə saç ustası olan Soner G.yə 500 lirə verərək dodaqlarına silikon etdirib. Onun dodağındakı silikon 1 həftəyə əriyib. Merve bu dəfə 1000 lirə verərək yenə silikon etdirib. Bir müddət sonra Merve görüb ki, dodaqları qızarır və şişir.
Dünyanın ən sürətli fotokamerası : saniyədə 5 milyon kadr çəkir
İsveçdə dünyanın ən sürətli fotokamerası yaradılıb. Bu kamera saniyənin 0,2 trilyonunda şəkli çəkir. İsveçin Lund Universitetinin alim qrupu bu aparatı hazırlamaqla rekord vurub. Bu fotoaparat saniyədə 5 milyon kadr çəkə bilir.
İnsan gözlü meymun hamını HEYRƏTƏ SALIR
Mavi gözlü, beş yaşlı dişi oranqutan əsirlikdən xilas olunub. Meymun İndoneziyanın Borneo adasında xilas edilib. Bu meymunu xilas etmək üçün fəallar hətta fond da yaratmışdılar.
Rusiyada oyuncaq fabriki yandı
Rusiyanın Perm vilayətində oyuncaq fabrikində güclü yanğın baş verib. Bu barədə Perm vilayəti Fövqəladə Hallar Xidməti məlumat yayıb. Məlumata görə, Krasnokamsk oyuncaq fabrikində yanğın gündüz saatlarında qəflətən baş verib.
6 il həbsdə yatan türk müğənni azadlığa çıxır
Türkiyənin məşhur müğənnisi Dəniz Səki həsxanadan buraxılır. Bakırköy qadın cəza evində həbs həyatı yaşayan müğənni iyunun 5-də azadlığa çıxacaq.
ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşı İŞİD-çiyə ərə gedibmiş...
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşı Daniela Qrin İŞİD terrorçusuna ərə gedibmiş. FTB-də Qrinə İŞİD terror qruplaşmasının üzvü Denis Kuspert barədə araşdırmalarda iştirak etmək tapşırılıbmış. FTB-nin tərcüməçisi olan Qrin rəhbərliyə getmək istədiyi yer barədə yalan məlumat verərək Kuspertə onun haqqında araşdırma aparılması barədə məlumat ötürüb. Bundan sonra onlar arasında qarşılıqlı etibar yaranıb və cütlük 2014-cü ildə ailə həyatı qurub.
"Türkiyə Avropadan uzaqlaşır"
"Tükiyə Ərdoğanın dövründə Avropa İttifaqından üz döndərib. Hamıya aydındır ki, ən azı hal-hazırda Türkiyə Avropa perspektivindən uzaqlaşır".
Çexiya baş naziri qəfil istefa verdi - Hökumət böhran içində
Çexiyada bir müddətdir yaşanan hökumət böhranının ardından baş nazir Bohuslav Sobotka istefa verib. Ölkədə 6 ay sonra ümumi seçkilər keçiriləcək. Maliyyə naziri Andrej Babisin Sobotkanın keçmişdə vergi ödəməkdən yayındığı üçün istefaya getdiyini deyib.
Bərzanidən kürd dövləti AÇIQLAMASI
“İraqda müstəqil kürd dövlətini qurmağın vaxtı çatıb”. Bunu İraq kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.
Ərdoğan Putinlə SOÇİDƏ - Suriyanı müzakirə edəcəklər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 3-də Rusiyaya səfər edəcək. R.T.Ərdoğan Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüş zamanı prezidentlər Suriyada Rakka və Mənbic şəhərlərinin İŞİD-dən azad olunması ilə bağlı əməliyyatları müzakirə edəcəklər.














