Dünyanın ən sürətli fotokamerası : saniyədə 5 milyon kadr çəkir 

İsveçdə dünyanın ən sürətli fotokamerası yaradılıb. Bu kamera saniyənin 0,2 trilyonunda şəkli çəkir. İsveçin Lund Universitetinin alim qrupu bu aparatı hazırlamaqla rekord vurub. Bu fotoaparat saniyədə 5 milyon kadr çəkə bilir.

Fotoaparat daha çox peşəkarlara lazım olacaq. Çünki onun vasitəsilə təbiətdə baş verən fiziki və kimyəvi prosesləri anbaan çəkmək mümkün olacaq. İsveç alimlərinin bu icadı yeni alqoritmlər əsasında işləyir: o, bir şəkildə cismin bir neçə təsvirini tuta bilir, sonra isə kompüterdə videoslayd kimi təsvirin müxtəlif formalarını görmək olur. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31