ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşı İŞİD-çiyə ərə gedibmiş...

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşı Daniela Qrin İŞİD terrorçusuna ərə gedibmiş.  FTB-də Qrinə İŞİD terror qruplaşmasının üzvü Denis Kuspert barədə araşdırmalarda iştirak etmək tapşırılıbmış. FTB-nin tərcüməçisi olan Qrin rəhbərliyə getmək istədiyi yer barədə yalan məlumat verərək Kuspertə onun haqqında araşdırma aparılması barədə məlumat ötürüb. Bundan sonra onlar arasında qarşılıqlı etibar yaranıb və cütlük 2014-cü ildə ailə həyatı qurub.

Məlumata görə, 3 ildən sonra ABŞ-a qayıdan Qrin terrorçu qruplaşma barədə yanlış informasiya verdiyini etiraf edib. İşlətdiyi cinayətə görə, İŞİD-çinin keçmiş həyat yoldaşı 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin yayında o, azadlığıa buraxılıb.

Xəbərdə bildirilir ki39 yaşlı D.Kuspert ABŞ Dövlət Departamentinin beynəlxalq terrorçular siyahısına daxil edilibmiş. 2015-ci ilin oktyabrında ABŞ-ın Suriyaya aviasiya zərbələri zamanı Denis məhv edilib.

İstintaqın məlumatına görə, sabiq almaniyalı repçi D.Kuspert İŞİD sıralarına 2012-ci ildə qoşulub. O, qruplaşmaya yeni üzvlərin cəlbi və təbliğat işləri ilə məşğul olub. Bir neçə dəfə İŞİD-in çəkdiyi video çarxlarda yer alan D. Kuspert çarxlardan birində əlində kəsilmiş insan başı tutub. Lakin KİV-lərə bu barədə yalnız indi məlumat daxil olub və geniş rezonans doğurub. Virtualaz.org xarici KİV-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31