Dünya
Wikipedia qadağası ilə bağlı Türkiyədən- AÇIQLAMA
Dünyanın ən böyük internet ensiklopediyası Wikipediaya Türkiyədə daxil olmağın qadağa edilməsi ilə bağlı BTK-dan (Türkiyə İnformasiya Texnologiyaları Nazirliyi) açıqlama gəlib.
Ermənistanda baş qərargah rəisinin I müavini istefaya göndərildi
Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin birinci müavini Enriko Apriamov vəzifəsindən azad edilib. Ermənistan prezidenti Serj Sarkisyan müvafiq fərmanı imzalayıb. General-leytenant E. Apriamov hərbi xidmətdən tərxis olunub.
Məşhur aktyorun iddianaməsi hazırlandı
Həbs olunmuş məşhur türkiyəli aktyor Atalay Demircinin iddianaməsi hazırlanıb, məhkəməyə göndərilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, FETO – terror qruplaşmasına qarşı aparılan əməliyyatlar zamanı həbs olunan aktyora ağirlaşdırılmış cəza və 10 il həbs tələb olunub. Ankara Cumhuriyyət Məhkəməsi iddianaməni məhkəməyə göndərib.
Sarkisyanın masonlarla əlaqəsi üzə çıxdı
"Böyük Şərq" mason təşkilatı Ermənistanda öz filialını açmağa hazırlaşır. Təşkilatın rəhbəri Kristof Abbas bu yaxınlarda İctimai Şuranın sədri Vazgen Manukyanla görüşüb.
İranda zəlzələ: Yaralılar var
İranın Xorasan-Rəzəvi vilayətində 3.5 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ən azı iki nəfər xəsarət alıb. Tehran Geofizika İnstitutu nəzdində seysmoloji idarənin verdiyi məlumata görə, zəlzələnin dərinliyi 7 km olub.
Suriyada Rusiyalı hərbi müşavir öldürülüb
Rusiyalı hərbi müşavir Suriyada snayper gülləsindən öldürülüb. Rusiyalı hərbi müşavir podpolkovnik Aleksey Buçelnikov yaraqlılar tərəfindən hökumət qoşunları bölmələrini atəşə tutulması zamanı həlak olub.
Çində dağıntılar altında qalan 12 nəfər ölüb
Çinin Quancjou əyalətində dəmir yolu tuneli tikintisi zamanı dağıntılar altında qalan 12 nəfər ölüb. Bu haqda China News Service agentliyi xəbər verir. İnsident sürətli dəmiryolu üçün tunelin tikintisi üzrə işlərin aparılması zamanı baş verib.
Makedoniya parlamentinin binasında partlayıcı qurğu aşkarlanıb
Makedoniya Məclisinin (parlamentin) binasında əldəqayırma partlayıcı qurğu aşkarlanıb. Bu haqda МКД xəbər portalı xəbər verir. Məlumata görə, Makedoniya parlamentinin binası qarşısında polis kordonu yerləşdirilib və vətəndaşların nümayişi keçirilirdi. Partlayıcı qurğunun aşkar olunduğu yerə Moldova daxili işlər nazirliyinin əməkdaşları cəlb olunub və qurğunun zərəsizləşdirilməsi həyata keçirilib.
Alimlər ərlə arvadın bir-birinə BƏNZƏMƏSİNİN SİRRİNİ ÇÖZDÜ: sən demə...
Bu yaxınlarda alimlər cütlüklərin bir-birinə bənzəməsi ilə bağlı maraqlı nəticəyə gəlib. Tədqiqatçılar 879 ər-arvadın iştlrakı ilə eksperiment aparıb. Məlum olub ki, onların əksəriyyətinin ümumi genləri var. Elm adamları bu qanunauyğunluqları sivilizasiya tarixiylə izah edib. Tədqiqatçıların sözlərinə görə, Orta əsrlərdə öz uzaq qohumları ilə nikahlar qəbul edilirdi. Buna misal olaraq köhnə dünyanın kral ailələrinin nümayəndələrini xatırlatmaq olar. Beləliklə "qohumluq genləri" bütün Avropada yayılıb. Ona görə də hətta indi, internet-tanışlıq dövründə insanların öz oxşarlarına rast gəlməsi və aşiq olması təəccüblü deyil.
“Samsung” uşaqlar üçün mobil proqram hazırlayıb
Son zamanlar “Samsung” şirkəti faydalı mobil proqramlar hazırlayır. Aprelin əvvəlində “Samsung”un Niderlandda fəaliyyət göstərən bölməsi yollarda baş verən qəzaların sayını minimuma endirmək üçün “In-Traffic Reply” mobil proqramını hazırlayıb, iki həftə sonra Cənubi Koreya şirkətinin İtaliyada yerləşən bölməsi nitq qüsurlu insanlar üçün “Wemogee” proqramını təqdim edib. Bu günlərdə “Samsung” tərəfindən buraxılmış “Marshmallow” adlı mobil proqram sayəsində valideynlər öz uşaqlarının smartfonlardan istifadəsinə nəzarət edə bilirlər.
“S-NET” sistemi daşqının başlanmasını müəyyənləşdirəcək
Bu yaxınlarda Yaponiyada quraşdırılan yaxınlaşan sunami haqqında xəbərdarlıq sistemi 2011-ci ildə Tohoku regionunda sonradan daşqınla nəticələnən miqyaslı zəlzələ zamanı itkilərin sayını azalda bilərdi. Məhz iyirmi iki min insanın həyatına son qoyan təbii fəlakət Hokkaydo Universitetinin tədqiqatçısı Yuitiro Taniokanı mümkün sunami haqqında yeni xəbərdarlıq texnologiyasını hazırlamağa sövq edib.
Mobil proqram mağazaları yükləmələrin sayına görə yeni rekorda nail olublar
“App Store” və “Google Play” mağazaları proqramların yüklənməsi sayına görə yeni rekorda imza atıb. Cari ilin birinci rübündə istifadəçilər dünyada təxminən 25 milyard yükləmə həyata keçiriblər.
“Google” qeyri-dəqiq xəbərlərlə mübarizə üçün yeni mexanizm istifadəyə verib
Son aylar “Google” şirkəti axtarış sisteminə çıxarılan xəbərlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində aktiv işlər görür. Aprelin sonunda məlum olub ki, şirkət axtarış nəticələrində təhqiredici postların sayını azaltmaq niyyətindədir, daha sonra axtarış nəhəngi müxtəlif təşkilatların xəbərlərdə göstərilən faktların yoxlanılması ilə məşğul olması üçün onlarla əməkdaşlığa başlayıb. Bu günlərdə “Google” istifadəçilər üçün yeni əks-əlaqə mexanizmini təqdim edib ki, onlar axtarış nəticələrində qeyri-dəqiqliklər və ya təhqiredici xəbərlər haqda məlumat verə bilsinlər.
“Microsoft HoloLens” eynəyi kosmosda tətbiq ediləcək
Finlandiyanın “VTT Technical Research Centre” şirkətinin tədqiqatçıları astronavtlara daha dəqiq və effektiv olmağa imkan verəcək əlavə reallıq və “Hololens” kaskası üçün proqram hazırlayıblar.
İkinci nəsil “Pixel” smartfonlarının sınaqlarına başlanılıb
“Google” şirkəti ikinci nəsil “Pixel” smartfonlarının sınaqlarına başlayıb. Şirkət əməkdaşına bir sıra sınaqların keçirilməsi üçün “Walleye” kod adı ilə qurğu təqdim edilib. Bundan əvvəl əldə olunan məlumata görə, bu, “Pixel XL 2” smartfonudur.














