Dünya
Britaniya məbuatı: Almaniya və Avropa İttifaqı ölkədəki seçki kampaniyasına müdaxilə edir
Böyük Britaniya mediası Almaniya və Avropa İttifaqını ölkədəki seçki kampaniyasına müdaxilədə ittiham edib. Müdaxilənin məqsədi hazırkı baş nazir Tereza Meyin reputasiyasına xələl gətirməkdir.
Rusiyanın Gümrüdəki hərbi bazasının əməkdaşları etiraz tətilinə başlayıblar
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əməkdaşları bu gündən etibarən etiraz tətilinə başlayıblar və işə çıxmayıblar. Onlar üç ay üçün əmək haqqlarının ödənməsini tələb edirlər.
Ərdoğanla Putin arasında 3 saatdan artıq davam edən görüş başa çatıb
Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüş başa çatıb. Dövlət başçılarının danışıqları 3 saat davam edib.
Türkiyədə 278 nəfərin qətlini təşkil edən terrorçu həbs olunub
Türkiyənin 59 əyalətində törədilən terror aktlarında iştirak etməkdə və həmin terrorlarda istifadə olunan partlayıcıları hazırlamaqda şübhəli bilinən Hacı Türmak tutulub.
ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi
Amerika bir həftə ərzində ikinci dəfə “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirib. Bu haqda ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatına istinadən “Fox News” telekanalı bildirib.
Ata-ana övladını 30 il bağlı saxladı: "Uşağın içinə cin girib"
Hadisə Çinin Quansi əyalətinin Beyxay şəhərində baş verib. Evli cütlük öz uşaqlarını bağlı qapı arxasında saxlayıb, heç kimi ona yaxın buraxmayıblar. Adı açıqlanmayan şəxsin hazırda 39 yaşı var.
Təcili yardım maşınlarını oğurladılar: İŞİD yeni terror planı ilə HEYRƏTLƏNDİRDİ
İŞİD-in oğurladığı təcili yardım maşınlarından "intihar qayıqları" hazırladığı üzə çıxıb. İraqın ən böyük ikinci şəhəri olan Mosulda terror reallaşdıracaq İŞİD-çilər üçün bombalı gəmilər hazırlayan bir fabrik aşkar edilib.
İranda FACİƏ: şaxta partladı - 50-yə yaxın insan dağıntılar altında
İranın şimal-qərbində kömür mədənində partlayış olub. Gülüstan əyalətinin Fövqəladə Hallar İdarəsinin rəhbəri Sadiq Əli Mokaddam hadisə nəticəsində 40-50 nəfərin dağıntılar altında qaldığını güman etdiyini bildirib. Yerli KİV-in məlumatına görə, hadisə Gülüstan əyalətində Azadşəhr şəhəri yaxınlığında gündüz saatlarında baş verib.
Xəyanətə məruz qalan qadın küçənin ortasında "üsyan etdi"
Türkiyənin Samsun şəhərində həyat yoldaşının xəyanət etdiyini iddia edən 42 yaşlı qadın küçənin ortasında dəliyə dönərək ərinə üsyan edib. Əri Y.K.-nin (62) onu bir qadınla aldatdığını düşünən Ş.K. həyat yoldaşına əsəbləşib qışqıraraq təhqir etməyə başlayıb. Yoldaşını sakitləşdirməyə çalışan Y.K. bütün səylərinə baxmayaraq bunu bacarmayıb. Hadisə yerinə gələn polis cütlüyü bir dükana salaraq sakitləşdirməyə çalışıb. Qəzəbli qadının sərt reaksiyası hadisə yerində olan bir şəxs tərəfindən mobil telefonla çəkilib.
Rusiya və Türkiyə birgə silah istehsal edə bilər
"Rusiyanın "Rosoboroneksport" şirkəti Türkiyə şirkətləri ilə birgə silah istehsalı layihələri ilə bağlı görüşlər həyata keçirir". Bunu "Rosoboroneksport"un Satış departamenti rəhbərinin müavini Vladimir Qonçarov deyib.
Dağıstanda baş verən zəlzələ Zaqatalada 4 bal gücündə hiss edilib
Bu gün Dağıstanda baş verənzəlzələ Azərbaycanda hiss edilib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 12:53:43-də Zaqataladan 36 km şimal - şərqdə Dağıstan ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 5,2, dərinliyi 42 km olub. Zəlzələ Zaqatalada 4 bal, yaxın rayonlarda 3 bala qədər hiss olunub.
Türkiyə prezidenti: “Nazirlər Kabinetində dəyişikliyin edilməsi məsələsi gündəlikdə yoxdur”
“Nazirlər Kabinetində dəyişikliyin edilməsi məsələsi hökumətin gündəliyində yoxdur”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri zamanı Esenboğa Hava Limanında jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırarkən bildirib.
Xüsusi xidmət əməkdaşları Tofiq Məhərrəmova görə şəhər meriyasında axtarış apardı
Rusiyanın Voronej şəhər administrasiyasında, o cümlədən sosial sahəni kurasiya edən vitse-mer Nadejda Savitskayanın kabinetində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları polislərlə birgə axtarış aparıb. Axtarış azərbaycanlı biznesmen Tofiq Məhərrəmovun bu şəhərdə sakinlərin narazılığına səbəb olan tikinti biznesi, onun meriya ilə korrupsioner əlaqələri barədə qaldırılmış cinayət işi çərçivəsində aparılıb.
Rza Zərrab and içdi: "Yalan danışmayacağam"
Korrupsiya və rüşvət ittihamları ilə ötən ilin həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab yenidən hakim qarşısına çıxarılıb. Məhkəmə Riçard Bermanın sədrliyi ilə keçirilib. Məhkəmədə doğruları deyəcəyinə, yalan danışmayacağına and içən Zərrab fiziki və ruhi sağlamlığı ilə bağlı çətinliyinin olmadığını deyib. Zərrab həbsxana həkiminin resept yazdığını və dərman qəbul etdiyini bildirib. Daha sonra hakimin ingilis dilində verdiyi suallara Zərrab türkcə cavab verib. Zərrab haqqındakı iddiaları oxuyan hakim Berman: "Zərrab haqqındakı iddialar əgər sübut olunsa, çox ciddi cinayət hesab olunacaq". Hakim Bermanın "Vəkillərin əmək haqları Rza Zərrabdan başqa, İran, "Xalq Bank", Türkiyə, yoxsa ABŞ ödəyir?" sualına cavabında vəkil qısaca olaraq pulların İran tərəfindən ödənilmədiyini qeyd edib. Zarrabın məhkəməsi digər sualların cavablandırması üçün 11 may tarixinə təxirə salınıb.
Avropa Ərdoğanın “gülə-gülə” bəyanatına cavab verdi
Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı ilə bağlı dünənki bəyanatına cavab verib. Məruzəçi yeni müzakirə başlıqlarının açılmasının müzakirə mövzusu belə olmadığını deyib.














