Türkiyədə 278 nəfərin qətlini təşkil edən terrorçu həbs olunub
Türkiyənin 59 əyalətində törədilən terror aktlarında iştirak etməkdə və həmin terrorlarda istifadə olunan partlayıcıları hazırlamaqda şübhəli bilinən Hacı Türmak tutulub.
3 May 2017 17:53 DünyaTürkiyənin 59 əyalətində törədilən terror aktlarında iştirak etməkdə və həmin terrorlarda istifadə olunan partlayıcıları hazırlamaqda şübhəli bilinən Hacı Türmak tutulub.
Terrorçunu İraqın Ərbil şəhərində Türkiyə Milli İstiqbarat Təşkilatı və Silahlı Qüvvələrin xüsusi təyinatlılarından ibarət qrup saxlayıb. İnformasiyaya əsasən, H.Türmakın təşkil etdiyi terror aktlarında 278 nəfər həlak olub.
Xəbərdə bildirilib ki, o, terrorçu PKK-nın qruplaşmasının qollarından biri sayılan TAK dəstəsinə başçılıq edib. "Report" "Haber7"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31