Cennifer Lopes yeni şouya başlayır

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopes yeni şouya qatılacaq. O, ABŞ-ın NBC telekanalı ilə nümayiş ediləcək "World Of Dance" rəqs müsabiqəsinin münsiflər heyətinin üzvüdür.

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopes yeni şouya qatılacaq. O, ABŞ-ın NBC telekanalı ilə nümayiş ediləcək "World Of Dance" rəqs müsabiqəsinin münsiflər heyətinin üzvüdür. 47 yaşlı Cey Lonun qatıldığı yeni şou mayın 30-da başlayacaq. Münsiflər heyətinin digər üzvləri Derek Şyu, Ne-Yo və Cenna Deuan Tatumdur. Şounun qalibinə 1 milyon dollar məbləğində mükafat veriləcək. "Universal Television Alternative Studio" və  "Nuyorican Productions"un birgə istehsalı olan bu şounun prodüserlərindjən biri  də Cennifer Lopesdir. Milli.az ABC-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31