Rusiyada oyuncaq fabriki yandı

Rusiyanın Perm vilayətində oyuncaq fabrikində güclü yanğın baş verib. Bu barədə Perm vilayəti Fövqəladə Hallar Xidməti məlumat yayıb. Məlumata görə, Krasnokamsk oyuncaq fabrikində yanğın gündüz saatlarında qəflətən baş verib.

Yanğından dərhal sonra fabrikdə təxliyə aparılıb. İnsident nəticəsində xəsarət alan olmayıb. Yanğın fabrik binasının 300 kvadrat metrini əhatəə edib, yanğınını vurduğu ziyan dəqiqləşdirilir. Yanğının baş vermə səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşırma aparılır. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31