"Kara sevda" 5 seriadan sonra bitir
Toya hazırlaşan aktyor Burak Özçivit və aktrisa Fahriye Evcen məkanlardan birində jurnalistlərin suallarını cavablandırıblar. Burak "Kara sevda" serialındakı tərəf müqabili Neslihan Atagüllə küsülü olduğu barədə xəbərlərə aydınlıq gətirib: "Mənim heç kimlə problemin yoxdur. Çəkiliş meydançasında heç bir problem yoxdur. Mətbuatda yazılanların bizimlə əlaqəsi yoxdur".
2 May 2017 19:27 DünyaToya hazırlaşan aktyor Burak Özçivit və aktrisa Fahriye Evcen məkanlardan birində jurnalistlərin suallarını cavablandırıblar. Burak "Kara sevda" serialındakı tərəf müqabili Neslihan Atagüllə küsülü olduğu barədə xəbərlərə aydınlıq gətirib: "Mənim heç kimlə problemin yoxdur. Çəkiliş meydançasında heç bir problem yoxdur. Mətbuatda yazılanların bizimlə əlaqəsi yoxdur".
Qeyd edək ki, "Kara sevda" 5 seriyadan sonra final edəcək. Serialın Neslihan və Burak arasındakı münasibətlərin kəskinləşməsinə görə bitdiyi deyilir. İddia edilir ki, onlar hətta çəkilişdə bir araya gəlməməyə çalışırlar. Sia.az Türkiyə mətbuatına istinadən xəbər verir.