Dünya

Kənanı həyəcanlandıran səbəb

31 May 2017 19:40

Aktyor Kənan İmirzalıoğlu filmə çəkilir.  Uzun müddətdir ekranlarda olmayan aktyor yeni layihə ilə tamaşaçıların görüşünə gələcək. Kənan yeni filmində Peyami Safanın Cingöz Rəcai obrazını canlandıracaq.

Müğənnidən həmkarına 100 minlik hədiyyə

31 May 2017 19:20

Müğənni Demet Akalın həmkarı Gülşənə ad günü münasibətilə bahalı hədiyyə bağışlayıb. Demet Gülşənə saat alıb. Akalına pulsuz mahnı verən Gülşən bunun qarşılığını görüb. Belə ki, Demetin aldığı saatın qiymətinin 100 min lirə (təxminən 50 min manat) olduğu üzə çıxıb. 

“Apple” 30 iyunda bir sıra qurğularına dəstəyi dayandıracaq

31 May 2017 18:45

“Apple” şirkəti noutbuk və smartfonların bir sıra köhnə modellərini dəstəkləməkdən imtina edib. Bu haqda “Apple”ın rəsmi məlumatına istinadən “9to5mac” bloqu yazıb.

Mobil virusların sayında 3,5 dəfə artım qeydə alınıb

31 May 2017 18:40

“Kasperski laboratoriyası” şirkətinin mütəxəssisləri cari ilin birinci rübündə mobil qurğuların yoluxdurulması üçün nəzərdə tutulan 218 625 quraşdırma fırıldaqçı virus paketi aşkarlayıblar. Bu, ötən rübün göstəricisindən 3,5 dəfə çoxdur. Virusların ümumi sayının 86 faizindən çoxu “Congur” ailəsindən olan zərərli proqram təminatlarının payına düşüb. Zərərli proqramlar yoluxdurulmuş qurğunun PİN kodunu dəyişərək onun blokdan çıxarılması qarşılığında pul tələb edirlər.

Təqaüdünü almaq üçün anasının meyitini 7 il gizlədib

31 May 2017 18:30

Fransada qeyri-adi olay baş verib. Polisə 50 yaşlı qadının anasının təqaüdünü almaq üçün 7 il ərzində onun meyitini gizlətməsi barədə məlumat daxil olub. Polisin verdiyi məlumata görə, xanımın öz anasının meyitini evinin bağçasında, yerin altında xüsusi soyuducu kamerasında saxlaması məlum olub.

Ər-Riyadda naməlum şəxs məktəbdə atəş açdı - Ölənlər var

31 May 2017 18:22

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda özəl məktəbdə açılan atəşlər nəticəsində 2 nəfər həlak olub. Bu barədə şəhər polisinin bəyanatında deyilir. Hələlik cinayətkarın şəxsiyyətini dəqiq müəyyənləşdirmək mümkün olmayıb.

Keçmiş müəllim məktəbi gülləbaran etdi - Ölənlər var

31 May 2017 18:13

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda naməlum şəxslər “Al-Axliya” özəl məktəbinin ərazisinə atəş açıblar. Bu haqda Ər-Riyad polisinin açıqlamasında deyilir. Atəş nəticəsində iki nəfər həlak olub.

Torpaqlar 5-6 günə azad oluna bilər - Ən optimist SSENARİ AÇIQLANDI

31 May 2017 18:09

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun liderlərindən biri, Donbas separatçılarının “operativ komandanlığının rəis müavini” Eduard Basurin Ukrayna Ali Radasının üzvü Dmitri Tımçukun fikirlərini lağa qoyub.

"Madrid prinsipləri ləğv edilməlidir" - Erməni general

31 May 2017 18:00

Ermənistanın keçmiş baş qərargah rəisi (1992-1995-ci illərdə), 1993-cü ildə müdafiə nazirinin vəzifələrini icra edən general-leytenant Norat Ter-Qriqoryants sərsəm bəyanatla çıxış edib.

3 türk hərbçisi şəhid oldu

31 May 2017 17:29

Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçularına qarşı əməliyyat aparılır. Əməliyyat zamanı hərbçilərlə terrorçular arasında atışma olub. Nəticədə 3 hərbçi ölüb, 2-si yaralanıb. 3 PKK-çının zərərsizləşdirildiyi bildirilir.

Qarabağda erməni əsgəri yaralandı

31 May 2017 17:28

Dünən günorta saatlarında işğal altında olan Qarabağda erməni əsgər Alik Smbat Avanesyan yaralanıb. Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi, polkovnik Kamavor Xaçatryan bildirib. 

Tramp QƏRAR verdi: ABŞ Paris sazişindən çıxdı

31 May 2017 16:44

ABŞ prezidenti Donald Tramp iqlim üzrə Paris Sazişindən çıxmaq barədə qərarı verib. Bu barədə informasiya ABŞ KİV-lərində yer alıb. Məlumatda qeyd olunur ki, sazişdən çıxışın detalları bir qrup məmur tərəfindən hazırlanır.

Əli Laricani yenidən İran parlamentinin sədri seçilib

31 May 2017 16:17

Əli Laricani yenidən İran parlamentinin spikeri seçilib.  İranın 10-cu çağırış parlamentinin bu gün keçirilən iclasında qanunvericilər Əli Laricanini yenidən spiker seçiblər. Səkkizinci və doqquzuncu çağırışda da İran məclisinə sədrlik edən Əli Laricani 268 mümkün səsdən 204 deputatın səsini qazanıb.

Saakaşvili ədliyyə nazirinə dedi: “Sən nazir yox, əclafsan!”

31 May 2017 15:56

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ədliyyə naziri Pavel Petrenko ilə mübahisəsinə dair videokadrlar internetdə yayılıb.

Kabildəki partlayışı İŞİD törədib

31 May 2017 15:26

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb. Partlayış nəticəsində ölənlərin sayı 90 nəfər çatıb, 380-dən çox yaralı var. Terror aktı zamanı İranın Əfqanıstandakı səfiri Məhəmməd Rəda Bəhrami, Yaponiya səfirliyinin iki əməkdaşı yaralanıb. Almaniya diplomatik nümayəndəliyinin əməkdaşının da yaralandığı, binanın mühafizəsi ilə məşğul olan əfqan polisin öldüyü bildirilir. Həmçinin, hadisə yerinin yaxınlığında yerləşən mehmanxanada qalan iki Qazaxıstan vətəndaşı da xəsarət alıb.