Ər-Riyadda naməlum şəxs məktəbdə atəş açdı - Ölənlər var
Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda özəl məktəbdə açılan atəşlər nəticəsində 2 nəfər həlak olub. Bu barədə şəhər polisinin bəyanatında deyilir. Hələlik cinayətkarın şəxsiyyətini dəqiq müəyyənləşdirmək mümkün olmayıb.
31 May 2017 18:22 DünyaSəudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda özəl məktəbdə açılan atəşlər nəticəsində 2 nəfər həlak olub. Bu barədə şəhər polisinin bəyanatında deyilir. Hələlik cinayətkarın şəxsiyyətini dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Daha əvvəl Səudiyyə KİV-in yaydığı məlumata əsasən, ilkin ehtimallara görə, atəşi məktəb rəhbərliyi ilə münaqişə yaşayan iraqlı müəllim açıb. Səudiyyə Ərəbistanı vətəndaşı həlak olub, Banqladeşdən olan məktəb işçisi yaralanıb. Təhlükəsizlik qüvvələri hələ də məktəbin içində olan hücum edən şəxsi yaxalamağa çalışır. Report.az