Torpaqlar 5-6 günə azad oluna bilər - Ən optimist SSENARİ AÇIQLANDI

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun liderlərindən biri, Donbas separatçılarının “operativ komandanlığının rəis müavini” Eduard Basurin Ukrayna Ali Radasının üzvü Dmitri Tımçukun fikirlərini lağa qoyub.

Ukraynanın şərqində yaradılan "Donetsk Xalq Respublikası" ("DXR") separatçı qurumun liderlərindən biri, Donbas separatçılarının "operativ komandanlığının rəis müavini" Eduard Basurin Ukrayna Ali Radasının üzvü Dmitri Tımçukun fikirlərini lağa qoyub.

Separatçıların lideri Ali Radanın deputatına Ukrayna ordusunun Donbasa hücumuna başçılıq etməyi təklif edib.

"Mən Tımçuka Ukrayna ordusuna başçılıq etməyi təklif edirəm. Üç il ərzində alınmadı (Ukraynanın şərqindəki separatçı hərəkat 2014-cü ilin aprelində Slavyansk şəhərini işğalı ilə başlanıb -red.), amma hansısa bir deputat bunu altı gün ərzində etmək istəyir. Qoy yoxlayaq", - Basurin sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, əvvəlki dövrlə müqayisədə "respublika"nın müdafiəsi daha yaxşı vəziyyətdədir.

Xatırladaq ki, Tımçuk NSN kanalına müsahibəsində Ukrayna ordusunun 5-6 gün ərzində "DXR" ordusunu sındıracağını bildirib. Onun sözlərinə görə, Donbasda Rusiya qoşunları ən çox ondan qorxurlar ki, Ukrayna ordusu iki zərbə ilə onları Rusiya ərazisinə tullayacaq.

"Ukrayna ordusu 5-6 gün ərzində Rusiya Federasiyasının sərhədinə çıxa bilər. Mən hələ orta ssenarini götürürəm. Optimist ssenaridə, sərhədə qədər olan kiçik məsafəni nəzərə alaraq, hər şey daha sürətli ola bilər", - o qeyd edib. Publika.az "Obozrevatel" nəşrinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31