Dünya

Ukraynadakı ABŞ səfirliyinə qarşı edilən terror Vaşinqtona cavabdır

8 İyun 2017 18:37

Ukraynanın paytaxtı Kiyevdə ABŞ səfirliyinin binasına qarşı terror aktının törədilməsi, bu ölkənin Ukraynaya verdiyi dəstək, həmçinin ABŞ-ın Şərqi Avropada öz hərbi gücünü artırmağına cavabdır. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

İrəvanı etiraz dalğası bürüdü - VİDEO

8 İyun 2017 17:56

Ermənistanda siyasi həbslərə qarşı etiraz aksiyası keçirilib. 2016-cı ilin iyul ayında siyasi həbslərə etiraz olaraq İrəvanda post-patrul alayını ələ keçirən 18 nəfər barəsində açılan cinayət işi məhkəməyə göndərilib. 

Türkiyə Qətərə ordu yeritdi: Hərbi müqavilənin şok detalları

8 İyun 2017 17:12

Türk Silahlı Qüvvələrinin Qətərdə yerləşdirilməsinə dair bağlanan müqavilənin detalları məlum olub. Müqavilənin təfərrüatları bu şəkildədir: Müqavilənin şərtlərinə görə, Qətərdə yaradılacaq baza üçün Türkiyə heç bir xərc çəkməyəcək. Bütün xərcləri Qətər öz üzərinə götürəcək. Qətərin ABŞ-Səudiyyə Ərəbistanı cəbhəsinin hədəfində olduğu bir zamanda türk əsgəri Qətəri qoruyacaq legioner rolunu oynayacaq.

Rusiyada şaurmadan 50 nəfər zəhərlənib

8 İyun 2017 17:05

Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində şaurmadan 50 nəfər zəhərlənib. Bu gəstərici son 3 gün ərzində qeydə alınıb. Təkcə bu gün xəstəxanaya zəhərlənmə ilə bağlı 10 nəfərin müraciət etdiyi bildirilib. Zəhərlənən şəxslər ticarət məntəqələrinin birindən şaurma aldıqlarını deyib.

Eyfel qülləsi yenə işıqları söndürəcək - Bu dəfə İrana görə

8 İyun 2017 17:04

Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin işıqları İranda baş vermiş terror aktları ilə əlaqədar söndürüləcək. Bu barədə Parisin meri Ann İdalqo “Twitter” səhifəsində yazıb. O, qüllənin işıqlarının bu gecəyarısı söndürüləcəyini bildirib.

Gürcüstanda əcnəbilərə torpaq satılmayacaq

8 İyun 2017 16:47

“Gürcüstanda vətəndaşlığı olmayan şəxslərə torpaq sahələri satılmayacaq”. Bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bu gün hökumətin iclasında bildirib. Onun sözlərinə görə, Gürcüstan vətəndaşlığı olmayan şəxslərə torpaq satılmayacaq: “Biz bu barədə qərar qəbul etmişik. Məsələ ilə bağlı hakim partiya ilə məsləhətləşmələr keçirilib”. Baş nazir qeyd edib ki, Gürcüstanda dövlət və yerli hakimiyyət orqanları, habelə vətəndaşlığı olan şəxslər torpaq ala biləcək.

“Hücumlar istənilən vaxt həyata keçiriləcək” - Rusiyanı TƏHDİD ETDİLƏR

8 İyun 2017 16:45

"ABŞ ərazisindən Rusiyaya hər gün haker hücumları edilir".  Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hücumların hədəfləri arasında Rusiya prezidentinin saytı da var. Dünən isə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Amerika xüsusi xidmət orqanları Rusiyanı kiberhücumlarla hədələyirdilər. Onlar KİV-lər vasitəsilə göstərirlər ki, istənilən vaxt Rusiya infrastrukturunun əsas obyektlərinə hücüm edə bilərlər.

Terrorçular məscidə hücum etdi: 14 ölü, 40 yaralı

8 İyun 2017 16:18

"Boko Haram" terror qruplaşmasının Nigeriyanın şimal-şərqindəki Mayduquri şəhərinə hücumu nəticəsində azı 14 nəfər həlak olub. Hücum yerli məscidə baş verib Hadisə nəticəsində daha 40 nəfərin yaralandığı bildirilir. Nigeriya polisi bildirib ki, hücum edənlər zenit silahlarına malik olub.

Tehranda terakt törədənlər Suriya və İraqda terrorla məşğul olublar

8 İyun 2017 16:16

İranda ötən gün terror aktları törətməkdə təqsirləndirilərək həbs edilən şəxslər bundan əvvəl Suriyanın Rakka və İraqın Mosul şəhərində terrorçuluqla məşğul olublar. Həmin şəxslər daha əvvəl İrandan gedərək İŞİD-in olduğu Rakka və Mosulda terrorçuluq fəaliyyəti göstəriblər. Lakin onlar terror aktı törətmək məqsədilə ötən il İrana qayıdıblar.

Rusiya dolları süni şəkildə bahalaşdırmağa hazırlaşır

8 İyun 2017 16:08

Rusiya Maliyyə Nazirliyi bəyan edib ki, ölkəyə kapital axınının zəiflədiyi yay aylarında valyuta bazarından dollar alışının həcmi artırılacaq və bununla da ölkənin valyuta ehtiyatları qorunacaq. 

Ermənistan hərbçisi pul borcuna görə intihar edib

8 İyun 2017 16:05

Ermənistan Silahlı Qüvvələri Sülhmərarmlı qoşununun baş əsgəri, 36 yaşlı Melik Xaçatryan bir neçə min dollarlıq borcuna görə özünü asıb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, hərbi hissədə anbar müdiri işləyirmiş. Hərbçi qohumlarına ünvanladığı məktubda krediti və ayrı-ayrı şəxslərə bir neçə min dollarlıq borcu olduğunu, ancaq ödəyə bilmədiyini yazıb: “Mən bu borcları ödəyə bilmirəm. Dözmürəm”.

ABŞ dövlət katibinin müavini: “Azərbaycan yeni enerji mənbələri təklif etməklə, enerji təhlükəsizliyinə töhfə verir”

8 İyun 2017 16:00

Vaşinqton şəhərinin ən tarixi və mötəbər binalarından biri olan “Endryu Melon Auditorium”da (Andrew Mellon Auditorium) minə yaxın qonağın iştirakı ilə 28 May - Respublika Günü və qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib.

ABŞ-da postsovet ölkələrindən olan kriminal avtoritetlər saxlanıldı

8 İyun 2017 15:40

ABŞ-da Gürcüstan əsilli 15 kriminal avtoritet saxlanılıb.  Nyu-York ştatı prokurorluğu saxlanılan şəxsləri mütəşəkkil cinayətkarlıqda ittiham edir. Polis Rusiya cinayətkar sindikatında adları hallanan keçmiş SSRİ-dən olan 33 nəfəri saxlayıb. Əməliyyatda Nyu-York ştatı polisi, Federal Təhlükəsizlik Bürosu, ABŞ immiqrasiya və gömrük nəzarəti Xidməti iştirak edib.

Erməni deputatın oğlu Belarusda tutuldu

8 İyun 2017 15:37

Ermənistanın sabiq ətraf mühitin qorunması naziri, hazırda deputat olan Murad Muradyanın oğlu həbs edilib. Ermənistan KİV yazır ki, deputatın oğlu Soçidə tutulub və bu səbəbdən Muradyan parlamentin son iclasında iştirak etməyib.

ŞOK: Terrorçular İrana Ermənistandan keçib

8 İyun 2017 15:26

İyunun 7-də Tehranda həyata keçirilən terrorun iştirakçıları İrana Ermənistan ərazisindən keçiblər. “OLAYLAR” -ın xəbərinə görə, belə bir maraqlı açıqlama ilə Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy çıxış edib. O, bildirib ki, Tehranda məlum qanlı aksiyanı həyata keçirən terrorçular bir müddət əvvəl Suriyadan Ermənistana gələn ermənilər arasında olub. Göksəl Gülbəy qeyd edib ki, Suriyadan gələn ermənilərlə birlikdə Azərbaycanın işğla altında olan ərazilərini yerləşdirilən terrorçular bir neçə dəfə İrana kəşfiyyat xarakterli səfərə də gediblər. Və həmin kəşfiyyat səfərlərinin nəticəsi olaraq Tehranda məlum terror aksiyası törədilib.