Dünya

Supermarketdə atışma: Ölənlər var

8 İyun 2017 15:21

ABŞ-ın Pensilvaniya ştatının şimal-şərqində supermarketdə atışma baş verib. Hadisə yerinə gələn polis odlu silahdan açılmış atəşlə qətlə yetirilən 2 qadın və 2 kişi meyti aşkar edib. İnsident gecə saatlarında baş verib. Hadisə ilə bağlı araşdırma aparılır, cinayətin motivləri hələ məlum deyil.

Somalidə 60-dan çox hərbçi həlak olub

8 İyun 2017 14:44

Somalinin şimal-qərbində “Əş-Şəbab” terror qruplaşması Af Urur şəhərini ələ keçirib. Şəhərdə qeydə alınan toqquşmalar nəticəsində Somali ordusunun 61 hərbçisi həlak olub.

Şagirdi ilə intim münasibətdə olan qadın müəllim tutuldu

8 İyun 2017 14:23

Şagirdi ilə intim münasibətdə olan və ona lüt şəkillərini göndərən qadın müəllim 6 ay müddətinə həbs olunub. Ərdə olan 28 yaşlı Virciniya Hinkli 16 yaşlı şagirdi ilə cinsi əlaqədə olub və şagirdinə deyib ki, "bu barədə kiməsə danışmasan, daha yaxşı olar".

Sevgilisi Fəridənin evində başından vurulmuş vəziyyətdə tapıldı - MÜƏMMALI QƏTL - VİDEO

8 İyun 2017 14:22

Türkiyədə özbək sevgilisi Feride Bayramovanın evində başından vurulmuş vəziyyətdə tapılan Prezident Mühafizə İdarəsinin polisi Ramazan Özçelikin ölümüylə əlaqədar şübhələr artır. 

İran Təhlükəsizlik Nazirliyi: "Terroru vəhhabi və təkfirçi qruplar törədib"

8 İyun 2017 14:16

İran Təhlükəsizlik Nazirliyi iyunun 7-də Tehranda terror aktları törədən şəxslərlə bağlı bəzi məlumatlar açıqlayıb. Nazirlikdən bildirilib ki, İmam Xomeyinin türbəsi və parlament binasında terror törədənlərin şəxsiyyəti müəyyənləşdirilib: "Vəhhabi və təkfirçi qruplara bağlılığı olan 5 nəfər İŞİD-ə üzv olduqdan sonra Mosul və Raqqada terror əməliyyatlarında iştirak ediblər.

Mustafanın keçmiş arvadı məhkəməlik oldu

8 İyun 2017 14:04

Tanınmış vəkil Aslı Çelik Hatemi müğənni Mustafa Cecelinin keçmiş həyat yoldaşı, müştərisi olanSinem Cecelini məhkəməyə verir.  Vəkil Sinemi onu haqsız yerə boşanma prosesindən azad etməkdə günahlandırıb və ondan 100 min lirəlik (təxminən 50 min manat) mənəvi təzminat tələb edib. 

Davudoğlu həbs oluna bilər

8 İyun 2017 13:58

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Fəthullah Gülən hərəkatı ilə əlaqələrinə görə həbs oluna bilər. Məlumatlara görə, bununla əlaqədar daha bir neçə keçmiş nazirin həbsi gözlənilir.

İranın təhlükəsizlik naziri: “Səudiyyə Ərəbistanının dünyada terror hadisələrini dəstəkləməsinə şübhə yoxdur”

8 İyun 2017 13:56

“Hələlik Səudiyyə Ərəbistanının bu terror hadisəsində rolu ilə bağlı fikir bildirmək tezdir”.  Bunu İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi terror hadisələrində yaralanan şəxslərə baş çəkərkən deyib. O bildirib ki, Səudiyyə Ərəbistanının dünyada baş verən terror hadisələrini dəstəkləməsinə heç bir şübhə yoxdur: “İraq və Suriyada terrorçuları səudiyyəlilərin dəstəkləməsinə dair izlər açıq görünür. Dünyada hamı bu düşüncədədir ki, terror qruplaşmalarının arxasında Səudiyyə Ərəbistanı dayanır və hətta onların ideoloji mərkəzi Səudiyyə rejimidir.  Lakin istəmirik sənədsiz, sübutsuz söz deyək. Ona görə, bu terror hadisəsini Səudiyyə Ərəbistanının törətdiyini söyləməyə tələsmirik. Hələlik məsələ araşdırılır”.

Supergüclərin Orta Şərq planında Azərbaycan və Türkiyə ilə bağlı maraqlı məqamlar

8 İyun 2017 13:54

Yaxın Şərqdən tutmuş yerləşdiyimiz coğrafiyaya qədər ciddi proseslər cərəyan etməkdədir. Supergüclərin sözügedən regionlarda bir-birini sıradan çıxarmaq, daha çox üstünlük əldə etmək üçün apardıqları mübarizə özünün yeni bir mərhələsinə qədəm qoyur. Bu mərhələdə isə rəqiblər təəssüflər olsun ki, daha çox terror təşkilatlarına dəstək vermək və onlar vasitəsilə öz istəklərinə nail olmaq yolunu tutublar. Son bir neçə ildə müxtəlif region və ölkələrdə baş verən terraktlar belə deməyə əsas verir.

Türklər niyə deqradasiya olunur?

8 İyun 2017 13:36

Bu gün İslam aləmi, ərəb dünyasında müsəlman ölkələrinin sanki bir-birinə qənim kəsilməsi Qərbin İslam barədə mənfi rəy yaratmaq planlarının sürətlə yayılmasına stimul verir. İranla Səudiyyə Ərəbistanı, ikinci ilə Qətər, Türkiyə ilə Suriya, eləcə də buna oxşar digər örnəklə asanlıqla Islam barədə mənfi, qaniçən bir din obrazı yaratmaq mümkün olur.

İranda həbs olunan "qadın" terrorçu - VİDEO

8 İyun 2017 13:08

İran rəsmilərinin sözlərinə görə, mayın 7-də Tehranda İran parlamentində və Xomeyni məqbərəsində terror aktları törədən terrorçular əraziyə qadın geyimində soxulublar. Terrorçulardan birinin video görüntüləri yayılıb.

Məşhur şirkət əməkdaşı qadını zorladı - Şirkət rəhbəri işdən qovuldu

8 İyun 2017 13:05

Uber taksi xidmətinin Asiya qitəsi üzrə məsul şəxsi Eric Aleksandr işdən çıxarılıb. Erik Aleksandr 2014-cü ildə Hindistanda şirkət işçisi olan bir sürücünün qadın müştərini zorladığı hadisəni ört-basdır etməklə günahlandırıldığı üçün vəzifəsindən uzaqlaşdırılıb.  Aleksandrın təcavüzə uğrayan qadının həkim hesabatına baxmayaraq hadisə ilə əlaqədar araşdırma aparmadığı iddia edilir.

Bölgədə yeni və son dərəcə ciddi proseslərə start verilib

8 İyun 2017 13:04

Terrorizm yenə dünyanı ciddi şəkildə təhdid etməkdədir. Xüsusilə, hazırda dünyanın baş bəlasına çevrilən İŞİD terror təşkilatı yaxın və uzaq ölkə bilmədən, sərhədlər tanımadan öz qanlı aksiyalarını davam etdirir. Hələ beynəlxalq antiterror koalisiyası İraqda və Suriyada İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlara başlayarkən sözügedən terror təşkilatının təqiblərdən yaxa qurtarmaq üçün digər regionlara transfer edəcəyi bildirilirdi.

Koreya prezidenti Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

8 İyun 2017 12:38

Koreya Respublikasının prezidenti Mun Ce-in Şimali Koreyanın bu gün baş tutan raket sınağı ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Prezident ofisinin yaydığı məlumatda deyilir ki, Mun Ce-inin dövlət başçısı kimi ilk dəfə sədrlik etdiyi iclasda Şimali Koreyanın son günlər bir neçə raket sınağı ilə bağlı müvafiq addımların atılması məsələləri müzakirə olunur.

Türkiyədə polis əməliyyata başladı - Bu dəfə BANKLARDA

8 İyun 2017 12:37

Türkiyədə polis Fəthulla Gülən tərəfdarlarına qarşı yeni əməliyyat keçirib. Əməliyyatlar Türkiyənin iri banklarında – “Kalkınma Bankası”, “Bank Asya”, “İller Bankası”, o cümlədən Mərkəzi Bankda aparılıb. Aparılan əməliyyat nəticəsində 20-dən çox adamın saxlanıldığı bildirilib. Hadisənin təfərrüatları barədə digər məlumatlar verilməyib.