Dünya

Tehranda terror aktları törədənlərin şəxsiyyəti müəyyənləşib

8 İyun 2017 12:35

Ötən gün İranın paytaxtı Tehranda terror aktları törədənlərin şəxsiyyəti müəyyənləşib. Yaxın vaxtlarda İranın İnformasiya Nazirliyi terrorçuların şəxsiyyəti barədə məlumatı və onların fotolarını yayacaq.

Tehranda terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb - YENİLƏNİB

8 İyun 2017 12:31

Tehranda baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı artıb. İran Məhkəmə Tibbi Ekspertizasının rəhbəri Əhməd Şücai bildirib ki, terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. O əlavə edib ki, ölənlərdən 3 nəfər qadındır.

Rus jurnalistin Qarabağ sualı Nalbandyanı yerin DİBİNƏ SOXDU: “Nə vaxt...”

8 İyun 2017 12:29

Rusiyalı jurnalist mətbuat konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana şillə effekti yaradan sual verib. E.Nalbandyanın italiyalı həmkarı Angelino Alfano ilə Romadakı görüşdən sonra keçirdiyi mətbuat konfransında rusilı jurnalist erməni nazirə “İşğal etdiyiniz Azərbaycanın torpaqlarından nə vaxt çıxacaqsınız?” deyə sual verib. 

Putin etiraf etdi: "Müharibə etsək, heç kim sağ qalmaz"

8 İyun 2017 12:27

Məşhur rejissor Stona müsahibə verən Rusiya prezidenti Putin maraqlı açıqlaması ilə diqqət çəkib. Vladimir Putin ABŞ-lı rejissor Oliver Stona bir sənədli film üçün verdiyi müsahibədə "Nüvə gücləri - Rusiya və ABŞ arasında müharibə baş verəcəyi halda kiminsə sağ qalacağını düşünmürəm" ifadələrini işlədib.

Terror Tehranın Yaxın Şərqdə apardığı siaysətə qarşı yönəlib

8 İyun 2017 12:04

İrana qarşı həyata keçirilən terror aksiyaları rəsmi Tehranın Yaxın Şərqdə apardığı siaysətə qarşı yönəlib. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

Britaniyada növbədənkənar parlament seçkiləri başladı

8 İyun 2017 11:53

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir. Yerli vaxtla saat 07:00-da bütün ölkədə 40 mindən çox seçki məntəqəsi açılıb. Seçkilərdə 46,4 milyon seçicinin səs verəcəyi gözlənilir.

Gözlədi, əri yuxuya gedən kimi onu öldürdü

8 İyun 2017 11:39

Türkiyənin Sinop rayonunda 27 yaşlı Şengül Yeşilbaş ona şiddət göstərən ərini yatarkən ürəyindən bıçaqlayıb. Sinopun Erfelek mahalı Bektaşağa kəndində üç il əvvəl Nəcib Yeşilbaş (27) ilə evlənən Şengül Yeşilbaş (27) , qayınanası və qayınatası ilə eyni evdə yaşamağa başlayıb.

Rus əsgərləri görünməz olacaq - İNANILMAZ YENİLİK

8 İyun 2017 11:27

Rusiyanın Saratov Dövlət Universitetindən olan alimlər maraqlı layihəyə imza atıblar. Mütəxəssislər əldə olunan xüsusi materiallarla hazırlanacaq uniformaların rus əsgərlərini düşmən cihazlarından qoruyacağını bildiriblər. Alimlər iddia edir ki, xüsusi uniforma əsgərləri düşmənin xüsusi texnikası qarşısında gözünməz edəcək.

İrəvanın planları ALT-ÜST OLDU: Trampın Sarkisyanın zənglərinə cavab verməməsinin SİRRİ

8 İyun 2017 11:23

ABŞ prezidenti Donald Tramp Ermənistan prezidenti Serj Sarkisyana sözün həqiqi mənasında məhəl qoymur. Tramp Ağ Evə gələndən sonra Azərbaycan və Gürcüstan prezidentlərinə isti münasibəti ilə seçilir, lakin Cənubi Qafqazın digər ölkəsi olan Ermənistanı sanki qaralama kağız kimi əzərək, ofisindəki zibil yeşiyinə tullayıb. Halbuki, ABŞ-da erməni diasporu və lobbisinin gücünü nəzərə alsaq, Tramp Sarkisyanla çoxdan görüşməli, heç olmasa telefonla danışmalı idi.

ABŞ-ın Ukraynadakı səfirliyinin ərazisində partlayış törədilib

8 İyun 2017 11:12

ABŞ-ın Ukraynadakı səfirliyinin ərazisində partlayış törədilib. Hadisə paytaxt Kiyevin Şevçenko rayonunda baş verib. Hüquq-mühafizə orqanları "terror aktı" maddəsi ilə cinayət işi açıb. 

İraq kürdləri müstəqilliyə hazırlaşırlar

8 İyun 2017 11:07

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin hakimiyyət dairələri bölgənin dövlət müstəqilliyi ilə bağlı referendumun keçiriləcəyi vaxtı açıqlayıblar. İraq Kürdüstanının prezidenti Məsud Bərzaninin köməkçisi Hemin Xəvranın dediyinə görə, plebissit sentyabrın 25-də olacaq. Region sakinləri İraqın tərkibində geniş səlahiyyətlərə malik muxtariyyət kimi qalmağa və ya tam müstəqil olmağa səs verməlidirlər.

Kəşfiyyat hökumət binalarını tutdu, Qərbə sığınan adam öldürüldü - MƏXFİ ƏMƏLİYYAT

8 İyun 2017 11:03

SSRİ ilə birgə arxivə göndərilən "KQB" - Dövlət Təhlükəsizlik Komitəsi səs-küylü əməliyyatları ilə yadda qalıb. Lakin bu əməliyyatlar gizli saxlanılırdı, çünki hər biri uğurlu olub. Allen Dallesin təbirincə desək, "xüsusi xidmət orqanları uğurlu əməliyyatlar haqda susurlar, lakin uğursuz əməliyyatlar haqda özləri hər şeyi açır".

Zavodda partlayış

8 İyun 2017 09:50

indistanda fişəng istehsal edən zavodda güclü partlayış baş verib. Hadisə Madya-Pradeş ştatında, Balaqhat rayonunda qeydə alınıb. Partlayış nəticəsində 20 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb. Yanğınsöndürənlər zavoddakı yanğını 2 saata söndürüblər. Hadisə yerində 20 yanmış cəsəd aşkarlanıb.

Həbsxanada qiyam

8 İyun 2017 09:48

Meksikanın Tamaulipas ştatının Syudad-Viktoriya şəhərindəki həbsxanada atışma olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının silahlı məhbuslarla atışması təxminən 2 saata qədər davam edib. Nəticədə 7 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb.