Dünya
Dünyada ən tutumlu batareya ilə təchiz edilmiş smartfon satışa çıxarılıb
Çinin “OUKITEL” şirkəti yeni “K10000 Pro” smartfonunu təqdim edib. “K10000 Pro” smartfonunda akkumulyator batareyasının tutumu adından göründüyü kimi, 10 min milliamper/saat təşkil edir. Bu o deməkdir ki, gözləmə rejimində smartfon 770 saatadək və ya 33 gün işləyə bilir. Güclü adapter sayəsində 2,5 saat ərzində aparatın akkumulyatorunu 100% səviyyəsində enerji ilə doldurmaq olar. “K10000 Pro”, həmçinin istifadəçiləri öz görünüşü və məhsuldarlığı ilə heyrətləndirir. Smartfon təbii buzov dərisindən işlənib və metal korpusa malikdir, 3 QB əməli yaddaş, “ARM Mali-T860” qrafik çipi və səkkiznüvəli “MT6750T” prosessoru ilə təchiz edilib.
“Facebook” uşaqlar üçün messencer təqdim edəcək
“Ümumdünya Hörümçək Toru”nda təhlükəsizlik məsələləri yalnız virus və başqa zərərverici proqramlardan müdafiəni deyil, həm də uşaqların arzuolunmaz informasiyadan qorunmasını nəzərdə tutur. Adi saytlar və ya videohostinqlərdə bu məsələ qismən öz həllini tapdığı halda, ancaq sosial şəbəkələrdə azyaşlı istifadəçilərin aktivliyini izləmək son dərəcə çətindir. Bu məqsədlə “Facebook” şirkəti uşaqlar üçün xüsusi messencer istifadəyə vermək niyyətindədir. Bu messencer “Facebook”da hesab yaratmağı tələb etməyəcək, amma valideynlərə öz uşaqlarına nəzarət etməkdə və lazımi təhlükəsizlik səviyyəsini təmin etməkdə kömək edəcək.
Kibercinayətkarların pul tələb edən viruslardan qazancı 1 milyard dollar məbləğində qiymətləndirilir
İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin hazırlanması üzrə ixtisaslaşmış "Trend Micro" şirkətinin məlumatına görə, 2016-cı ilin yekununa görə, kibercinayətkarlar pul tələb edən viruslardan təxminən 1 milyard dollar qazanıblar. Belə zərərverici proqramlar kompüter və mobil qurğularda faylları şifrləyir, həmçinin əməliyyat sisteminin normal işləməsinə mane olur. Bəzi viruslar isə tələb olunan pul ödənilmədiyi halda faylları silir. "Trend Micro" şirkətinin 2016-cı il üzrə qiymətləndirməsinə görə, pul tələb edən proqram sinfinin sayı 752% yüksəlib. Belə viruslardan istifadə zamanı kibercinayətkarlar tərəfindən tələb edilən məbləğ 0,5-5 bitkoin təşkil edib.
Süni intellektli “bulud” proqramları təqdim olunub
ABŞ-ın “Oracle” korporativ proqram təminatı istehsalçısı süni intellektə malik “Adaptive Intelligent Apps for CX” əlavələrini təqdim edib. Proqramlar elektron ticarət, marketinq, satış və servis sahəsində peşəkarlara müştəri ilə iş müddəti ərzində real vaxt rejimində keyfiyyəti artırmağa kömək məqsədi daşıyır. “Adaptive Intelligent Apps for CX” məlumatları “Oracle Data Cloud” “bulud” platformasından alır. “Oracle” nümayəndələrinin sözlərinə görə, platforma dünyada 5 milyard fərdi şəxs və şirkətin istifadə etdiyi və gündəlik 7,5 trilyon məlumat daxiletmə sorğusunun qeydə alındığı iri qlobal informasiya meydançasıdır.
“Android” mobil əməliyyat sisteminin ən populyar versiyası məlum olub
“Marshmallow 6.0” əməliyyat sistemi ilk dəfə “Android” sistemi bazarında ən geniş yayılmış platforma adına layiq görülüb. Bu haqda iyunun 5-nə olan yeni statistikada qeyd edilib. Hazırda “Marshmallow 6.0” versiyasının bazar payı 31,2 % təşkil edir. Son ayda bu göstərici dəyişməyib. Amma “Lollipop” (5.0 və 5.1) versiyasının bazar payı azalaraq 30,8 % təşkil edib. 18,1% bazar payına malik “KitKat 4.4” versiyası ilk üçlükdə yerləşib.
Yeni “Microsoft” smartfonu barədə məlumatlar açıqlanıb
“Microsoft” korporasiyası Çinin “Bilibili” videoservisindəki rəsmi hesabında istehsal ediləcək yeni smartfon haqqında təsadüfən məlumat dərc edilib. Bir müddət sonra məlumat silinib, lakin onun keşlənmiş surəti müxtəlif saytlar tərəfindən oxuculara təqdim edilib. Məlumata görə, “Surface Phone” adlanacaq qurğu “Continuum” rejimində təsviri istənilən düz səthə proyeksiya edə biləcək quraşdırılmış proyektorla təchiz ediləcək. Bununla yanaşı, smartfonun bu funksiyadan rahat istifadə üçün xüsusi çıxarılabilən altlığa malik olacağı ehtimal edilir.
Yeni erməni hökuməti: siyasi spekulyasiyalar və ziddiyyətlər
Ermənistanda parlament seçkisində respublikaçıların qalib gəlməsindən sonra meydana yeni problemlər çıxıb. Daşnakların başçılıq etdiyi parlament bloku ilə S.Sarkisyanın Respublika partiyası koalisiya yaratmalıdır. Həm parlamentdə yerlər konkretləşməli, həm də hökumət formalaşdırılmalıdır. Ekspertlər bu yolda İrəvan Ağsaqqallar Şurasına olan seçkinin əhəmiyyətli rol oynayacağını proqnozlaşdırırdılar. Həmin seçki olub və yenə də respublikaçılar qalib gəliblər. Deməli, yeni hökumətin formalaşdırılması ziddiyyətlərdən yaxa qurtara bilməyib. Burada digər faktorlarla yanaşı, siyasi-ideoloji məqam da ciddi rol oynayır. Çünki daşnakların siyasi mövqeləri kifayət qədər radikaldır. Onların XXI əsrin tələblərinə cavab verməyən ideoloji konsepsiyaları vardır.
Tibb bacısı işləyən arvadının xəyanət anını kameraya çəkdi
Türkiyənin Bursa şəhərində yaşayan 41 yaşlı 2 uşaq atası M.P keçən il məşuqu ilə yolda əl-ələ gedərkən fotosunu çəkdiyi 37 yaşlı həyat yoldaşı S.K.-dan boşanıb. Məhkəmə M.P.-nın bu qərarını haqlı sayaraq 10 min lirə tazminatla bağlı hökm çıxarıb.
Tehranda Rusiya kanalının əməkdaşları saxlanıldı
Tehranda "Russia Today" telekanalının ərəb versiyasının (RT Arabic) müxbiri və operatoru saxlanılıb. Hadisə parlament binasına hücumla bağlı vəziyyətin işıqlandırılması zamanı baş verib. Onların saxlanılmasının səbəbləri açıqlanmayıb.
Şok kadrlar: 19 yaşlı qız telefonuna qurban gedəcəkdi - VİDEO +18
19 yaşlı Pratikşa Natekar dəmiryol stansiyasında relslərin arası ilə perrona tərəf gedirdi. O, qulaqcıqlar vasitəsilə mobil telefonundakı mahnılara qulaq asdığından yaxınlaşan qatarın səsini eşitməyib.
İŞİD İran parlamentində törətdiyi terrorun VİDEOsunu yaydı
İŞİD terror təşkilatı bu gün səhər Tehranda İran parlamentinə silahlı hücumun videosunu yayıb. Terrorun videosunda hücumun ilk qurbanlarından birinin meyiti görünür və "Allahu Əkbər" sədaları ətrafa yayılır.
İran öz hava məkanını bu ölkəyə verdi
İran Mülki Aviasiya Təşkilatı Qətərin “Qatar Airways” aviaşirkətinə öz hava məkanından istifadəsinə icazə verib. Bu haqda “Mehr” agentliyi bildirib.
Sarkisyan kreslosunu ona təhvil verəcək - Ad açıqlandı
2018-ci ildə Ermənistan prezidenti seçiləcək şəxsin kimliyi açıqlanıb. Serj Sarkisyan 2018-ildə Konstitusiya Məhkəməsinin sədri Qaqik Harutyunyanı prezident kürsüsünə namizəd olaraq irəli sürəcək. Məlumatalara görə, Harutyunyan 2004 və 2008-ci illərdə Robert Koçaryan və Serj Sarkisyan hakimiyyəti üçün əvəzsiz xidmətlər göstərib. Bundan başqa o, Ermənistan fonduna böyük tövfələr verib. Erməni diasporunda Harutyunyan ən az etibardan düşmüş vəzifəlilərdən hesab edilir.
Xəzərdə zəlzələ oldu
İranın Gülüstan vilayətində zəlzələ baş verib. Zəlzələnin episentri Xəzər dənizində yerləşib.
Terror İrana da çatdı
İyunun 7-də İranda ard-arda bir neçə terror aksiyası həyata keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, eyni vaxtda İslam respublikasının parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum baş verib. İran parlamentinə edilən hücum nəticəsində 7 nəfər həlak olub.














