Dünya

Sultan Səlim körpüsündə terror planı

14 İyun 2017 13:07

Türkiyənin İstanbul şəhərində yerləşən beynəlxalq idman yarışları üçün nəzərdə tutulmuş standionlarda və Sultan Səlim körpüsündə terror aksiyası planlaşdıran terrorçular həbs edilib. Türkiyə təhlükəsizlik qüvvələri həbs olunan 5 nəfərin PKK terror təşkilatının üzvü olduqlarını bildirir. Terrorçuların mənzillərində aparılan axtarış zamanı çoxlu sayda xəritə, foto və obyektlərin yerləşmə planı ələ keçirilib. Hadisə ilə əlaqədar cinayət işi başladılıb.

Banqladeşdə güclü yağış: 147 ölü

14 İyun 2017 13:01

Banqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində həlak olanların sayı 147 nəfərə çatıb. Yağıntılar bazar ertəsi səhər saatlarından etibarən başlayıb. Yağışdan zərər çəkmiş bölgələrdə telefon xətləri sıradan çıxıb, nəqliyyatın hərəkəti dayanıb. Son məlumata görə, Hindistanın Banqladeşlə sərhəd Mizoram və Assam ştatlarında da güclü yağış və sel nəticəsində həyatını itirənlər olub.

İnsanların yanan binadan özlərini atma anı - VİDEO

14 İyun 2017 12:44

Londonda yaşayış binası yanır. Gecədən başlayan yanğın hələ də davam edir. Yanğınsöndürmə briqadalarının verdiyi məlumata görə, yanğın nəticəsində ölənlər və yaralananlar var. Ölənlərin sayı açıqlanmır. İlkin ehtimala görə onlar yanğın zamanı təşvişə düşərək özlərini pəncərədən atanlardır.

Raketlərimiz düşmənin hərbi obyektlərinə TUŞLANDI - Ermənistan ŞOKDA

14 İyun 2017 12:32

BMT-nin adi silahlar üzrə registrində 2016-cı ildə Rusiyanın müxtəlif ölkələrə satdığı silahlar qeyd olunub. Bu ölkələr arasında Azərbaycan və Ermənistan da var. Registrində göstərilir ki, Rusiya ötən il Azərbaycana böyük kalibrli artilleriyanın 6 vahidini çatdırıb. Ermənistana isə daşına bilən zenit-raket kompleksinin 300 vahidi verilib.

Meksikada güclü zəlzələ - 7 bal

14 İyun 2017 12:23

Meksikanın qərb sahillərində Rixter cədvəli ilə 7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Çiapas ştatı yaxınlığında, yerin 98 kilometr dərinliyində qeydə alınıb. Hadisə nəticəsində dağıntılar və xəsarət alanlar barədə hələ məlumat verilməyib. Zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq olunmayıb.

Putindən casusluqla bağlı AÇIQLAMA: "Nalayiq hərəkətdir"

14 İyun 2017 12:08

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiya ərazisində kəşfiyyat fəaliyyəti həyata keçirməsinə qarşı olmadığını, amma müttəfiqlərə qarşı casusluq etməyin nalayiq hərəkət olduğunu bildirib.

Stadionlar havaya uçurulmalı və... - İstanbula qarşı QANLI PLAN

14 İyun 2017 11:58

PKK terror təşkilatının Türkiyənin İstanbul şəhərində genişmiqyaslı terror aktları planlaşdırdığı məlum olub.  Bu barədə PKK-ya qarşı həyata keçirilən əməliyyatda tutularaq həbs olunan 5 terrorçu ilə əlaqədar hazırlanan iddianamədə deyilir.

Londonda yanan binada xeyli insanın öldüyü bildirilir - YENİLƏNİB- VİDEO

14 İyun 2017 11:50

Dünən Londonun qərbində "Grenfell Tower" yaşayış kompleksində güclü yanğın olub.  Yanğın yerinə 40 yanğınsöndürən maşın və 200 yanğınsöndürən göndərilmişdi. Şimali Kensinqton səmtindəki bina faktiki olaraq bütünlüklə yanıb.

“Bu bədheybəti yedirtmək üçün...” - Rusiya dünyanı işğal etməyə hazırlaşır?

14 İyun 2017 11:33

Rusiya prezidenti Vladimir Putindən müsahibə alan amerikalı rejissor Oliver Stoun “RİA-Novosti” agentliyinin müxbiri Aleksey Boqdanovskinin suallarını cavablandırıb. Rejissorun sözlərinə görə, Rusiya lideri müsahibədə çox nəzakətli idi. Rejissorun sözlərinə görə, Rusiya lideri anlamağa kömək etdi ki, Rusiya bütovlükdə dünyadakı vəziyyət haqqında düşünür. “Rusiya bütovlükdə dünyada vəziyyət haqqında düşünür. ABŞ dəyişir, Rusiya ilə münasibətlər kimi. O NATO, ABŞ-ın raket hücumundan müdafiə sistemindən imtinasından, Birləşmiş Ştatların Qafqaz və Suriyada terrorizmə dəstəyindən bəlağətlə danışırdı və Ukrayna üzrə o öz mövqeyini açıqladı. O, həmçinin gələcək seçkilər və iqtisadiyyat haqqında danışırdı”, - rejissor deyib.

Alimlərdən əsəbi qadınlara QƏRİBƏ MƏSLƏHƏT: hər gün...

14 İyun 2017 11:31

Alimlər əsəbi qadınlara hər gün bir qədəh şampan içməyi tövsiyə edib. Alimlərin sözlərinə görə, şampan yaşla əlaqədar olaraq yaranan neyro fizioloji xarakterli xəstəliklərə qarşı orqanizmin müdafiəsini artırır. Həm də mütəxəssislərin fikrincə, şampanın tərkibinə sinir hüceyrələrini müdaifə edən komponentlər daxildir. Amma alimlər çox içki istifadə etməyi məsləhət görmür. Bir gündə yalnız 100 ml olar.

Atası tərəfindən zorla PKK – ya verildi

14 İyun 2017 11:28

PKK terror təşkilatına məxsus düşərgədən qaçmağa çalışan iki qadın Türkiyə  təhlükəsizlik qüvvələrinə təslim olublar. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, 16 yaşında olan R. K və 22 yaşında M. D polisə verdiklərə ifadələrində terror təşkilatına necə üzv olduqlarını anladıblar. 8 – ci sinif şagirdi ilə birgə qaçırılaraq terror təşkilatına üzv edilən R. K dəfələrlə ona qarşı  olunan təzyiqlər səbəbi ilə terror təşkilatına məxsus düşərgədən qaçmaq istədiyini bildirib. M. D isə ifadəsində 17 yaşında atası tərəfindən zorla PKK terror təşkilatına verildiyini qeyd edib. "Doğru dürüst valideyn üzü görmədim. Oxuyub, peşə sahibi olmağı çox istəyirdim" deyə, M. D öz ifadəsində qeyd edib.

NASA-dan SOS: Yağışlar artacaq, dünya...

14 İyun 2017 11:28

NASA alimləri Yer kürəsinin tropik bölgələrində yağıntıların miqdarının mütəmadi olaraq artacağını proqnozlaşdırır. Mütəxəssislər qlobal istiləşmənin kütləvi hava axınlarında dəyişikliyə səbəb olacağını və yağıntıların miqdarında ciddi artımla nəticələnəcəyini deyiblər.

Rusiyanı xilas edəcək yeganə yol...

14 İyun 2017 11:26

Rusiyada gedən proseslərin mürəkkəbliyi bu ölkədə yeni siyasi elitanın formalaşmasından irəli gəlir. Bu sözləri politoloq İlqar Vəlizadə bildirib. Ekspert yeni siyasi elitanın hər iki cəbhədə - həm hakimiyyət, həm də müxalifət cəbhəsində formalaşdığını deyib: “Müxalifətin köhnə ənənəvi lideləri artıq meydandan çıxır. Belə olduqda yeni liderlər aktiv fəaliyyət və yeni maraqlar ortaya qoymalıdır. Onlar əvvəllər qeyri-formal liderlər sayılırdı, ancaq indi təşkilatlanmağa başlayıblar. Hazırda bu yeni hərəkatların ideoloji əsasları formalaşır. Bu isə korrupsiya ilə mübarizədir.

Məscid tikərkən tarix tapdılar

14 İyun 2017 11:11

Türkiyənin Hatay vilayətindəməscid tikintisi zamanı ortaya çıxanlar insanlara şoka salıb. Hatay vilayətinin Arsuz bölgəsində məscid inşasının qazıntıları zamanı yeraltı otaqlar və çoxsayda küplər aşkarlanıb. 

Leysan yağışları 134 nəfərin ölümünə səbəb olub

14 İyun 2017 10:35

Banqladeşdə yağan leysan yağışları və torpaq sürüşmələri nəticəsində azı 134 nəfər ölüb. Təbii fəlakətdən əsasən ölkənin cənub-şərq hissəsi əziyyət çəkib.