Dünya

Sevgilisi həbs olunan Tubadan GÖZLƏNİLMƏZ ADDIM

6 İyul 2017 19:30

Son günlərdə sevgilisinin həbs olunması ilə gündəmə gələn məşhur aktrisa Tuba Büyüküstün baş rolda oynadığı filmin qala gecəsinə qatılmayıb. İlk premyerası Çexiyada keçirilən “Daha” adlı filmin rejissorluğunu Tubanın köhnə həyat yoldaşı Onur Saylak edib.

"Onun mənim üçün yerdəki toz qədər dəyəri yoxdur"

6 İyul 2017 19:20

Aparıcı-aktrisa Deniz Akkaya müğənni-aktrisa Hülya Avşarla bağlı inanılmaz fikirlər səsləndirib. Aparıcı "Women's Style" dərgisinə müsahibəsində şəxsi həyatından da danışıb:  "8 yaşındakı qızım Ayşənin atasından (Efe Önbilgin) 2 yaşından aliment ala bilmirəm. Amma Amerikada qumar masalarında 200-300 min dollar xərclədiyini bilirəm. "Pulum yoxdur" deyib məhkəməyə alimentdən imtina şikayəti vermişdi, amma yalançı şahidlərinə rəğmən hakim onun iddiasını rədd etdi".

“Twitter”də yalanları işarələyən düymə yaradıla bilər

6 İyul 2017 19:14

"Twitter" mikrobloq xidməti istifadəçilərin yalan və ya təhlükəli informasiya daşıyan "tvit"ləri işarələməsinə imkan verən funksiyanın tətbiqini nəzərdən keçirir. Söhbət "Twitter"dəki hər paylaşımın altında əlavə düymənin yerləşdirilməsindən gedir. Bu düyməni basmaqla istifadəçi öz şübhələri barədə "Twitter" əməkdaşlarını xəbərdar edəcək. Hələlik layihə ilkin mərhələdədir və təşəbbüsün baş tutub-tutmayacağı məlum deyil. Şirkətin rəsmi nümayəndəsi Emili Horn yaxın vaxtlarda bu funksiyanın tətbiqinin nəzərdə tutulmadığını bildirib.  

Hibrid noutbuk təqdim olundu

6 İyul 2017 19:03

"Panasonic" şirkəti hibrid formalı təhlükəsiz "Toughbook CF-XZ6" noutbukunu təqdim edib. Yeni cihaz şirkət top menecerləri, biznes konsultant, merçendayzer, auditor və dövlət qulluqçuları üçün nəzərdə tutulub.

Metal korpusla təchiz edilmiş “ZTE Blade V7 Plus” smartfonu təqdim edilib

6 İyul 2017 19:00

“ZTE Blade V7 Plus” smartfonu rəsmən təqdim edilib. Orta səviyyəli qurğular sinfinə məxsus yeni cihaz metal korpusla təchiz edilib. “ZTE Blade V7 Plus” 1920x1080 piksel (Full HD) təsvir ölçülü 5,2 düymlük ekran, 1,3 QHs takt tezlikli 8 nüvəli “MediaTek MT6753” prosessoru ilə təchiz edilib və “Android 6.0 Marshmallow” əməliyyat sistemi ilə idarə olunur. “Mali T720-MP3” çipi qrafikanın canlandırılmasında istifadə olunur.

“Qualcomm Snapdragon 821” prosessorlu “Galaxy S8 mini” smartfonu təqdim ediləcək

6 İyul 2017 18:55

Cənubi Koreyanın “Samsung” şirkəti qabaqcıl “Galaxy S8” smartfonunun mini-versiyasını təqdim edəcək. Təqdimatı iyulda baş tutacaq qurğu yeni “Qualcomm Snapdragon 835” prosessorundan deyil, “Qualcomm Snapdragon 821” çipindən istifadə edəcək.   

Qətər böhranı: Yaxın Şərqi parçalama planının bir hissəsi

6 İyul 2017 18:50

"Ərəb baharı" adlanan qeyri-müəyyənlik və risklərlə dolu bir prosesin müsəlman ölkələrinə gətirdiyi faciələr davam edir. İraq, Suriya, Liviya və Misirdən sonra Qətəri ortaya atıblar. Lakin bu sonuncu ilə bağlı fərqli ssenarilərin qurulduğu hiss edilir. Belə ki, Qətərə qarşı bir neçə ərəb ölkəsini qoyurlar. Həm də bunu başqa müsəlman dövlətləri olan İran və Türkiyəyə qarşı yönəltmək şərti ilə edirlər. Dohadan tələb olunur ki, İranla əlaqələri ümumiyyətlə kəssin və Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlıq etməsin. Kifayət qədər qərəzli, anti-müsəlman mahiyyətli və təxribatçı tələblərdir. Çünki müsəlman dövlətindən tələb edirlər ki, başqa müsəlman ölkələrinə düşmən kəsilsin və nicatı xristian ölkələrində tapsın. Nə yazıq ki, buna dəstək verən dörd müsəlman-ərəb ölkəsi də vardır. Bu kimi proseslərin fövqündə geosiyasi proseslərin hansı istiqamətdə dəyişə biləcəyi çox düşündürücüdür. "Qətər baharı": yeni parçalama ssenarisi

Səsli siqnal kağız biletləri əvəz edəcək

6 İyul 2017 18:50

“Ticketmaster” şirkəti “Lisnr” startapı ilə birlikdə yüksəktezlikli siqnallardan bilet qismində istifadəyə imkan verəcək texnologiya hazırlayır. 18,7-19,2 kilohers takt tezlikli siqnalı istənilən mobil qurğudan, məsələn, smartfondan səsləndirmək mümkündür. Bunun üçün qurğunu bilet haqqında informasiyanı oxuyaraq istifadəçinin şəxsiyyətini təsdiq edən xüsusi skanerə yaxınlaşdırmaq tələb olunur.

Hakerlər parolları oğurlamaq üçün beyin siqnallarından istifadə edə bilərlər

6 İyul 2017 18:45

Alabama və Kaliforniya universitetlərinin tədqiqatçılarının insan beyninin elektrik aktivliyini qeydə alan elektroensefaloqrafik qarniturlarının təhlili maraqlı nəticələr verib. Gözləntilərə görə, belə qarniturlar tezliklə qeymerlər arasında populyar olacaq. Qeymerlər beyin siqnallarının köməyi ilə elektroensefaloqrafik qarniturlardan kompüter oyunlarının personajlarını idarə etmək üçün istifadə edəcəklər.

Türkiyədə qanunsuz qumar-mərc saytları bloklanacaq

6 İyul 2017 18:03

Türkiyədə qanunsuz fəaliyyət göstərən online qumarxana və mərc oyunlarına qarşı mübarizə başlayıb. Hökumət ailələrin dağılmasına, gəclərin səhv yola düşməsinə səbəb olan və ölkə iqtisadiyyatına zərər vurən qanunsuz qumar və mərc oyunları ilə mübarizə məqsədilə 2 illik plan hazırlayıb.

Trampdan Rusiyaya İran və Suriya ÇAĞIRIŞI

6 İyul 2017 17:36

ABŞ prezidenti Donald Tramp Moskvanı Suriya və İrana dəstək verməkdən imtina etməyə çağırıb. Tramp bu haqda Polşa paytaxtının Krasinski meydanında “Varşava Üsyanı” abidəsinin önündə çıxışında deyib. ABŞ prezidenti həmçinin Rusiyanı Ukraynanın daxili işlərinə müdaxiləyə son qoymağa çağırıb.

"Ermənistanın Azərbaycanın dinc sakinlərinə hücumları Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə zərər vurur"

6 İyul 2017 17:00

Ermənistan Azərbaycanın qoşunların qarşıdurma xəttinə yaxın bölgələrində məskunlaşmış dinc sakinlərə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı sistemli, məqsədyönlü hücumlar həyata keçirir. Bu, Azərbaycanın BMT-də və Cenevrədəki digər təşkilatlardakı daimi nümayəndəliyinin bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, Ermənistanın Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə hücumları beynəlxalq humanitar hüquq və insan hüquqlarının, o cümlədən Cenevrə Konvensiyasının və bu konvensiyaya 1 nömrəli əlavənin, Uşaq Hüquqları Konvensiyası və insan hüquqlarının və digər azadlıqların müdafiəsi konvensiyalarının kobud şəkildə pozulması deməkdir.

Məşhur türk jurnalisti Ermənistanı ikinci İŞİD adlandırdı

6 İyul 2017 16:57

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirildi. 2 yaşlı Zəhranın qətl edilməsi bütün dünyada erməni vəhşiliyi kimi qəbul olunur. Amma qardaş Türkiyədə bu məsələyə həssaslıq nümayiş etdirilmədi. Halbuki, Azərbaycan cəmiyyəti, xüsusi olaraq da mediamız Türkiyədəki belə məqamlara daim çox isti yanaşıb. Türkiyə mediası və cəmiyyətinin belə qandonduran olaylara kəskin reaksiyası olub. 2 il əvvəl Aralıq dənizində qanunsuz yolla miqrantları daşıyan qayığın aşması nəticəsində 3 yaşlı suriyalı qız Aylan Kürdinin şəkilləri Türkiyənin tanınmış qəzetlərində manşet olmuşdu. Sosial şəbəkələrdə əksəriyyət 3 yaşlı körpənin ölümünü müzakirə edirdi. Hətta əksər sosial şəbəkə istifadəçiləri onun şəklini öz profillərinə yerləşdirmişdilər.

Almaniyanı etirazlar bürüyüb

6 İyul 2017 16:25

7-8 iyul tarixində baş tutacaq dünya liderlərinin zirvə görüşü öncəsi etirazçıların nümayişləri səngimək bilmir. Onlar bu dəfə məşhur avtomobil markalarından biri olan “Porche”-nin ofisinə hücum ediblər. Alman polisinin qarşısını almaqda çətinlik çəkdiyi etirazçılar mağazadakı bütün modelləri yandırıblar.