Dünya

Hülya Avşardan Zəhra ilə bağlı paylaşım

7 İyul 2017 11:39

Türkiyəli müğənni-aktrisa Hülya Avşar da ermənilər tərəfindən öldürülən 18 aylıq Zəhraya biganə qalmayıb. Sənətçi 2,1 milyon izləyicisi olan İnstaqram səhifəsində "Bunun adı terrordur. Uşaq qatilləri cəzasız qalmamalıdır" başlıqlı yazı paylaşıb.

Ərdoğan: "Rusiya Türkiyənin Suriyada yeni hərbi əməliyyatına qarşı deyil"

7 İyul 2017 11:37

Rusiya Türkiyənin Suriyada yeni hərbi əməliyyatına qarşı deyil.  Bunu Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAlmaniyada jurnalistlərə deyib. R.T.Ərdoğan qeyd edib ki, Ankara və Moskva Suriya ərazisində mümkün yeni hərbi əməliyyatın detallarını müzakirə ediblər: "Bu məsələ ABŞ-ın dövlət katibi Reks Tillersonla da müzakirə olunacaq".

Erməni əsgərin anası: "Oğlum niyə Ermənistanın qurbanı oldu?"

7 İyul 2017 11:11

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri Suren Mosiyanın qeyri-döyüş şəraitində ölümü ilə bağlı çağırış məntəqəsi komissiyasının kardiolquna qarşı cinayət işi açılıb.

ABŞ Suriya üzrə Rusiyaya təzyiq göstərməkdə davam edəcək

7 İyul 2017 11:07

ABŞ Suriya üzrə Rusiyaya təzyiq göstərməkdə davam edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.  “Biz, Rusiyanın Suriyada xüsusi məsuliyyət daşıdığına əminik... və biz onlara təzyiq göstərməkdə davam edəcəyik”, - deyə o bildirib.

YUNESKO - dan Viyana qərarı

7 İyul 2017 10:01

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı Dünya Miras Komitəsi,  tarixi şəhər kimi tanınan Vyananın mərkəzində yeni inşa edilən  binaların şəhərin universal dəyərini itirməsinə səbəb olduğunu bildirdi. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, YUNESKO-dan verilən yazılı açıqlamada  Avstriyanın paytaxtı Vyanada inşa edilən və təxminən 66 metrin üzərindəki yeni strukturların, şəhərin özünə xas xüsusiyyətini itirməsinə və universal dəyərini itirməsinə gətirib çıxardığı ifadə edilir.

Çində 44 nəfər həlak oldu

7 İyul 2017 09:51

Çinin cənub-şərqindəki Xunan vilayətinin Ninsyan rayonun əhalisinin 815 min nəfəri (əhalinin 56 faizi) daşqınlardan zərər çəkib. Daha 44 nəfər isə ölmüş və itkin düşmüş sayılır. Təbii fəlakət rayonun 60 illik tarixində ən güclüsü olub. Yağıntıların illik miqdarı normadan 31,8 faiz və ya 461,1 millimetr artıq olub.  Təbii hadisə səbəbindən 14 min dağılıb, 70 küçədə bənd və yollar zədələnib, 22 min hektardan çox kənd təsərrüfatı sahəsi su altında qalıb. 13 yaşayış məntəqəsi elektriksiz qalıb, yeddi yaşayış məntəqəsi ilə əlaqə kəsilib.

76 polis yaralandı

7 İyul 2017 09:41

Almaniyanın Hamburq şəhərində etirazçılarla toqquşmalarda 76 polis əməkdaşı xəsarət alıb. Bu barədə şəhər polis idarəsinin məlumatında bildirilir. Xəsarət alanlardan bir nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına ambulator tibbi yardım göstərilib.

Hadisə : "Azərbaycana səbir diləyirəm...”

7 İyul 2017 09:39

 İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızının ölüm xəbərinə türkiyəli müğənni Hadisə də biganə qalmayıb. Məşhur müğənni bu barədə 5, 8 milyondan çox izləyicisi olan instaqram hesabında yazıb:

Qırıcı təyyarə qəzaya uğradı

6 İyul 2017 21:03

Hindistan ordusuna məxsus “MiQ-23” qırıcı təyyarəsi qəzaya uğrayıb.  Hadisə ölkənin şimal-qərbində Racastxan ştatının, Balesar yaşayış məntəqəsinin Coxxopur rayonunda olub. hər iki pilot katapult edib.

Beyonsun ərindən şok açıqlama: "Anam lezbiyandır..."

6 İyul 2017 20:10

Pop ulduz Beyonsun əri, amerikalı repçi Jay Z anasının cinsi azlıq nümayəndəsi olduğunu etiraf edib.  48 yaşlı ifaçı "Smile" adlı mahnısının Gloria Carterə həsr edib.

"Nə dalaşmışıq, nə də xəyanət olub"

6 İyul 2017 19:50

Sevgilisi Lider Şahindən ayrılan müğənni İrem Derici ilk açıqlamasını verib.  Bir illik münasibətinə son qoyan ifaçı ayrılığa xəyanətin səbəb olması dedi-qodularına cavab verib:  "Həyatımın ən göəzl 1 ilini dünyanın əsl centlmen insanı ilə keçirdim. Nə dalaşmışıq, nə də xəyanət olub. Lider mənim menecerim deyil. Mənim menecerim 5 ildir ki, eyni adamdır". 

Aktrisanı gecə otelə aparan iş adamı: "Həmin xanımı tanımıram" - VİDEO

6 İyul 2017 19:46

Türkiyəli iş adamı Serdar Bilgili gecə birlikdə otelə getdiyi iddia edilən aktrisa Deniz Çakırhaqda maraqlı açıqlaması ilə diqqət çəkib.

Acun İlıcalıdan "O səs Türkiyə" açıqlaması

6 İyul 2017 19:41

Son günlər "O səs Türkiyə"nin münsiflər heyətinin dəyişəcəyi, Yıldız Tilbenin komandaya daxil olması barədə xəbərlər yayılıb. Proqramın aparıcısı Acun İlıcalı Tvitter-də bununla bağlı açıqlama yayıb. O, TV8-də yayımlanan "3 Adam"ın da bağlanacağı barədə xəbərlərə aydınlıq gətirib. "3 Adam"la da, "O səs Türkiyə" münsiflər heyəti ilə də yeni mövsümlə bağlı görüşməmişik və hələ ki heç bir yeni qərar yoxdur". 

Bergüzar Korel TANINMAZ HALDA

6 İyul 2017 19:36

Gündəlik həyatda rahat geyimlərə üstünlük verən Bergüzar Korel dağınıq stililə diqqət çəkib. Dünən aktrisa tək başına mağazaları dolaşıb alış-veriş edərkən görüntülənib. Sonra isə o, dostları ilə restoranda görüşüb. Bu yaxınlarda saç stilini dəyişib xırda-xırda hörməyə qərar verən aktrisanın dağınıq və hippi tərzində geyinməsi nəzərdən qaçmayıb.