Dünya

Almaniya və Türkiyə RAZILAŞDI

8 Avqust 2017 17:20

Almaniya və Türkiyənin münasibətlərində əsas mübahisəli məsələlərdən biri həll edilib. Bu haqda şəxsi mənbələrə istinadən Almaniyanın ARD telekanalı bildirib. Mübahisəyə NATO-nun vasitəçiliyi ilə həll variantı tapılıb. Bundan sonra Almaniya parlamentinin deputatları Türkiyənin Konya şəhərindəki NATO bazasında xidmət edən alman ordusunun hərbi qulluqçularına baş çəkə biləcəklər.

İyul ayında 880 fələstinli həbs olunub

8 Avqust 2017 16:35

Fələstin Əsirlər Cəmiyyəti, Mizan İnsan Haqqları Mərkəzi, Vicdan İnsan Haqqları və Əsir Baxım Təşkilatı ilə Əsir İşləri Heyəti tərəfindən verilən ortaq açıqlamada bildirilir ki, iyul ayı ərzində İsrail hərbiçiləri  880 fələstinlini nəzarətə götürüblər. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, İsrail hərbiçilərinin nəzarətə aldığı fələstinlilərdən 144 – ü uşaq, 18-i qadındı. 880 nəfərin yalnız  425 – i Şərqi Qüdsdə baş verən hadisələr zamanı həbs olunduğu məlum olub.

Xəstəxanada şok kadrlar: hamilə tibb bacısını təpiklədi - VİDEO

8 Avqust 2017 16:15

Dəhlizdə tibb bacısı ilə mübahisə edən paramedik qəflətən qışqırmağa, söyməyə başlayıb. 35-40 yaşlı kişi qarşısındakı hamilə tibb bacısının saçından tutub dartandan sonra qadının qarnına təpik vurub.  

"Ayağıma çoxlu qəlpə dəydi”"- Ermənilərin yaraladığı 13 yaşlı Ramin danışdı - VİDEO

8 Avqust 2017 16:12

Tovuzun düşmənlə sərhəddə yerləşən Qaralar kəndi tez-tez atəşə məruz qalır. Ermənilər daha çox əhalini təsərrüfat sahələrində işləyən zaman atəşə tuturlar. Avqustun 7-də axsam saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində kənd sakini, 13 yaşlı Ramin Yusifov atla ot gətirərkən yaralanıb.

“Beşgünlük müharibə”nin başlama səbəbi AÇIQLANDI

8 Avqust 2017 16:04

“2008-ci ildə Cənubi Osetiyada müharibəni həmin vaxt ölkə prezidentinin postunu tutmuş Mixail Saakaşvili provokasiya edib”. Bu haqda Gürcüstan parlamentinin keçmiş sədri Nino Burdjanadze “Russia Today” (RT) telekanalına müsahibəsində deyib. “Müharibəyə Saakaşvili başladı. Bu faciəli hadisələrə görə məsuliyyət ilk növbədə onun üzərinə düşür”, - Burdjanadze bildirib.

Oğurluğa peşman oldu: samboçu qadın kişini yıxıb sürüdü - VİDEO

8 Avqust 2017 15:51

"Kömək edin! Yalvarıram, məni bu qadının əlindən alın!" Qadının döydüyü, şapalaqladığı kişi qışqırır, yardım istəyirdi. Lakin kimsə ona kömək etməyib. Çünki bu kişi oğru idi. Olay Rusiyanın Primorye vilayətindəki Naxodka şəhərində yaşanıb. Şəhərin qadınlar arasında sambo yığmasının baş məşqçisi Valentina Kotovsteva marketdən çıxarkən əynində mayka və şort olan orta yaşlı kişi ona yaxınlaşıb.

Arvadının müdiri ilə görüşdüyünü öyrəndi: hər ikisini iş yerində güllələdi

8 Avqust 2017 15:31

Kocaelinin Kandıra rayonunda bir nəfər həyat yoldaşı ilə görüşdüyü iddia edilən kişini güllələyib.  Çörək sexində nəzarətçi çalışan Cevat Taşdelen yanında işləyən Ümmmühan Y. -nin həyat yoldaşı tərəfindən silahlı hücum sonrası ölüb.  Hadisə səhər saatlarında baş verib. Əldə edilən məlumata görə, Hasan Y. adlı şəxs yoldaşı ilə yaşadığını iddia etdiyi Cevat Taşdelenin çörək sexinə gəlib. Ümmühan Y. və Cevat Taşdelenə silahını tuşlayan Həsən Y. 6 dəfə atəş açaraq hadisə yerindən qaçıb. Yaralanan hər iki şəxs yerə yıxılıb.

Ermənistanda iki silah zavodu birləşdirilir

8 Avqust 2017 15:23

Ermənistanda silah istehsalı ilə məşğul olan "65 saylı hərbi zavod" QSC-nin "Qarni-Ler elmi-istehsalat birliyi" ASC-ə birləşdirilməsi müzakirə edilir. Ermənistanın Müdafiə Nazirliyi gələcəkdə bununla bağlı hökümətə layihə təqdim edəcək. 

Hakerlər dövlət orqanlarının saytlarını dağıtdılar

8 Avqust 2017 15:10

Hakerlər Venesuelanın bir sıra dövlət orqanlarının saytlarına hücum ediblər. Məlumata əsasən "İkili mühafizlər" haker qrupu Venesuelanın Ali Məhkəməsi, Parlament və Milli Seçki Şurasının saytlarını dağıda biliblər.

Məkkədə zəvvarların qaldığı hoteldə yanğın baş verib

8 Avqust 2017 15:10

Məkkə şəhərində zəvvarların qaldığı hotellərin birində yanğın baş verib. Yanğının qarşısı qısa müddətdə alındığından hadisə nəticəsində zərər çəkən olmayıb. Yanğın baş verən hoteldə Hindistandan gəlmiş 391 zəvvarın qaldığı bildirilib. Təhlükəsizlik məqsədilə onlar təxliyə edilib. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Rusiya ilə müharibə burada başlayacaq: SSRİ-yə hücum taktikasına QAYIDIŞ

8 Avqust 2017 14:49

İyulda Şərqi Avropada ABŞ və NATO-ya daxil olan digər ölkələrin ongünlük hərbi təlimləri keçirildi. Təlimlərin hədəfi Rusiya tərəfindən potensial təhlükələrə qarşı dayanmağı öyrənmək idi.  ABŞ-ın “The New York Times” nəşrinə görə ABŞ ordusu Şərqi Avropada vuruşmağa hazırlaşır. Macarıstan, Rumıniya və Bolqarıstanda keçirilən təlimlərdə ABŞ-ın 25 min hərbi qulluqçusu iştirak edirdi. Təlimlərdə ordu komandirləri gənc əsgərlərə “soyuq müharibə” dövründə SSRİ qoşunlarına qarşı istifadə olunan taktika və strategiyanı öyrədirdilər.

İstirahət düşərgəsində faciə

8 Avqust 2017 14:38

Fransanın qərbindəki Vyana rayonundakı istirahət edən gənclər bədbəxt hadisə ilə rastlaşıblar. “Olaylar” “Milliyet” - ə istinadən bildirir ki, Lathus – Saint – Remy şəhəri yaxınlığında yerləşən düşərgədə 13 -16 yaşlarında  olan 16 şagird və bir müəllim olub. Hadisə zamanı 10 şagird və müəllimin yaralandığı bildirilir.

Dəniz həbsxanadan çıxdıqdan sonra ilk konsertini verdi

8 Avqust 2017 14:15

3 il həbs həyatından sonra iyunda azadlığa çıxan müğənni Dəniz Seki ilk konsertini verib. Konserti üçün 2 libas hazırlayan sənətçinin seçimi bəyənilməyib. Səhnəyə çıxmaq üçün bir ay yarımdır hazırlıqlar görən Dənizin illərdir səhnədən uzaq qalan biri kimi daha şıq libasla tamaşaçıların qarşısına çıxacağı gözlənilirdi. 

İsrail hərəkətə keçdi: “İnqilabların atası”na böyük ŞOK

8 Avqust 2017 14:05

İsrail Rotşildlər ailəsinin üzvü olan milyarder, investor, maliyyəçi, siyasətçi və filantrop Corc Sorosun ölkədəki fondlarını bağlamağa hazırlaşır.  Bu haqda İsrail Xarici İşlər Nazirliyindən bildirilib. “İsrail bütün ölkələrdə yəhudi əleyhdarlığı olan təzahürləri kədərlə qarşılayır. Corc Soros yəhudi dövlətini qaralayan təşkilatları maliyyələşdirərək demokratik yolla seçilən İsrail hökumətlərini sistematik olaraq yıxmağa səy göstərir”, - İsrail xarici siyasət idarəsinin bəyanatında deyilir.

Avropada ZƏHƏRLİ YUMURTA QALMAQALI

8 Avqust 2017 13:58

Bir neçə gündür ki, Avropada zəhərli yumurta qalmaqalı gündəmdədir. Niderland, Belçika və Fransada yerləşən marketlərdə tərkibində Fipronil maddəsi olan zəhərli yumurtalar aşkar olunub. Fransa Kənd Təsərrüfatı Nazirliyi hadisə ilə əlaqədar yoxlamaların başlayacağını bildirib.