Dünya

Çində zəlzələ

9 Avqust 2017 09:38

Çinin Siçuan əyalətində 7 bal gücündə teraltı təkan qeydə alınıb. "Olaylar" "Milliyet" - ə istinadən bildirir ki, zəlzələ nəticəsində həlak olanların sayı 12, xəsarət alanların sayı isə 164 nəfərə çatıb. Qeydə alınan təkanlar yer səthindən 8 km dərinlikdə baş verib. Yeraltı təkanlar nəticəsində bəzi mərkəzi binalarda çatlar yaranıb. 20 mindən çox evə ziyan dəyib.

6 il ailə quracaqları günü gözlədilər: qulaq çöpündən istifadə münasibətlərini bitirdi

8 Avqust 2017 19:46

İstanbulda mühasib Emrullah Ş. hələ 3 aylıq evli olduğu müəllim yoldaşı Hülya S.-nin qulaq çöpüylə qulaq pərdəsini deşdiyini bildirərək boşanma iddiası açıb. Beykoz Ailə Məhkəməsində açılan iddialara görə, Emrullah Ş. (36) ilə Hülya Ş. (26) cütlüyü, 6 illik sevgidən sonra 10 ay əvvəl evləniblər. Ancaq bir müddət sonra cütlük arasında anlaşılmazlıqlar yaşanmağa başlayıb. Hülya S.-nin ona psixoloji olaraq şiddət tətbiq etdiyini deyən Emrullah Ş. "Tez-tez mənə və ailəmə qarşı şifahi və mesaj yazaraq təhqir edirdi. Evdə dinclik qalmadı. Suyu açıq qoyub, məni zərərə saldı. Qulağımı təmizləyərkən qulaq çöpünü itələyib qulağımın içinə soxdu. Qulaq pərdəmi deşdi" deyərək boşanma iddiası açıb.

İnsult olan xəstənin həyatını xilas etməyin ƏN ASAN YOLU

8 Avqust 2017 19:39

Adi iynə insult zamanı xəstənin həyatını xilas edə bilər. Bunu tövsiyə edən Çin həkimləri daim yanınızda iynə gəzdirməyin vacibliyini vurğulayırlar. Bu heyrətamiz və qeyri-ənənəvi üsul insanı insult riskindən qoruyur. 

Doğuşdan sonra qarışdırılan uşaqların ailələrindən böyük fədakarlıq

8 Avqust 2017 19:34

Türkiyədə xəstəxanada qarışdırıldıqdan 4 il sonra bioloji ailələrinə qaytarılan adıyamanlı və trabzonlu uşaq bir yerdə böyüyəcək. Adıyamanlı Səlahəddin və Məryəm D. cütlükləri 2013-ci ildə İstanbuldakı özəl bir xəstəxanada körpə sahibi olublar. Eyni xəstəxanada, eyni gün trabzonlu Yusuf və Səlma K. -nın körpəsi də dünyaya gəlib. İki cütlüyün uşaqları xəstəxanada qarışdırılıb.

Sevgilisinin gözəllik salonuna gələn oğlanı güllələdilər - VİDEO

8 Avqust 2017 19:29

Türkiyənin Konya şəhərində sevgilisinin gözəllik salonuna gələn Veysel A. naməlum bir şəxs  tərəfindən pnevmatik tüfənglə ayağından vurulub.  Veysel A.-nı ayağından vuran şəxs hadisə yerindən qaçıb. Bütün bu anlar isə təhlükəsizlik kamerasına anbaan qeyd edilib.

Yaponiyada qorxunc robot-canavar yaradıldı

8 Avqust 2017 19:23

Yaponiyada vəhşi heyvanları qorxutmaq üçün nəzərdə tutulmuş robot-müqəvva yaradılıb. Canavara oxşayan robotun uzunluğu 65 sm, hündürlüyü 50 sm-dir. Robot tük örtüyünə və iri dişlərə malikdir.

Pentaqondan hərbi bazalara əmr: dronları vurun!

8 Avqust 2017 19:19

Pentaqon ABŞ-ın 130-dan çox hərbi bazasına xüsusi əmr göndərərək təhlükə törədən özəl və kommersiya təyinatlı dronları vurmağa icazə verib.  

Alimlər ayrı-ayrı hüceyrələri tuta bilən biotibbi robot yaradıblar

8 Avqust 2017 19:14

Şimali Karolina Universiteti və Dyuk Universitetində çalışan alimlər qrupu tərəfindən yaradılmış mikroskopik ölçülü biotibbi robot ayrı-ayrı hüceyrələri tutmaq qabiliyyətinə malikdir.

“YouTube”da video paylaşmaq üçün daxili çat istifadəyə verilib

8 Avqust 2017 19:09

“YouTube” video xidmətinin komandası “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün mobil proqramda yeni imkan istifadəyə verib. Yeniləmə nəticəsində istifadəyə verilmiş daxili messencer sayəsində videoçarxları asanlıqla dostlara göndərmək mümkündür.

“Android” tərtibatçıları boş yer çatışmazlığı problemini həll ediblər

8 Avqust 2017 19:04

“Android 8” mobil əməliyyat sisteminin istifadəçiləri qurğunun yaddaşında boş yer olmadıqda belə yeniləməni yükləyə biləcəklər. Bu haqda “Android” sistemi tərtibatçılarının rəsmi saytında dərc edilmiş sənəddə deyilir.

Putin Gürcüstana gəldi

8 Avqust 2017 18:45

Rusiya prezidenti Vladimir Putin Gürcüstandan birtərəfli qaydaya ayrılan separatçı Abxaziyaya işgüzar səfərə gəlib. Məlumata görə, səfər 2008-ci ilin avqustun 8-də başlanan Gürcüstan-Rusiya müharibəsinin 9-cu ildönümünə uyğunlaşdırılıb. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalanacaq.

Gürcüstan bir ildə turizmdən 1 milyard dollardan çox qazandı

8 Avqust 2017 18:20

2017-ci ilin birinci yarısında Gürcüstan xarici turizmdən 1,09 milyard dollar gəlir əldə edib. Gürcüstan Milli Bankının məlumatına görə, cari ilin ikinci rübündə turizm gəlirləri 659 milyon dollar olub. Bu da ötən ilin eyni dövrünün göstəricisindən 28 faiz çoxdur. 2017-ci ilin birinci rübündə isə turizmdən 434,6 milyon dollar gəlir əldə edilib.

Ukraynalı nazir Rusiya vətəndaşlığına malikdir – İDDİA

8 Avqust 2017 18:19

Ukrayna Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin Rusiya vətəndaşlığına malikdir. Bu haqda Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili Feysbuk səhifəsində yazıb.

Çin 6,5 bal gücündə "silkələndi"

8 Avqust 2017 18:05

Çinin mərkəzində yerləşən Sıçuan əyalətində güclü zəlzələ baş verib. Zəlzələnin gücü Rixter cədvəli 6,6 bal təşkil edib. Zəlzələnin episentri Yerin 9 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar nəticəsində itkilərin və dağıntıların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Latviyada niqab qadağan oluna bilər

8 Avqust 2017 17:22

Latviya hökuməti ictimai yerlərdə üzü örtən geyimləri qadağan edən qanun layihəsini təsdiqləyib. Bu qanun layihəsi ölkəyə gələn müsəlman qaçqınların qəbul edilməsindən sonra müzakirəyə çıxarılıb. Parlamentdə təmsil olunan partiyalar bu qanun layihəsini qəbul etdikdən və ölkə prezidenti tərəfindən imzalandıqdan sonra bu qanun qüvvəyə minəcək.