Dünya

Putindən yardım xahişinin ACI NƏTİCƏSİ: ABŞ ölkəni bombardman EDƏCƏK

8 Avqust 2017 13:45

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Filippində İŞİD döyüşçülərinə qarşı hərbi əməliyyat keçirməyi planlaşdırır.  Bu haqda anonim hərbi məmurlara istinadən NBC telekanalı bildirib. Əməliyyatın başlanğıc tarixi bu gün məlum ola bilər. Telekanalın məlumatına görə, əməliyyata Amerika pilotsuz təyyarələri cəlb ediləcək. Ağ Ev Pentaqonun planına razılıq verəcəyi halda İŞİD-in mövqləri pilotsuz təyyarələr tərəfindən bombalanacaq.

8 yaşlı uşağı zorlayan şəxsdən dəhşətə gətirən açıqlama: "Uşağı qaçırmaq daha asandır" - VİDEO

8 Avqust 2017 13:05

İstanbulda 8 yaşlı qız uşağına təcavüz etdiyi üçün vətəndaşlar tərəfindən ölümcül döyülənMehmet Bekmez prokurorluqda yetkin bir qadını qaçırmağın çətin olduğu üçün uşaq qaçırdığını söyləyib.

Sürətli və minimal itki: İki cəbhədə MÜHARİBƏ PLANI

8 Avqust 2017 12:55

“Soyuq müharibə”nin davam etdiyi onilliklər ərzində ABŞ Müdafiə Nazirliyi (Pentaqon) şəxsi hərbi dəniz qüvvələrinin gücləndirilməsini dayandırmayıb. Müxtəlif dövlətlərlə ehtimal edilən müharibələrin ehtimal edilən nəticələrini proqnozlaşdıran Amerika hərbi ekspertləri bildirirlər ki, hətta ABŞ və Rusiya eyni zamanda hücum edərsə, ABŞ qələbə qazanmaq gücündədir.

Milyonların inandığı insandan xoşbəxtlik düsturu

8 Avqust 2017 12:50

Bəzən axtarışında olduğumuz xoşbəxtliyin bir addımlığından yan keçirik. Bəzən də bədbinliyə qapılaraq xoşbəxtliyin əlçatmaz olduğunu düşünürük. Əslində arzuladığımız xoşbəxt həyata qovuşmaq, bir az da dəqiq ifadə etsək, həyatımızı xoşbəxt anlarla zəngin etmək o qədər də əlçatmaz deyil...

İŞİD-ə qoşulmuş 17 yaşlı qız ələ keçdi: "Yalvarıram, mənə toxunmayın!" - VİDEO

8 Avqust 2017 12:47

Ağrılar məni incidir! Yaralıyam! Yalvarıram, mənə toxunmayın! İraqın Mosul şəhərinin cənubunda, darmadağın olmuş evin uçqununda aşkarlanan 16 yaşlı qız ağlayır, aman istəyirdi. İraqlı hərbçilərsə onun qollarından tutaraq sürüyüblər və zirehli maşına tərəf aparıblar. Bu qız 17 yaşlı alman Linda Venseldi. Linda Vensel 15 yaşı olanda Almaniyanın şərqindəki Pulşnits şəhərini, evini tərk edərək Türkiyəyə yollanmış, oradan qaçaqmalçıların köməyi ilə Suriyaya keçmiş, "İraq və Şamda İslam Dövləti" (İŞİD) terror təşkilatına qoşulmuşdu. Lindanı İŞİD-ə sosial şəbəkədə tanış olduğu çeçen terrorçu cəlb etmişdi.

Son dəqiqə: Bodrumda güclü zəlzələ

8 Avqust 2017 12:12

Türkiyədə yenidən zəlzələ baş verib. Türkiyənin əsas turizm zonası Bodrumda daha bir güclü zəlzələ baş verib. Bodrumdakı zəlzələnin episentiri 4.9 bal gücündə olub.

Milyarder Abramoviç boşanır: ilin ən bahalı boşanması olacaq

8 Avqust 2017 12:09

Rusiyalı milyarder, Britaniyada yaşayan Roman Abravomiç xanımı Darya Jukova ilə boşanır. 50 yaşlı R.Abramoviç və 36 yaşlı D.Jukova bununla bağlı birgə bəyanat da yayıblar. "10 illik birgə həyatdan sonra ayrılmağımızla bağlı çətin qərar verdik. Lakin yaxın dostlar, iki gözəl övladın valideynləri, birlikdə başlayaraq inkişaf etdirdiyimiz layihələrdə tərəfdaş olaraq qalacağıq", - bəyanatda deyilir.

Çində torpaq sürüşməsi - Ölənlər və itkin düşənlər var

8 Avqust 2017 12:02

Çinin Qansu əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində 7 nəfər həlak olub. 2 nəfər isə itkin düşmüş hesab edilir. Hadisə ilə əlaqədar bölgədən mindən çox sakin təxliyə edilib. İtkin düşənlərin axtarışları davam edir. Torpaq sürüşməsinə iki gün aramsız yağan yağışlar səbəb olub.

Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!" 

8 Avqust 2017 11:58

ABŞ-ın San-Fransisko şəhərində dünyanın bəlkə də ən qəribə, fantasmaqorik alqı-satqı əməliyyatı gerçəkləşib. Şəhərin ən dəbdəbəli, sakit, zənginlərin yaşadığı səmtdə 38 malikanənin yerləşdiyi küçə satılıb. Özü də "vur-tut" 90 min dollara. Presidio Terras küçəsini 90 min dollara Maykl Çenq və Tina Lam satın alıblar. Ər-arvadın dediklərinə görə, küçənin sahibləridir və bundan sonra Presiodo Terrasada avtomobilini saxlamaq istəyən hər kəs onlara icarə haqqı verməlidir. Küçənin sakinləri milyarderlərdir.

Məşhur cütlük boşandı

8 Avqust 2017 11:47

ABŞ-lı kino ulduzları Kris Pratt ilə Anna Farisin 8 illik ailə həyatları sona çatıb.  Boşanma iddiasını pərəstişkarlarına rəsmi internet saytından xəbər verən Kris Pratt "Uzun müddət sınadıq, həqiqətən, məyus olduq.

Təyyarə avtomobillə toqquşdu - VİDEO

8 Avqust 2017 11:43

Çeçenistanda qəribə yol nəqliyyat hadisəsi baş verib. Şosse yolunda təyyarə ilə avtomobil toqquşub. Hadisə təsadüfən videoya çəkilib. Kadrlardan da göründüyü kimi şosse yolu ilə hərəkət edən kiçik təyyarə avtomobilə arxadan çırpılır.

Qalmaqallı ərin başqa müğənniyə yazdığı eşq mesajları ortaya çıxdı

8 Avqust 2017 11:41

Gülben Ergenin keçmiş həyat yoldaşı Mustafa Erdoğanın müğənni Haticeyə göndərdiyi mesajlar deşifrə olunub.  Mustafa Erdoğan aparıcı Esra Sönmezerdən sonra bu dəfə də müğənni Haticeni hədəf alıb. Erdoğanın Instagram-dan təqib etməyə başladığı Haticeyə may ayından bu yana göndərdiyi mesajlar ortaya çıxıb.

Pentaqonun Filippində İŞİD-lə MÜBARİZƏ PLANI

8 Avqust 2017 11:35

ABŞ Filippinə İŞİD-lə əlaqəli terrorçularla mübarizədə hərbi yardım təklif edib. ABŞ Hərbi Hava Qüvvələri Filippin ərazisində "İslam dövləti" terror təşkilatının yaraqlılarının mövqelərinə hava zərbələri vura biləcək. Bu barədə xəbəri NBC telekanalı yayıb.

Günvurmadan 9 nəfər həyatını itirdi

8 Avqust 2017 11:33

Yaponiyada iyul ayının 31-dən başlayan anomal istilər hələ də davam edir. Kəskin isti hava şəraiti 5,7 min insanın günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilməsinə səbəb olub. 

Cövhər Dudayevin 1995-ci ildə verdiyi proqnoz HƏQİQƏT OLDU

8 Avqust 2017 11:31

Çeçenistan respublikasının birinci prezidenti və ömrü boyu Rusiyaya qarşı mübarizə aparan Cövhər Dudayevin 1995-ci ildə verdiyi müsahibə indi ortaya çıxıb.  Müsahibədə ən maraqlı məqam Dudayevin Rusiyanın Krıma müdaxilə edəcəyi və Ukrayna müharibəsinin başlayacağı haqda proqnozlarıdır.