Dünya
Müharibə zəngi çalınır: ABŞ təhdidə CAVAB VERDİ
Koreya Xalq Demokratik Respublikası (KXDR) BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalarına amansız cavab verəcək. Bu haqda Asiya-Sakit okeanı regionunda sülh üzrə Koreya Komitəsinin bəyanatında deyilir. Bəyanatda BMT Təhlükəsizlik Şurasının qətnaməsi “qanqster hərəkəti” adlandırılıb və bildirilir ki, Pxenyan yeni sanksiyaların qəbulu ilə əlaqədar “fiziki hərəkətlər”ə keçəcək. Qeyd edilir ki, yeni sanksiyalar KXDR-in müstəqilliyini və inkişafını pozur.
ABŞ daha bir ölkəyə girdi - TƏHLÜKƏLİ HƏMLƏ
ABŞ xüsusi təyinatlı dəstələri Livan ordusuna “dəstək” üçün ölkənin şimal-şərqinə yerləşdirilib. Bu haqda ərəbcə yayımlanan “Al-Hurra” telekanalına açıqlamasında ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon bildirib. Pentaqon sözçüsü xüsusi təyinatlıların sayı barədə isə məlumat verməyib.
Sərnişinlərə xəbərdarlıq: "İşıqları söndürün, quldurlar var" - FOTO
İraqda kütləvi məzarlıq aşkarlandı
İraqın Salahaddin əyalətinin Tikrit şəhərində kütləvi məzarlıq aşkarlanıb. “Olaylar” “Milliyet” - ə istinadən bildirir ki, cəsədlərin 2014 – cü ildə İŞİD terror təşkilatı tərəfindən öldürülərək dəfn olunan iraqlılara məxsus olduğu güman edilir. Aşkarlanan 200 orqana isə DNT testi ediləcək. İraq rəsmiləri kütləvi məzarlıqda cəsədlərin sayının artacağını ehtimal edir.
4,4 bal gücündə zəlzələ
Türkiyənin Muğla vilayətində yeraltı təkan qeydə alınıb. "Olaylar" "Milliyet" - ə istinadən bildirir ki, səhər saatlarında Bodrumda 4,4 bal gücündə zəlzələ meydana gəlib. Kandilli Rəsədxanası zəlzələnin episentrini Gökova Körfəzi olaraq təyin edib.
Pakistanda TERROR
Pakistanın Lahor şəhərində dəhşətli partlayış baş verib. Pakistan rəsmilərininməlumatına görə, azı 34 nəfər yaralanıb. "Olaylar" Rus mediasına istinadən bildirir ki, hadisə bazar ertəsi axşam şəhərin qərbində yerləşən İslampura rayonunda baş verib. Partlayış dalğası yaxınlıqdakı avtomobilləri zədələyib, həmçinin binanın damı uçub.
Livana raket zərbələri endirildi
Finlandiyalı qadın Putin haqqında məxfi informasiyalar aldı
Finlandiyanın Oulu şəhərinin sakininin elektron poçtuna səhvən Rusiya prezidentinin səfəri haqqında informasiyalar daxil olub. Polisin daxili istifadəsi üçün nəzərdə tutulmuş informasiyalarda Rusiya prezidentinin Savonlinna aeroportuna gəlməsinin dəqiq vaxtı müzakirə edilib. Yəni, söhbət məxfi informasiyadan gedir.
Noutbuk bazarının aparıcı istehsalçıları müxtəlif strategiyalar tətbiq edirlər
İri noutbuk istehsalçıları kompüter satışlarının həcmini artırmaq üçün müxtəlif strategiyalar tətbiq edirlər. “Lenovo” və “HP Inc.” şirkətləri ucuz aparatlara üstünlük verirlər, halbuki “Apple” ən gəlirli məhsullarını təşviq edir.
4 il ərzində virtual və artırılmış reallıq texnologiyaları bazarının həcmi 215 milyard dollar təşkil edəcək
"IDC” analitik şirkətinin proqnozuna görə, virtual və artırılmış reallıq texnologiyaları bazarı iştirakçılarının mənfəəti yaxın 4 ildə hər il ən azı 2 dəfə yüksələcək. Şirkətin qiymətləndirməsinə görə, hazırda virtual və artırılmış reallıq texnologiyaları ilə bağlı məhsul və xidmətlər bazarının həcmi 11,4 milyard dollar məbləğində qiymətləndirilir. 2021-ci ilə yaranmaqda olan sahənin ümumi mənfəəti 19 dəfə artaraq 215 milyard dollara yaxınlaşacaq.
“YouTube”un mobil proqramında videonun sürətini dəyişdirmək mümkün olacaq
“YouTube”un mobil proqramına videonun sürətini dəyişdirmək imkanı əlavə edilib. Bu seçim masaüstü versiyada 2 il əvvəl reallaşdırılıb. Sözügedən funksiya video çarxın sürətini dəyişdirməyə imkan verir. Bu imkan öyrədici çarxlar, reseptlərə baxış zamanı xüsusilə əlverişlidir.
“Samsung Galaxy Note 9” smartfonunda inqilabi funksiya tətbiq ediləcək
Analitiklər əmindirlər ki, istifadəçilər displeydə istənilən hissənin üzərinə sıxmaqla smartfonu blokdan çıxara biləcəklər. “9To5Mac” nəşri “KGI”yə istinadən məlumat verir ki, Cənubi Koreya istehsalçıları barmaq izləri skanerini gələcək smartfonda OLED texnologiyası ilə hazırlanmış displeyin alt hissəsinə quraşdırmaq niyyətindədirlər.
“Samsung” smartfon üzərindən virtual oyunlar dünyasını yeni səviyyəyə qaldırır
"Game Live" mobil proqramı indi "Play Store" mağazasında əlçatandır. "Game Live" mobil tətbiqi smartfondakı oyunu birbaşa "Facebook", "Twitch" və "Youtube" xidmətlərində yayımlamağa imkan verir. İstifadəçi oyunun yazısını saxlaya və sonra onu sosial şəbəkələrdə paylaşa, həmçinin baş verənləri şərh edə və bilavasitə oyun zamanı başqa iştirakçıları eşidə bilər.
“Sharp” şirkəti çox nazik çərçivəli smartfon təqdim edəcək
Cari ilin avqustunda təqdim ediləcək “Sharp Aquos S2” smartfonu bir sıra özəlliklərə malik olacaq.
Amerikalı həkimlərin tövsiyəsi - GÜNDƏ 4-5 DƏFƏ QUCAQLAŞIN
Çoxları elə düşünür ki, qucaqlaşmaq yalnız daxili hisslərin, mehriban münasibətin, sevgi və istəyin təzahürüdür. Amma hamı üçün xoş olan bu prosesin bilmədiyimiz başqa tərəfləri də var. Alimlərin ciddi və uzun müddətli tədqiqatları sübut edib ki, qucaqlaşmaq bir çox xəstəliklər üçün təbii müalicə vasitəsidir.














