Dünya

Amerikalı həkimlərin tövsiyəsi - GÜNDƏ 4-5 DƏFƏ QUCAQLAŞIN

7 Avqust 2017 19:19

Çoxları elə düşünür ki, qucaqlaşmaq yalnız daxili hisslərin, mehriban münasibətin, sevgi və istəyin təzahürüdür. Amma hamı üçün xoş olan bu prosesin bilmədiyimiz başqa tərəfləri də var. Alimlərin ciddi və uzun müddətli tədqiqatları sübut edib ki, qucaqlaşmaq bir çox xəstəliklər üçün təbii müalicə vasitəsidir.

Ən xəyanətkar cütlüklər bu ölkələrdə yaşayır - SİYAHI

7 Avqust 2017 19:08

Cütlüklərin bir-birini ən çox aldatdığı ölkələrin siyahısı açıqlanıb.  Dr. Felix adlı saytda aparılan araşdırmaya əsasən, bir-birini ən çox aldadan cütlüklərin Skandinaviya ölkələrində olduğu ortaya çıxıb.

10 il əvvəl ölən müğənninin evini soydular

7 Avqust 2017 19:03

10 il əvvəl Bodrumda 28 yaşını qeyd etdikdən sonra avtomobil qəzası keçirən və dünyasını dəyişən müğənni Barış Akarsunun ailəsinin başına iş gəlib.  İfaçının Bodrumda qaldığı və hazırda muzeyinə çevrildiyi evi soyulub. Oğrular müğənninin aksesuarlarını və mükafatalarını ələ keçiriblər. Barışın anası Hatice Akarsu başına gələnləri göz yaşları içində danışıb:  "Çərşənbə günü kəndə getdim.

İranda 27 İŞİD-çi yaxalanıb

7 Avqust 2017 18:56

İran Təhlükəsizlik Nazirliyi prezident Həsən Ruhaninin andiçmə mərasimi öncəsi İŞİD terror təşkilatına bağlı qruplaşmanın zərərsizləşdirildiyini açıqlayıb. Qrup üzvləri İranın bir sıra şəhərləri və dini mərkəzlərində terror hadisələri törətmək niyyətində olub. Yaxalanan terrorçulardan külli miqdarda silah-sursat tapılıb. Əməliyyat region ölkələrinin birinin təhlükəsizlik xidməti ilə əməkdaşlıq və məlumat mübadiləsi çərçivəsində gerçəkləşib.

İtaliyanın şimalında kəskin hava şəraiti - 4 ölü

7 Avqust 2017 18:37

İtaliyanın şimalında bir neçə gün davam edən dəhşətli istilər yerini güclü külək və yağıntılara verib. 4 nəfər kəskin hava şəraitinin qurbanı olub. İki nəfər güclü küləyin qopardığı ağacların altında qalaraq həyatını itirib, bir nəfər isə şimşək vurması nəticəsində həlak olub.

Gürcüstanda 54 Azərbaycan vətəndaşı həbs cəzası çəkir

7 Avqust 2017 18:15

Hazırda 54 Azərbaycan vətəndaşı Gürcüstanda həbs cəzası çəkir. Onlardan 18 nəfər müttəhim, 36 nəfər isə məhkumdur. Müttəhim Azərbaycan vətəndaşlarının 17-si kişi, biri qadın, məhkumlar arasında isə 34-ü kişi, ikisi qadındır. Gürcüstanın cəzaçəkmə müəssisələrində ümumilikdə 365 xarici ölkə vətəndaşı cəza çəkir.

Baş nazirin müavini: Türkiyə "Avroviziya-2018" mahnı müsabiqəsinə qatılmayacaq

7 Avqust 2017 17:31

Türkiyə 2018-ci ilin Avroviziya mahnı müsabiqəsində iştirak etməyəcək. Bunu Türkiyə mətbuatına açıqlamasında ölkənin baş nazir müavini Bəkir Bozdağ deyib. O, Türkiyənin hansı səbəbdən bu müsabiqədə iştirak etməyəcəyini açıqlamayıb.

Hamilə aktrisanı əri döydü - Bətnindəki uşaq düşdü

7 Avqust 2017 17:00

"Savaşçı" serialında rol alan Zeynep Elçini həyat yoldaşı təhdid edib. Bundan sonra, gözəl aktrisanın boşanma iddiası açdığı ortaya çıxıb. Çağlayan Ədalət Məhkəməsində açılan iddiaya görə, Zeynep Elçin 4 il əvvəl tanış olduğu Hüseyn Y. ilə 2014-cü ildə evlənib. Yoldaşının istəyi ilə İzmirə köçən Zeynep Elçin, aktrisalığa ara verib.

Türkiyədə valilik binasında yanğın: yaralılar var

7 Avqust 2017 16:58

Türkiyənin şərqindəki İğdır vilayətində valilik binasında yanğın baş verib. Yanğın nəticəsində dəm qazından 8 nəfər xəsarət alıb. Yanğının qarşısının alınması barədə məlumat verilib. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Rusiya dollara müharibə ELAN ETDİ

7 Avqust 2017 16:36

Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab olaraq öz iqtisadiyyatının dollardan asılılığını azaldacaq. Bu haqda Rusiya KİV-inə müsahibəsində ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. O əlavə edib ki, buna zərurət var.

"Məni itələyərək ağaclıq sahəyə apardı. Üzərimə uzandı..." - Turisti zorlamaq istədilər - VİDEO

7 Avqust 2017 16:30

Türkiyənin Konya şəhərində selfi çəkdirmək bəhanəsiylə çinli turistə təcavüz edib, çantasını oğurlamağa çalışan 17 yaşlı A.D. polis tərəfindən tutulub. 17 yaşlı A.D. qadının telefonundakı fotolarla müəyyən edilərək tutulub. Hadisə 2 gün əvvəl axşam saat 6 radələrində baş verib. İddiaya görə, Çin vətəndaşı olan 53 yaşlı Hu Yinq Hui Mədəniyyət Mərkəzi ətrafında gəzişdiyi zaman yanına tanımadığı bir adam gələrək onunla selfi çəkdirmək istədiyini söyləyib. Çinli turist və yanına gələn adam mobil telefonları ilə bir neçə dəfə selfi çəkdiriblər.

17 yaşlı qızın ölümü 6 nəfərin yaşamağına səbəb oldu

7 Avqust 2017 16:28

Türkiyənin Hatay vilayətində evlərinin eyvanından yıxıldıqdan sonra ölən 17 yaşlı Kübra Nur Coşkunun bağışlanan orqanları 6 xəstəni həyata qaytarıb.  Həkim olmaq xəyalları quran Kübra Nur Coşkun bunu bacarmasa da 6 xəstənin sağlamlığına qovuşmasında səbəbkar olub. 28 iyul günü ailəsiylə birlikdə yaşadığı evlərinin eyvanından yıxılaraq ağır yaralanan 17 yaşlı Kübra Nur Coşkun xəstəxanaya çatdırılıb.

9 yaşındakı uşaq iş üçün  NASA - ya  müraciəti etdi

7 Avqust 2017 16:22

ABŞ-ın Nyu – Cersi ştatında yaşayan 9 yaşındakı Jack Davis NASA-nın "planet qoruma məmuru" bölməsinə iş elanı ilə  müraciət edib. “Olaylar” “Milliyet" - ə istinadən bildirir ki, NASA-nın internet saytında nümayiş olunan Davisin "Sevgili NASA" deyə başlıqlı məktubu belədi: "Adım Jack Davis və planet qoruma məmurluğu mövqesinə müraciət edərək, iş istəyirəm. 9 yaşında ola bilərəm amma bu iş üçün uyğun olduğumu düşünürəm. Bunun səbəblərindən biri bacımın mənə 'yadplanetli' deyə səslənməsidi."

Çində 190 minə yaxın adam təxliyə olunub

7 Avqust 2017 16:13

Çinin şimal-şərqindəki Lyaonin əyalətində aramsız yağan yağışlar nəticəsində daşqın baş verib. Daşqınlarla əlaqədar 190 minə yaxın adam yaşayış yerlərindən təxliyə olunub. Ümumilikdə təbiət hadisəsi 570 min sakinə təsir göstərib. Minə yaxın ev və 66 min hektardan çox əkin sahəsi ziyan görüb. Avtomobil yollarının su altında qalması və telefon xətlərinin sıradan çıxması nəticəsində bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib.