Dünya

Ukraynada iki deputat öldürüldü

28 Avqust 2017 17:06

Ukraynanın şərqində yaradılan “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı rejimin “Xalq Şurası”nın deputatı öldürülüb. Bu haqda “LXR”in “baş prokurorun müavini” Qriqori Sevenko brifinqdə bildirib. Onun sözlərinə görə, rezonans doğuran qətllər avqustun 26-dan 27-də keçən gecə Kamenobrodsk rayonunda törədilib. Hadisənin təfərrüatları açıqlanmır. 

Bazarda PARTLAYIŞ

28 Avqust 2017 16:53

İraqın paytaxtı Bağda şəhərində yerləşən bazarların birində terror hadisəsi baş verib. “Olaylar” bildirir ki, Bağdadın şərqində yerləşən Cəmilə bazarında partlayıçı qurğu olan avtomobil partladılıb. İlkin məlumata xəbər terror hadisəsi zamanı 9 nəfər həlak olub, 25 nəfər yaralanıb. Həlak olanların sayının artacağı gözlənilir.

Sifariş olunmuş məzar, 4 milyon pul, 13 güllə - Qətlin təfərrüatı 

28 Avqust 2017 16:31

Aparıcı-aktyor Vatan Şaşmazı qaldığı otel otağında güllələyərək qətlə yetirən keçmiş model Filiz Aker haqda maraqlı məlumatlar ortaya çıxıb.  Modelin bacısı qızı Dora Ercan xalasının hələ 2 ay əvvəl özünə məzar qazdırdığını deyib:  "Ailə qəbiristanlığı hazırlatmışdı. Vatan çox sevdiyim dostum idi. Bir ara xalam yuxusuzluq əleyhinə dərman istifadə edirdi. Amerikada evi var idi. Həmin evi satıb Türkiyəyə gəlib. Xalam qəribə insan idi. Bütün var-yoxunu əlindən çıxarmışdı. Bir il idi ki, qaldığı otelin pulunu necə verirmiş bilmirəm. Məni otelə özü çağırdı. "Bir paket var onu verəcəyəm, anana apar" dedi. Bir qədər söhbətdən sonra "indi gəlirəm" deyib otağa çıxdı".

Ramzan Kadırov ikinci arvad almağa icazə verdi

28 Avqust 2017 16:26

Ramzan Kadırov terrorla yeni mübarizə üsulu tapıb. Çeçenistan prezidenti Ramzan Kadırov ölkədəki bir çox problemlərin boşanmış ailələrdən qaynaqlandığını əsas gətirərək boşanmış ər və arvadları birləşdirməyə başlayıb. Belə ki, iyun ayında Groznıdaki çıxışında ” boşanmış və ayrı yaşayan ailələrin uşaqları sonda ya quldur, ya da terrorist olur. Bunun qarşısını ailələri birləşdirməklə ala bilərik” demişdi.

750 rusiyalı turist Türkiyədə “girov” vəziyyətində qalıb

28 Avqust 2017 16:13

Bu gündən etibarən Türkiyənin Antalya kurortlarında “girov” vəziyyətində qalmış 754 rusiyalı turistin xüsusi təyyarələrlə vətənlərinə daşınmasına başlanacaq. Müflisləşdiyini və müəyyən həcmdən artıq sığorta haqlarını ödəmək iqtidarında olmadığını bildirmiş “Ted Travel” turoperatorunun müştəriləri Türkiyədə çıxılmaz vəziyyətdə qalıb. Onlar qiymətini Rusiyada ödədikləri xidmətləri ala bilmir.

“Vor zakon” saxta Azərbaycan pasportu ilə sərhəddə tutuldu

28 Avqust 2017 16:10

Rusiya ilə Gürcüstan arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsini saxta sənədlərlə keçmək istəyən gürcü "qanuni oğru” tutulub. Virtualaz.org xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsindən verilən məlumata görə, o, gürcü kriminal aləminin tanınmış liderlərindən biridir.

Türkiyədə son bir həftədə 1094 antiterror əməliyyatı keçirilib

28 Avqust 2017 16:07

Türkiyədə son bir həftə ərzində terror təşkilatları ilə mübarizə çərçivəsində təhlükəsizlik qüvvələri tərəfindən 1094 əməliyyat təşkil olunub. Əməliyyatlarda 34 terrorçu məhv edilib.

84 xəstəni öldürdü

28 Avqust 2017 16:02

Almaniyanın Delmenhorst və Oldenburg şəhərlərində 2015-ci ildə 6 nəfəri  öldürməkdə ittiham olunan və ömürlek həbsə məhkum edilən  Niels Högelin daha 84 xəstən öldürdüyü məlum olub. “Olaylar” bildirir ki, 40 yaşındakı Högel məhkəmədə verdiyi ifadədə reanimasiyada yatan xəstələrə ürək böhranına yol aça biləcək bir dərman enjekte etdiyini və sonra da xəstələri qurtarma çalışaraq yoldaşlarının yanında qəhrəman kimi görünməyə çalışdığını açıqlayıb. Hadisə İkinci Dünya müharibəsi sonundan bu yana ölkədə yaşanan ən böyük cinayət hesab olunur.

İslam Kərimovun qızı vəzifəsindən imtina edir

28 Avqust 2017 15:55

Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Lola Kərimova-Tillayeva yaxın vaxtlarda ölkəsinin YUNESKO yanındakı daimi nümayəndəsi postundan imtina edəcəyi ilə bağlı açıqlama verib.

Ərəblərin biznesə çevirdiyi dəvə sidiyi haqqında ŞOK FAKTLAR

28 Avqust 2017 15:51

“Pharmacy and est defence” adlı tibbi jurnalda çıxan məqaləyə görə, dəvə sidiyi xərçəng xəstəliyini müalicə edir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, dəvə sidiyi bir çox cəhətdən faydalıdır. Lakin hər dəvənin sidiyi faydalı deyil. Faydalı sidiyi əldə etmək üçün onu xüsusi şəraitdə yetişdirirlər. Bunun üçün Yəmən və Səudiyyə Ərəbistanda bitən otları yeyərək qidalanan dəvələrin sidiyini istifadə etmək lazımdır.

Avtobusu Qara dənizə aşırıb 19 fəhləni öldürən erməni həbs edildi

28 Avqust 2017 15:36

Rusiyanın Krasnodar vilayətində Krımı Rusiyaya birləşdirən körpünün tikintisini aparan fəhlələri daşıyan avtobusun Qara dənizə düşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb. Yaralılardan biri xəstəxanada keçinib. Hazırda xəstəxanalarda 19 nəfər yaralı var.

Türkiyəli Mehtərlər Rus xalq mahnısını ifa etdilər

28 Avqust 2017 15:20

Rusiyanın paytaxtı Moskvada keçirilən "Spasskaya Tower” adlı  hərbi musiqi festivalı keçirilib. “Olaylar” bildirir ki, Terkiyəni festivalda təmsil edən Mehtər qrupunun nümayiş yüksək qarşılanıb. Türk Silahlı Qüvvələrinin Mehtər Birliyinin nümayişi Moskvanın tarixi Qırmızı Meydanında olub. Mehtərlərinn geyimi, ifaları və Rus xalq mahnısı “Katyuşa” – nın səsləndirməli rusiyalı tamaşaçıların təəcübünə səbəb olub.

ABŞ-da qasırğa bəlası: enerji qıtlığı, 40 milyard dollarlıq ziyan...

28 Avqust 2017 15:19

ABŞ-ın şərq sahillərini, xüsusilə də Texas ştatını vurmuş "Harvi" qasırğası çox böyük və geniş miqyaslı itkilərə, fəsadlara səbəb olub.  ABŞ-ın ən böyük ştatı olan Texasın əhalisinin 1/4 hissəsi və ya 7 milyon insan "Harvi"dən ziyan çəkib. Leysan yağışları davam edir. Meteroloqların son bəyanatlarına görə, Texas ştatının mərkəzi şəhəri Hyustonda və həndəvərlərində rekord miqdarda yağıntı (130) düşə bilər. Polislər və xilasedicilər təhlükəsiz yerlərdə olan insanlardan su basmış küçələrə çıxmamağı rica edirlər. Alimlərin fikrincə, "Harvi"nin gücünü və yağıntıların miqdarını artıran əsas məqam qlobal iqlim dəyişiklikləridir. "Harvi" qasırğasında küləyin maksimal sürəti 215 km/saat olub. 310 min insan elektrikdən məhrum qalıb. Minlərlə ev dağılıb, 3 insan həlak olub.

Başqırdıstanın paytaxtında avtomobildə bomba partlayıb

28 Avqust 2017 15:15

Başqırdıstanın paytaxtı Ufada park edilmiş avtomobildə bomba partlayıb. Ticarət mərkəzinin yaxınlığında baş verən hadisə zamanı avtomobildə olan şəxs çoxsaylı xəsarət alıb. İstintaq bunu şəxsi və ya məişət zəminində baş verən sui-qəsd kimi qiymətləndirib.

Türkiyədə paxlava qızıl qiymətinə yüksəldi

28 Avqust 2017 15:08

Qaziantep mətbəxinin ən məşhur şirniyyatlarından olan "Antep paxlavası"nın qiyməti 15 faiz bahalaşıb.  Buna səbəb Antep fıstıqlarının qiymətinin artması olub.  Fıstıqlı paxlavanın kilosu 70 lirəyə yüksəlib. Qeyd edək ki, ötən il fıstığın kiloqramı 45-55 lirə, paxlava 60 lirə təşkil edirdi. Hazırda isə Türkiyədə fıstığın kiloqramı 120 lirədir.