Dünya
“Onları öldürə bilərsiniz!” - Prezidentdən növbəti ƏMR
Filipinlər prezidenti Rodriqo Duterte narkoticarətlə mübarizə üzrə kampaniya çərçivəsində polis əməkdaşlarına “gicləri” öldürməyə icazə verib. “Sizin xidməti borcunuz tələb edir ki, həbs vaxtı müqavimət göstərən insanların öhdəsindən gələsiniz. Siz müqavimət göstərən gicləri öldürə bilərsiniz, bu mənim əmrimdir”, - Duterte bildirib.
Fahişəliklə məşğul olan polis saxlanıldı
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) fahişəliklə məşğul olmaqda şübhəli bilinən əməkdaşı saxlanılıb. 1985-ci il təvəllüdlü qadın polis bölməsinə gətirilib.
Səfirdən etiraf: "İndoneziyaya İslam dinini azərbaycanlı aparıb"
İslam dini İndoneziyada azərbaycanlının sayəsində yayılıb. Bunu avqust ayında Bakıda keçirilən brifinqdə İndoneziyanın səfiri bildirib. Səfir bildirib ki, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir.
Tibb işçisi 80-dən çox xəstəni öldürüb
Almaniyada tibb işçisi (tibb qardaşı) 80-dən artıq insanın ölümündə şübhəli bilinir. Bundan əvvəl tibb işçisi Nils Heyqel iki xəstənin öldürülməsi ittihamı ilə mühakimə edilib və 2015-ci ilin fevralında ömürlük azadlıqdan məhrum edilib. N.Heyqel bəyan edib ki, Delmenhorst və Oldenburq şəhərlərində yerləşən xəstəxanalarda reanimasiya şöbələrində 90-a qədər xəstəni dozadan xeyli artıq dərman verərək öldürüb.
Azərbaycanlı həkimin Türkiyədə “Doberman” xobbisi biznesə çevrildi
Samsunda həkimlik edən azərbaycanlı Elgün Dadaşov xobbi olaraq yetişdirdiyi “doberman” cins itlərini xarici ölkələrə satır. Türkiyə mediasının əldə etdiyi məlumata görə, “Ondokuz Mayıs Universitesi” Tibb fakultəsinin məzunun olan 32 yaşlı azərbaycanlı Dr. Elgün Dadaşov universiteti bitirdikdən sonra Samsunda yaşamağa başlayıb. Özəl xəstəxanalardan birində həkimlik etdikdən sonra şəxsi yerini açan Dadaşov artıq 16 ildir ki, Türkiyədə yaşayır. 6 ildir xobbi olaraq “doberman” yetişdirməyə başlayan Dadaşov cins itlərin balalarını 4 min 500, 5 min lirə arasında xarici ölkələrə satır. 7 damazlıq iti və balaları olan Dadaşov itlərini keçi südü ilə bəsləyir.
Çin və Hindistan 2 aydır davam edən sərhəd münaqişəsinə son qoydular
Çin və Hindistan 2 aydır Doklam vadisi ilə bağlı yaranmış münaqişəni dayandırmaq qərarına gəliblər. Bu barədə Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilir ki, tərəflər sərhəd xətlərində yerləşdirilmiş qoşunların sürətlə uzaqlaşdırılması barədə razılığı gəliblər.
Ermənistanda kimya zavodu yanır
Ermənistanın paytaxtı Yerevanda “Nairit” kimya zavodunda yanğın başlayıb. Məlumatına görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğının söndürülməsi davam edir. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Türkiyədə TERROR
Türkiyənin Şırnak vilayəti növbəti dəfə PKK terrorçularının hücumuna məzruz qalıb. “Olaylar” bildirir ki, Uludərə mahalında yol tikintisində çalışan işçilərə silahlı hücuma məruz qalıblar. Terror hadisəsi zamanı 3 işçi həlak olub. Terrorçuları yaxalamaq üçün bölgədə əməliyyat başladılıb.
Vatan Şaşmaz ölümündən bir neçə dəqiqə əvvəl - Oteldən video
Türkiyənin məşhur aparıcı-aktyoru Vatan Şaşmazın hadisə baş verən otelə girən zaman lentə alınan görüntüləri yayılıb. Yayılan videoda aktyorun otel və otağa girişi yer alıb.
Dağıstanda polisə hücum: 3 ölü
Dağıstanın Kaspiysk şəhərində polis naryadına hücum olub. Polis əməkdaşlarına hücum zamanı 1 polis nəfəri öldürülüb. Hücum edənlərdən 2-si də cavab atəşi ilə məhv edilib.
Ölkə AYAĞA QALXDI: Qardaşı qızı ilə öpüşən şəxs EDAM OLUNSUN!
Bodrumda yaxtada qardaşı qızı ilə öpüşərək ölkə gündəmini zəbt edən aparıcı Murat Başoğlunu bağışlamayacaqlar. Xalq qardaşı qızı ilə öpüşən aparıcının edamını istəyir.
FHN-nin Gürcüstanda olan yanğınsöndürmə-xilasetmə dəstəsi Azərbaycana qayıtdı
Gürcüstanda Borjomi-Xarqulsk qoruğunda baş vermiş yanğınların söndürülməsində iştirak etmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsi hadisə yerini tərk edərək, Vətənə qayıdıb.
Atışmada ağır yaralanan tanınmış "qanuni oğru"dan yeni xəbər
Abxaziyada atıışma nəticəsində ağır yaralanan "Rəşad Gəncinski" ləqəbli tanınmış "qanuni oğru"Rəşad İsmayılovla bağlı yeni xəbər var. "Rəşad Gəncinski" Udauti şəhərindən Suxumiyə gətirilib.
Xoşqədəm: "Heç bir kişiyə belə ölüm arzulamıram"
Aparıcı Xoşqədəm Hidayətqızı ötən gün sevgilisi tərəfindən güllələnərək ölən Vatan Şaşmazdan yazıb. Aparıcı bildirib ki, mərhumla ötən il tanış olublar və dostluq münasibətləri olub: "Dünən ölüm xəbərini aldıq və çox pis olduq. Onunla tanışlığımız Antalyada 15 iyul mitinqində olmuşdu. Bizi Doğuş tanış etmişdi. Gülərüz, zarafatçıl biri idi. Həyat yoldaşı Yaseminə çox pis oldum, sevdiyi insanı itirdi. Bir qadın üçün həyat yoldaşının və sevdiyi şəxsin otel otağında sevgilisi tərəfindən öldürülməsi xəbərini almaq nə qədər ağırdır...
ABŞ-ın viza vermədiyi iranlı nazir Türkiyədə öldü
İranın keçmiş xarici işlər naziri İbrahim Yezdi Türkiyənin İzmir şəhərindəki xəstəxanada vəfat edib. 1979-cu ildə İslam İnqilabından sonra İranın ilk xarici işlər naziri olan Yezdi son illər mədəaltı vəz xərçəngindən əziyyət çəkirdi.














