Dünya

Ququş Azərbaycana gələ bilməməsinin səbəbini izah etdi

28 Avqust 2017 12:48

Azərbaycanın əfsanəvi müğənnilərindən biri, İslam inqilabından sonra İranı tərk etmiş pop-ulduz Ququş (Faiqə Atəşin) Bakıya baş çəkmək və Azərbaycanın paytaxtında böyük konsertlə çıxış etmək arzusunda olduğunu bildirib. 

TERROR – 13 nəfər həlak  oldu

28 Avqust 2017 12:43

Əfqanıstanın cənubunda yerləşən Helmand vilayətində terror hadisəsi qeydə alınıb. “Olaylar” Anadolu agentliyinə istinadən bildirir ki, canlı bomba təhlükəsizlik qüvvələrini və silahları daşıyan avtomobilə yaxınlaşaraq özünü partladıb.  Partlayış zamanı 13 nəfər həlak olub, 19 nəfər ağır yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım qüvvələri cəlb olunub.

Nazdan qol vuran Ndlovuya cavab: "Get güzgüdə özünə bax"

28 Avqust 2017 12:23

Türkiyədəki evlilik verilişinə qatıldıqdan sonra fotoları və replikaları ilə gündəm olan azərbaycanlı gəlin namizəd Naz Mila ( Müşginaz) "Kopenhagen" - "Qarabağ" qarşılaşması ilə bağlı vəd vermişdi. O bildirmişdi ki, "Qarabağ" qalib gələrsə, qol vuran futbolçunu Türkiyəyə dəvət edəcək.

İngiltərəni duman bürüdü: 133 nəfər zəhərləndi

28 Avqust 2017 12:05

İngiltərənin cənub sahillərində yerləşən Eastburn bölgəsi qaz buludunun altında qalıb. Bölgədə 100-dən çox insan qusma, nəfəs çatışmazlığı və göz yanması kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. Şərqi Sussex bölgəsində ortaya çıxan qaz buludunun kimyəvi sızmadan yarandığı ehtimal edilir. Sussex polisi kimyəvi buludun qaynağının hələ də tapılmadığını açıqlayıb.

"Aşkı memnu"nun məşhur aktrisasından ÜZÜCÜ XƏBƏR: Ağır xəstəliyə tutuldu 

28 Avqust 2017 11:56

Məşhur serial "Aşkı memnu"dan tanıdığımız gənc aktrisa Hazal Kaya xəstəlikdən əziyyət çəkir. Tanınmış aktrisanın xəstəliyi getdikcə ağırlaşır. Diabetdən əziyyət çəkən gənc aktrisa xəstəliyinə görə müalicə alır. Çəkisi artan Hazal Kaya eyni zamanda idmana başlayıb. Aldığı çəkiyə görə ətrafdakıların onu qınaması Hazalın əsəblərini tarıma çəkib.

Nazirlik açıqladı – 34 terrorçu zərərsizləşdirildi

28 Avqust 2017 11:48

Türkiyə Daxili İşlər Nazirliyi bir həftə ərzində terrorçulara qarşı keçirilən əməliyyatın nəticələrini açıqlayıb. “Olaylar” bildirir ki, həyata keçirilən əməliyyatlar zamanı  24 terrorçu məhv edilib, 10 terrorçu isə təhlükəsizlik qüvvələrinə təslim olub.

Turizm bölgəsində təhlükəsizlik əməliyyatı

28 Avqust 2017 11:47

Türkiyənin Muğla vilayətinin Bodrum bölgəsində təhlükəsizlik qüvvələrinin iştirakı ilə əməliyyat həyta keçirilib. “Olaylar” bildirir ki, 250 polisin iştirakı ilə gecə klublarında təşkil olunan əməliyyatın məqsədi Türkiyənin turizim bölgəsində təhlükəsizliyi təmin etmək olub.

Teatrın səhnəsinə çıxdı, tamaşaçıları atəşə tutdu

28 Avqust 2017 11:41

CAR-ın paytaxtı Yohannesburqda bir nəfər teatrın səhnəsindən tamaşaçılara atəş açıb. İnsident "Hillbrow Theatre" səhnəsində musiqi qrupunun çıxışı zamanı baş verib.

Silah anbarındakı partlayış nəticəsində 3 ev qəzalı vəziyyətə düşüb

28 Avqust 2017 11:38

Avqustun 27-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində Xızı rayonunda 3  yaşayış evi qəzalı vəziyyətə düşüb. Yaşayış evlərindən 2-si Giləzi, 1-i isə Şuraabad kəndində yerləşir. 

İranda zəlzələ

28 Avqust 2017 11:24

Torpaqlar azad edilməsə... - Rusiyaya qarşı ABŞ-ın MƏHVEDİCİ PLANI

28 Avqust 2017 11:17

“Rusiya Donbasda vəziyyəti dondurmaq istəyir. Ancaq bunun Moskva üçün ciddi beynəlxalq nəticələri olacaq”. Bunu Ukrayna üzrə ABŞ-ın xüsusi nümayəndəsi Kurt Volker deyib. Amerikalı diplomat güman edir ki, Rusiya Ukraynanın şərqindəki münaqişənin dondurulmasında maraqlıdır. “Bu halda Rusiya Federasiyası tam təcrid vəziyyətində olacaq. Ölkə diplomatik və iqtisadi münasibətlər sistemindən atıla bilər”, - Volker bildirib. O həmçinin qeyd edib ki, Ukrayna problemi Rusiya və ABŞ arasında konstruktiv dialoqun qurulmasına mane olur. Volkerin fikrincə, Ukrayna problemi həll edilmədiyi müddətdə Rusiya-Amerika münasibətləri normallaşmayacaq.

Məşhur rejissor vəfat etdi

28 Avqust 2017 10:40

Qorxulu filmlərin əfsanəvi rejissoru Tobe Hooper Los Ancelesdəki evində 74 yaşında vəfat edib.  Rejissorun ölüm səbəbi açıqlanmayıb. “Olaylar” bildirir ki, Hooper “Texas qətliamları” filmi ilə məşhurlaşıb. Ssenarist, prodüser və rejissor kimi tanınan Hooper 1943-cü ildə Texas ştatının Ostin şəhərində anadan olmuşdu. 1960-cı illərdə kariyerasına operator kimi başlayıb.

"Arvadıyla boşanmasa onu öldürəcəyəm"- Məşhur aparıcının ölümünün təfərrüatlar

28 Avqust 2017 10:18

Sevgilisi tərəfindən otellərin birində güllələnən məşhur aparıcı Vatan Şaşmazın ölümünün təfərüatları ortaya çıxıb.  Hadisəni törədən model Filiz Aker 10 ildir aparıcıdan əl çəkmirmiş. Belə ki, Aker Vatan Şaşmazla 2009-cu ildə qısa bir müddət bərabər olub. Aralarında anlaşa  bilməkidləri üçün ayrılıblar. Lakin Model Vatan Şaşmazdan əl çəkməyib. Davamlı zəng edərək onu sevdiyini və evlənmək istədiyini bildirib. Model hisslərinə cavab almadığı üçün davamlı intihar edəcəyini bildirib. Hətta 2011-ci ildə dərman içərək intihara cəhd edib.