İranda zəlzələ

İranın şimal-qərbində bu gecə baş verən 4,9 bal gücündə zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb. 

Bu barədə   İRNA agentliyi  xəbər verir.
Tehran Universitetinin Geofizika İnstitutunun məlumatına görə, zəlzələ yerli vaxtla saat 03.44-də Şərqi Azərbaycan vilayətində, vilayət mərkəzi Təbrizdən təqribən 100 km aralıda baş verib.

Vilayətin Antiböhran İdarəetmə Mərkəzinin direktoru Xəlil Saeinin sözlərinə görə, zəlzələ nəticəsində bir çox bina dağılıb. Hadisə yerində xilasetmə qrupları çalışır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31