Dünya
“Gartner”: “2017-ci ildə elektron aksessuarların satış həcmi 17 faiz artacaq”
"Gartner" analitik şirkəti 2017-ci ilin sonunadək dünyada 310,4 milyon "ağıllı" saat və digər elektron aksessuarların satılacağını proqnozlaşdırır. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 16,7 faiz çoxdur. Pul ifadəsində satış həcminin 30,5 milyard dollaradək artacağı gözlənilir ki, bunun da 9,3 milyard dolları "ağıllı" saatların payına düşəcək.
Pilotsuz təyyarələr anbarlarda məhsul ehtiyatlarını izləyəcək
Pilotsuz uçan aparatlar daha bir işdə insanları əvəz edəcək və milyardlarla dollara qənaət etməyə imkan verəcəklər. Müasir paylayıcı anbarlarda ehtiyatların izlənilməsi, hətta uğur qazanmış müəssisələr üçün böyük problemdir. Anbarlarda itirilmiş məhsul riteylerlər üçün böyük pul deməkdir, buna görə ehtiyatların izlənilməsini sadələşdirən texnologiyalar çox gərəkli ola bilər. Massaçusets Texnologiya İnstitutu (MTİ) tərəfindən hazırlanmış yeni sistem avadanlığın monitorinqi üçün RFID-dən istifadə edən pilotsuz təyyarələrin köməyindən istifadəni nəzərdə tutur.
Yeni mobil əlavə çəpgözlüyün müalicəsinə kömək edəcək
Rusiya alimləri çəpgözlüyün müalicəsinə kömək edəcək mobil proqram yaradıblar. Əsasını məşhur proqramın təşkil etdiyi yeni əlavə “İ-Lab” adlanır. Məlumata görə, qurğuda xüsusi lazer dəzgahının yonduğu gələcək linzalar üçün dəliklər quraşdırılıb. Karkasın ucuz materialdan - fanerdən ibarət olması hazırlanmanı asanlaşdırmağa və onu qənaətli etməyə imkan verir.
İndi “Skype” servisində kod yazmaq olar
“Microsoft” şirkəti “Skype” xidmətinə kod yazmaq imkanını əlavə edib ki, bu da müxtəlif texniki müsahibələr, müzakirələr və ya texniki dəstək üçün faydalı olacaq. Kod redaktoru yalnız “Skype” servisinin masaüstü versiyasında əlçatandır və yalnız “Microsoft Edge” və ya “Google Chrome” (32 bitlik versiyadan başlayaraq) brauzerlərində işə salına bilər.
Şəhərdə aslana bənzəyən köpək peyda olub
Çində nəhəng itini üçtəkərli motosikletə mindirib yola çıxan adam hər kəsin diqqətini çəkib.
"Ərə getməkdən qorxmuram"
Müğənni Hadisə evliliklə bağlı fikirlərini bölüşüb. Bodrumda səhnəyə çıxan ifaçı əvvəlcə jurnalistlərlə söhbət edib: "Hazırda ərə getmək planım yoxdur, amma o da bir gün olacaq. İşimə aşiqəm.
Günəş enerjisi ilə çalışan işıqforlar quraşdırılıb
Moskvada ilk dəfə yeni nəsil işıqforlardan istifadə edilib. İşıqforlar elektrik şəbəkəsindən asılı olmayaraq işləyəcək. Akkumlyatorlar günəş enerjisi ilə dolacaq və hətta qış fəslində qarlı-yağışlı havalarda belə batareyanı doldurmaq mümkün olacaq. Moskvanın Yol Hərəkəti Təşkili Mərkəzinin rəhbəri Vadim Yuriyevin sözlərinə görə, yeni nəsil işıqforlar elektrik şəbəkələrinin az olduğu ərazilərdə quraşdırılacaq.
Türkiyədə qeyri-adi yarışma
İstanbulda Sultanqazi bələdiyyəsi tərəfindən növbəti dəfə “Ən böyük və ən gözəl iribuynuzlu Qurbanlıq heyvanların gözəllik yarışması” təşkil edilib. Anadolu informasiya agentliyi xəbər verir ki, Sultanqazi Qurbanlıq Satış Mərkəzində keçirilən yarışmada 17 iribuynuzlu qurbanlıq heyvan münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Avtomobil almaq istəyən şəxsin ödəmə üsulu hər kəsi heyrətə saldı
Çinin Şinyanq əyalətində qəribə hadisə baş verib. 110 000 dollar qiyməti olan avtomobili almaq istəyən Qann adlı şəxs avtomobilin ödəməsini qəribə üsulla edib.
Putin Avropa İttifaqına səfər edib
Rusiya prezidenti Vladimir Putin Macarıstanın paytaxtı Budapeştə gəlib. Putin Macarıstanın baş naziri Viktor Orbanla görüşəcək və cüdo üzrə dünya çempionatının açılışına qatılacaq. Tərəflər mayın sonlarında Macarıstanda “Pakş” AES-nin açılışına qatılmışdılar.
Tramp Luiziana ştatında fövqəladə vəziyyət elan etdi
ABŞ prezidenti Donald Tramp "Harvi" qasırğası ilə əlaqədar Luiziana ştatında fövqəladə vəziyyət elan edib. Bu barədə Ağ Ev rəsmiləri məlumat verib. "Harvi" qasırğası həftə sonu Meksika körfəzinin sahillərində tüğyan edib. Qasırğa nəticəsində Texas ştatında dağıntılar qeydə alınmışdı.
Piylənməyə görə həkimə aparılan 13 yaşlı qız hamilə çıxdı
Hindistanın Mumbay şəhərində yaşayan bir ailə 13 yaşlı qızının qarnının getdikcə şişdiyini görüb və piylənmə xəstəliyinə tutulduğunu sanaraq onu həkimə aparıb. Xəstəxanada azyaşlının hamilə olduğu ortaya çıxıb. 13 yaşlı qızın təcavüzə uğradığı və təcavüzün qızın atasının yaxın dostu tərəfindən həyata keçirildiyi bildirilib.
Ermənistanda tələbələr üsyana hazırlaşır
Erməni tələbələr tərəfindən "Facebook" sosial şəbəkəsində "Ölkəmizin sahibi bizik" təşəbbüsü ilə "dərs və iş tətili" adlı event yaradılıb. Eventdə digər sahələrdə olduğu kimi sentyabrın 1-dən etibarən orta məktəblərdə və ali təhsil müəssisələrində tətillərə başlamaq təklif olunur. Bildirilir ki, Ermənistanda tələbələrin genişmiqyaslı aksiyası sentyabrın 1-dən mütəşəkkil hal alacaq. Etirazçı tələbələr meydanda aksiyanı sistemləşdirmək üçün hər fakültədən bir qrup təşkil edəcəklər. Təşəbbüs qrupu axşam saatlarında etirazçıları "Azadlıq" meydanına toplanmağa, hakim rejimin cinayətlərinə qarşı çıxış etməyə çağırıb.
Netanyahudan ŞOK İDDİA — İran Suriya və Livanda raket istehsal edir
İsrailin baş naziri Binyamin Netanyahu İran əleyhinə yeni iddia səsləndirib. Netanyahunun iddiasına əsasən İran dövləti Suriya və Livanda raket istehsal edən müəssisələr inşa edir. Onun açıqlamasına əsasən İran bu raketlərdən İsrailə qarşı istifadə edəcək.
Yunanıstanda şəhər merini bıçaqladılar
Yunanıstanda bir nəfər Elevsin şəhərinin merinə bıçaqla hücum edib. Hücum nəticəsində mer yaralanıb. İki bıçaq yarası alan Yorqos Tsukalos xəstəxanaya yerləşdirilib. Polis hücum edən şəxsin qısa müddət əvvəl meriyada işdən azad edildiyini müəyyənləşdirib. Həmin şəxs axtarışlardan sonra həbs edilib.














