Dünya
Arakanda dəhşət — Son üç gündə 3 min müsəlman qətlə yetirildi
Myanmarın Arakan vilayətində son üç gün ərzində dəhşətli hadisələr baş verir. Ordunun hücumu nəticəsində 3 minə yaxın müsəlman qətlə yetirilib. 100 min insan ev-eşiyindən didərgin düşüb. Bu barədə Avropa Rohingya Şurasının mətbuat katibi Anita Şaq məlumat verib.
Səmadakı ən parlaq ulduzun görüntüsü əldə edilib
Astronomlar səmadakı ən parlaq 15-ci ulduz sayılan Antaresin tam şəkildə təsvirini əldə etməyi bacarıblar. Çili və Almaniyadan olan astronomlar “Scorpius” ulduz qrupu içərisindəki ən parlaq, ən uzaq, qırmızı rəngli ulduz Antaresin atmosferindəki maddə sürətinin də xəritəsini çıxarıblar. Ulduz Yer kürəsindən 554 işıq ili uzaqdadır.
Hindistanın Bihar ştatında ölənlərin sayı 514-ə çatdı
Hindistanın Bihar ştatında su daşqınlarından həlak olanların sayı 514-ə çatıb. Bu barədə ştatın fövqəladə hallar idarəsi məlumat yayıb. Bir müddət əvvəl 379 nəfərin həlak olduğu bildirilsə də, idarə rəsmisi artıq rəqəmin 514-ə çatdığını qeyd edib. 38 dairənin 19-unda 17 milyondan çox insan təbii fəlakətdən əziyyət çəkir. 150 müvəqqəti sığınacaqda 159 min insan yaşayır. Hakimiyyətin hesablamalarına əsasən ziyan çəkənlər 3-4 gün sonra evlərinə qayıda biləcəklər.
22 yaşlı qızla öpüşən 66 yaşlı məşhur aktyordan- AÇIQLAMA
Ötən həftə 22 yaşında qızla öpüşərkən görüntülənən aktyor Tamer Levent qalmaqallı hadisə ilə bağlı ilk dəfə danışıb. 66 yaşında evli və iki uşaq atası olan Tamer Levent hadisənin bu cür şişirdilməsinə sərt reaksiya göstərib: "O gün xoşagəlməz hadisə oldu.
Məhkəmə təzavüz olayı ilə ölkəni qarışdıran aktyorla bağlı qərar çıxardı
2002-ci ildə iki qadına təcavüz etdiyi iddia edilən Hindistanın tanınmış müğənnisi, aktyoru və rejissoru Ram Rahim Sinqə məhkəmədə hökm oxunub. Həm də "Decha Sacha Sauda" adlı dini təriqətin lideri hesab edilən 50 yaşlı Ram Rahim Sinq məhkəmə qarşısına çıxıb. Təcavüz iddiaları sübut olunan aktyor 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məşhur aparıcını öldürən qadının həbsxanadakı qardaşı BÜTÜN HƏQİQƏTLƏRİ AÇDI
Məşhur aparıcı və aktyor Vatan Şaşmazı öldürən Filiz Akerin həbsxanada olan qardaşı məsələ ilə bağlı açıqlama verib. Filizin Akerin 22 ildir həbsxanada olan qardaşı Sumer Bayer cinayətin baş verməsini bacısının “Forex”də itirdiyi 2,5 milyon dollarla izah edib. Sumer Bayer bildirib ki, Filizlə Vatan 11 il əvvəl tanış olub: “Vatan ilk xanımı ilə birgə ABŞ-da Filizin evinə qonaq gəlib.
Bankda PARTLAYIŞ
Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyinin yaxınlığında partlayış baş verib. “Olaylar” “HaberTürk” - ə istinadən bildirir ki, partlayış zamanı 1 nəfər həlak olub, 8 nəfər yaralanıb.
6 İŞİD üzvü saxlanıldı – TÜRKİYƏDƏ
Türkiyənin İzmir şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. “Olaylar” bildirir ki, əməliyyat zamanı 3 – ü Suriya vətəndaşı olmaqla, 6 şübhəli İŞİD üzvü saxlanılıb. Xüsusi Hərəkat polisi tərəfindən dəstəklənən əməliyyatda şübhəlilərin yaşadıqları ünvanlarda və əşyalarında aparılan axtarış zamanı çox sayda təşkilata aid sənəd və material ələ keçirilib.
Çində yadplanetliləri görüntülədilər? - VİDEO
Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərin gerçək, yoxsa qurma olduğu haqqında geniş müzakirələr gedir. Çində çəkildiyi iddia edilən görüntülərdə gənclər səmada uçan yad cisim görür. UNO gördüklərini iddia edən bir qrup gənc avtomobil vasitəsilə uçan obyekti təqib edir və maraqlı görüntülər lentə alırlar.
Ərdoğan: "Kəşfiyyatın idarəsi hökumətin əlində olmalıdır"
Kəşfiyyatın idarə edilməsi hökumətin əlində olmalıdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, əgər hökumət ölkənin kəşfiyyat qüvvələrini idarə etməsə, bu, ciddi problemlərə gətirib çıxaracaq: "Dünyanın bütün böyük ölkələrində kəşfiyyatın idarəsi hökumətlərin əlindədir".
İnfarkt riskini azaldan YENİ DƏRMAN
Britaniyalı mütəxəssislər infarkt riskini azaldan yeni dərman kəşf ediblər. Dörd il ərzində 40 ölkədə 10 min xəstənin üzərində aparılan araşdırma zamanı antienflamatuar dərmanların infarkt riskini azaltdığı məlum olub. Mütəxəssislər araşdırmaların müsbət nəticə verdiyini bildiriblər. Bu dərmanlardan istifadə edən xəstələr arasında infarkt riski 15 faiz azalıb.
Kitabxanaya silahlı hücum
ABŞ-ın Nyu-Meksika ştatının Colvis şəhərində yerləşən kütləvi kitabxanaların birinə silahlı hücum olub. “Olaylar” bildirir ki, hücum nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.














